məcburetmə

məcburetmə
məcburedici
məcburən
OBASTAN VİKİ
Fahişəliyə məcburetmə
Fahişəlik ödəniş müqabilində, yəni şəxsi simpatiyaya, istəyə əsaslanmadan təsadüfi, nikahdankənar mütəmadi cinsi münasibətlərə girmədir. Fahişəliyin səciyyəvi əlamətləri müxtəlif müştərilərlə cinsi münasibətlərin mütəmadiliyi, ödəniş barədə qabaqcadan razılığın əldə edilməsidir. Bu cinayət obyektiv cəhətdən zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv edilməklə və ya zədələməklə, aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmədə ifadə olunur. Fahişəliyə cəlbetmə ən azı bir şəxsi fahişəliklə məşğul olmağa təhrik edən istənilən hərəkətdir. Fahişəliyə cəlbetmə zərərçəkmişin öz bədənini mütəmadi olaraq satmağa vadar edilməsində, məcbur və təhrik edilməsində, habelə buna tam razı olan şəxsin öz bədənini mütəmadi satmağa yönəldilmə sində ifadə olunur. Qeyd etmək lazımdır ki, mütəmadilik əməlin fahişəlik kimi tövsif olunmasına təsir göstərmir, ödəniş müqabilində cinsi münasibətlərə bircə dəfə də olsun cəlbetmə fahişəliyə cəlb etmənin tərkibini yaradır. Cəlbetmə müxtəlif formalarda ola bilər: zorakılıqla, yaxud zorakılıq olmadan; zorakı olmayan üsullar (dilə tutma, vəd etmə, məsləhət vermə, şirnikləndirmə və s.) yalnız yetkinlik yaşına çatmayanları fahişəliyə cəlbetmə hüquqi əhəmiyyətə malik olur və bu zaman konkret cinayət əməli kimi tövsif olunur. Burada hər hansı bir şəxsə, hətta həmin şəxsin razılığı ilə fahişəlik məqsədilə vasitəçilik etmə, onu fahişəliyə sövq etmə, yoldan çıxarma, hər hansı bir şəxsin, hətta həmin şəxsin razılığı ilə fahişəliyini istismar etmə kimi hərəkətlər də zorakı olmayan üsullarla törədilən hərəkətlər hesab olunur. Zor tətbiqetmə zərərçəkmişin iradəsindən kənar, yaxud bunun əleyhinə olaraq fiziki təsir göstərilməsidir zor tətbiqetmənin nəticələrinə azadlığı məhdudlaşdırma, fiziki əzab vermə, zərərçəkmişin sağlamlığına yüngül, az ağır və ağır zərər vurma aid ola bilər. Zor tətbiq etməklə hədələmə insanın psixikasına, onun iradəsindən kənar, yaxud iradəsi əleyhinə olaraq hüquqazidd təsir etmədir.
Sülhə məcburetmə
Sülhə məcburetmə — hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi. Bunun yerinə yetirilməsi üçün əksər hallarda sülhməramlı əməliyyatlardan daha çox hərbi qüvvə tələb olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəsli əsasən, təşkilat artıq imzalanan qətnamə və yaradılan atəşkəsləri qüvvəyə mindirmək üçün zorakı qüvvədən istifadə etmək hüququna malikdir. 2020-ci ilin sentyabr ayının axırlarında başlayan Qarabağ döyüşləri Azərbaycan hökuməti tərəfindən Ermənistanı sülhə məcburetmə əməliyyatı adlandırılmışdır.
Ermənistanı sülhə məcburetmə əməliyyatı
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.