Keri Mullis
Keri Banks Mullis (ing. Kary Banks Mullis; 28 dekabr 1944[…], Lenuar[d], Şimali Karolina – 7 avqust 2019[…], Nyuport-Biç[d], Kaliforniya) — Amerikalı biokimyaçı, PCR metodunun yaradıcısı, 1993-cü il Kimya üzrə Nobel Mükafatı laureatı.
== Tərcümeyi halı və elmi işi ==
Kari Mullis 28 dekabr 1944-cü ildə Şimali Karolina ştatının Lenoir şəhərində fermer ailəsində anadan olub və uşaqlığını Cənubi Karolina ştatının Kolumbiya şəhərində keçirib. Onun biologiyaya ilk marağına səbəb kənd həyatı idi. Mullis 1966-cı ildə Corciya Texnologiya İnstitutunu bitirib və 1972-ci ildə Berkli Kaliforniya Universitetində biokimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb, burada protein quruluşu və sintezini öyrənib.
Dissertasiya müdafiə etdikdən sonra Mullis müvəqqəti olaraq elmi fəaliyyətdən uzaqlaşaraq elmi fantastika janrında bədii əsərlər yazır. Lakin, o, tezliklə biokimyaya qayıtdı və 2 il Kanzas Universitetinin Tibb Fakültəsində çalışdı və sonra biotexnologiya korporasiyalarından birinə keçdi. Bu şirkətdə işləyərkən Mullis 1983-cü ildə molekulyar biologiya və tibbdə inqilab edən polimeraz zəncir reaksiyası metodunu inkişaf etdirdi. 1993-cü ildə alim bu kəşfinə görə kimya üzrə Nobel mükafatı alıb.
Keri Mullis 7 avqust 2019-cu ildə 74 yaşında Nyuport-Biçdəki evində ürək və tənəffüs çatışmazlığı, ağciyər iltihabının ağırlaşmalarından vəfat etdi. .