MÜAHİDƏ, MÜAHİDƏNAMƏ
MÜALİCƏXANA
OBASTAN VİKİ
Azərbaycanın müalicə ocaqları (film, 1951)
Azərbaycanın müalicə ocaqları filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir. == Məzmun == Filmdə Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən müalicə ocaqlarından söhbət gedir.
Günəş müalicəsi
Günəş müalicəsi-Heiloterapiya == Günəş müalicəsi == Günəşin şüa enerjisinin müalicə profilaktika məqsədilə işlədilməsi: işıq müalicəsinin bir növü. Orqanizmə infraqırmızı və ultrabənövşəyi günəş şüaları təsir göstərir. Günəş müalicəsi zamanı (günəş vannası) gündən qaralma əmələ gəlir ki, bu da orqanizmdə mübadilə prosesini, immuniteti fəallaşdırır, qan yaranmasını, toxumanın qidalanmasını, ümumi vəziyyəti, yuxunu yaxşılaşdırır, orqanizmi möhkəmlədir. Vərəmin aktiv formasına, ürək çatışmazlığına tutulanlara günəş müalicəsindən istifadə etmək olmaz. == Günəş ləkələri == Günəş səthində müşahidə edilən tutqun ləkələr. Diametri 10 min km-ə çatır. Parlaqlığı normal Günəş diskindəkindən 10 dəfəyədək zəifdir, temperaturu fotosferinkindən 1500° — 2000° kiçikdir.
Hava müalicəsi
Aeroterapiya (q.yun. ἀέριος – "hava" + θεραπεία – "müalicə") və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.
Müalicəvi yovşan
Müalicəvi yovşan (lat. Artemisia abrotanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Cənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır. Şaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır.
Mədənçi-Neftçi İstirahətdə və Müalicədə (1924)
Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924)
Film fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açır. Eyni zamanda keçən əsrin 20-ci illərində zəhmətkeşlərin istirahət və müalicəsi ilə bağlı mövcud olan bəzi çatışmazlıqlar tənqid olunur. Filmin qəhrəmanı putyovkaların bölüşdürülməsi ilə məşğul olan sanatoriya-kurort komissiyasının sədridir. Onun əməlləri ilə bağlı gülməli əhvalatlar kinokomediyanın əsas süjet xəttini təşkil edir. Filmdə xronikal kadrlardan da istifadə edilmişdir. Ssenari müəllifi: Aleksandr Litvinov, Pavel Velski Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Pavel Velski Vladimir Leqoşin Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.
Naftalan müalicəvi neft yatağı
Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goranboy dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir. Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a. Naftalan yatağı maykop çöküntülərinə aiddir.
Su müalicəsi
Su müalicəsi – sudan müalicə və profilaktika məqsədi ilə istifadə edilməsi. Hələ İbn-Sina orqanizmi möhkəmləndirmək və bir sıra xəstəliklərin qarşısını almaq üçün Su müalicəsinin böyük əhəmiyyətini göstərmişdir. Su yüksək istilik tutumu, istilik keçiriciliyi, konveksiya və müxtəlif qazları, duzları həll etmək qabiliyyətinə malikdir. Su müalicəsi zamanı dəridə yerləşən sinir ucları qıcıqlanır. Azərbaycan Respublikasında bir sıra balneoloji müəssisələr (İstisu, Turşsu, Qalaaltı, Suraxanı, Şıxburnu və s.) fəaliyyət göstərir.
İqlim müalicəsi
İqlim müalicəsi və ya klimatoterapiya — müalicə və profilaktika məqsədi ilə iqlim amillərindən istifadə. Xarici iqlim şəraiti və yerli iqlimin xüsusiyyətləri tibbi klimatologiyada və patoloji fiziologiyada istifadə olunur. Klimatoterapiyada relyefin yeri, hündürlük, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü, küləyin istiqaməti, buludluluq, günəş radiasiyasının sıxlığı, landşaft xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Klimatoterapiya həm xəstə üçün adi iqlim şəraitində (ölkə kurortlarında, istirahət evlərində, yerli klinikalarda), həm də xüsusi iqlim klinikalarında həyata keçirilə bilər. Dağ iqlimi tənəffüs və damar sistemlərinə güclü təsir göstərir, maddələr mübadiləsini stimullaşdırır. Səhra iqlimi vərəm xəstəliyini müalicə etmək üçün istifadə edilə bilər, yarımsəhra iqlimi isə böyrək xəstəliklərinə faydalı təsir göstərir.
Mədənçi-neftçi istirahətdə və müalicədə
Film fəhlə-neftçilərin sanatoriya və istirahət evlərindən söhbət açır. Eyni zamanda keçən əsrin 20-ci illərində zəhmətkeşlərin istirahət və müalicəsi ilə bağlı mövcud olan bəzi çatışmazlıqlar tənqid olunur. Filmin qəhrəmanı putyovkaların bölüşdürülməsi ilə məşğul olan sanatoriya-kurort komissiyasının sədridir. Onun əməlləri ilə bağlı gülməli əhvalatlar kinokomediyanın əsas süjet xəttini təşkil edir. Filmdə xronikal kadrlardan da istifadə edilmişdir. Ssenari müəllifi: Aleksandr Litvinov, Pavel Velski Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Pavel Velski Vladimir Leqoşin Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov.

Значение слова в других словарях