MUZDLU

I
прил. наёмный:
1. работающий по найму. Muzdlu fəhlə наёмный рабочий, muzdlu ordu наёмная армия, muzdlu işçi qüvvəsi наёмная рабочая сила
2. производимый на основе найма. Muzdlu əmək наёмный труд
II
сущ. наёмник
MUZD
MUZDLULUQ
OBASTAN VİKİ
Muzdlu döyüşçü
Muzdlu döyüşçü (ing. Mercenary; rus. Наёмник) — Hər hansısa müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma hallarıda tarixdə görülmüşdür. Bir çox Yunan muzdlu döyüşçü Yunan-İran müharibələri zamanı Əhəmənilər İmperiyası tərəfindən döyüşmüşdür.
Muzdlu işçi
Muzdlu işçi — müəssisədə, təşkilatda iş yerinə yetirmək üçün işə götürülmüş şəxs (fərdi) və s. Əmək müqaviləsi ümumiyyətlə işi yerinə yetirmək üçün işə götürülmüş şəxslə işəgötürən arasında bağlanır . İşəgötürən aşağıdakılar ola bilər: dövlət müəssisə və təşkilatları; qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları; fərdi sahibkarlar.
Muzdlu qatil
Muzdlu qatil — bir şəxsi və ya şəxsləri öldürmək üçün pul ilə müqavilə əsasında fəaliyyət göstərən cinayətkar. Bəzən hegomon qruplar və ya şəxslər arasında düşən mübahisəni muzdlu qatil tutmaqla və kiminsə öldürülməsi ilə son qoyulur. Əsasən ABŞ, Yaponiya, Rusiya və İtaliya kimi dövlətlərdə, mafiyanın ayaq açıb yeridiyi ölkələrdə bu cinayətkar qatillərdən tez-tez istifadə olunur. Türkiyədə də siyasi qətillər zamanı, dərin dövlətin istəmədiyi şəxsləri aradan qaldırmaq üçün muzdlu qatillərdən istifadə olunduğu ehtimal olunur. Muzdlu qatillər əsasən keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunurlar.
Muzdlu qatil (film, 1991)
Muzdlu qatil (ing. The Hitman) — 1991-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmin digər adı "Agent kimi səslənir. Ronni "Del" Deleyni polis olmaqla bərabər banda başçılarından biridir. Məmulatlara sahib olmaq üçün polis dostunu Kliff Qroqanı öldürmək istəyir. Deleyni və Qroqan binada axtarış apararkən, Deleyni eyni ona atəş açır və Qroqan pəncərədən aşağı düşür. Xoşbəxtlikdən Qroqan sağ qalmış və şok vəziyyətinə düşmüşdür. İki il keçdikdən sonra Qroqan Deleynidən qisas almağa başlayır. Lakin banda başçısnı ələ keçirmək asan iş deyildir. İki ildən sonra Qroqan yenidən agetn vəzifəsinə qayıdır.

Значение слова в других словарях