MƏHRUM

прил. kimdən, nədən лишённый чего , не имеющий кого, чего , не обладающий чем . Atadan məhrum лишённый отца, torpaqdan məhrum лишённый земли, istedaddan məhrum лишённый таланта, azadlıqdan məhrum лишённый свободы, mükafatdan məhrum лишённый премии, azadlıqdan məhrumdur (он) лишён свободы, işləmək imkanından məhrumdur (он) лишён возможности работать; məhrum etmək kimi, nəyi kimdən,nədən : 1 лишать, лишить кого, что кого, чего . Uşağı anadan məhrum etmək лишить ребенка матери
2. обездоливать, обездолить кого чего; məhrum olmaq kimdən, nədən :
1. лишаться, лишиться кого, чего . Balideynlərindən məhrum olmaq лишиться родителей, bir loxma çörəkdən məhrum olmaq лишиться куска хлеба
2. обездоливаться, быть обездоленным, лишённым чего-л. жизненно необходимого
MƏHRƏMLİK
MƏHRUMİYYƏT
OBASTAN VİKİ
Azadlıqdan məhrumetmə
Həbs yaxud azadlıqdan məhrumetmə — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi. Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı.
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Sensor məhrumiyyət
Sensor məhrumiyyət (lat. sensus - hiss və lat. deprivatio - itki, məhrumiyyət) — mərkəzi sinir sistemində sinir impulsları axınının azalmasına səbəb olan bir və ya bir neçə duyğu orqanına xarici təsirin qismən və ya tam dayanması. Məsələn, personal qapalı bir məkanda (sualtı qayıqda, kosmik gəmidə və s.) təcrid olunduqda sensor məhrumiyyətlər baş verə bilər; Üstəlik, kosmosa uçuş zamanı sensorməhrumiyyətinin inkişafına çəkisizlik vəziyyəti şərait yaradır. Göz bağları və ya qulaq tıxacları kimi ən sadə məhrumetmə cihazları görmə və eşitmə qabiliyyətinə təsirləri azalda və ya aradan qaldırarkən, daha mürəkkəb cihazlar qoxu, taktil (toxunma), dad, temperatur reseptorları və vestibulyar aparatı "söndürə" bilər. Sensor məhrumiyyət alternativ təbabətdə, yoqada, meditasiyada, psixoloji təcrübələrdə (məsələn , sensor məhrumetmə kamerası), həmçinin BDSM oyununda, işgəncə və cəzada istifadə olunur. Qısa müddət ərzində sensor məhrumiyyətlər insana rahatlaşdırıcı təsir göstərir, daxili şüuraltı təhlil, məlumatların strukturlaşdırılması və çeşidlənməsi, özünü tənzimləmə və psixikanın sabitləşməsi proseslərini tetikler, xarici stimullardan uzun müddət məhrum olmaq isə həddindən artıq narahatlıq, reallıqla əlaqənin itirilməsi, hallüsinasiyalar, depressiya, konsentrasiyanın pozulması və sonradan posttravmatik stressə səbəb ola biləcək antisosial davranışlara səbəb ola bilər. Sensor məhrumetmənin insanın şəxsiyyətinə onun hissləri vasitəsilə təsirinin bu xüsusiyyəti istintaqda məcburi dindirmə prosedurlarının aparılmasında geniş tətbiq tapmışdır.

Значение слова в других словарях