Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etnologiya
Etnologiya (yun. ἔθνος, xalq + -loqos — təlim, elm) — etnik prosesləri öyrənən elmdir. == Etnologiyanın predmet və obyekti == Etnologiya termininin özü yunan dilindən götürülmüş iki sözdən ibarətdir – etnos (xalq) və loqos (söz, elm, təlim). Antik dövrdə qədim yunanlar onlardan dili, dini, həyat tərzi, adət və ənənələri baxımından fərqlənən digər xalqları – qeyri-yunanları etnos adlandırırdılar. Məhz bu mənada etnos anlayışı Roma mədəniyyətinə və latın dilinə daxil olmuşdur. Sonralar latınlaşdırma nəticəsində “etnik” (ethnikos) anlayışı meydana gəlmişdir. Bibliya mətnlərində bu anlayış “bütpərəst, qeyri-xristian” mənasında işlənir. XIX əsrə qədər “etnologiya” anlayışından müstəqil bir elmin adı kimi deyil – yalnız müxtəlif növ etnoqrafik proseslərin təsviri zamanı istifadə edilirdi.Bu anlayışdan xalqlar və xalq mədəniyyətləri haqqında elmin adlandırılması üçün istifadə edilməsini fransız alimi Jan Jak Amper təklif etmişdir.1890-cu ildə Amper “antropoloji” (humanitar) elmlərin təsnifatını işləmiş və bu təsnifata etnologiyanı da daxil etmişdir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni layihələrin hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı etnologiya da olduqca böyük əhəmiyyətə malikdir. Etnologiyanın bir müstəqil elm kimi təkamülü avropalılar tərəfindən “yad” xalqların mədəniyyətlərinin tədqiq edilməsindən başlayır.
Fenologiya
Fenologiya (yun. phaino- aşkar edirəm) — Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi. == Ümumi məlumat == Fenologiya bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə (fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların şişməsi və açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə qış yuxusundan oyanma, cütləşmənin başlanması, mövsümi törəmələr və miqrasiyalar, quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Fenoloji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və tədbirlərin regional təqviminin tərtib olunması əsasında inkişaf edir, təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və xəstəliklərinə, insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. == Fenoloji faza == Fenoloji faza təbiətdə mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlərdir. Bitkilərdə- tumurcuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda- miqrasiya, yuvaqurma, balaçıxarma və s.
Filologiya
Filologiya (q.yun. φιλολογία, "sözə sevgi") — mətn vasitəsilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq və s. elmlərin məcmui adı.
Fonologiya
Fonologiya — Fonologiya dil sisteminin birincisi və dilçilik elminin sahələrindən biri olmaq etibarilə dilin fonoloji sistemi ilə məşğul olur. == Strukturu == O, nitq səslərini və morfemlərin səs cildini fərqləndirən bir vasitə kimi öyrənir, səslərin, səs birləşmələrinin və prosodik vasitələrin semioloji münasibətini və funksional xüsusiyyətlərini tədqiq edir. Fonologiya struktur dilçilik metodlarını dil hadisələrinə tətbiq edən ilk dilçilik şöbəsidir. Fonologiyanın vahidi fonemdir. Fonem dilin ən kiçik vahidi olub, müəyyən fərqləndirici əlamətlər məcmuyudur. O, söz və morfemlərin səs cildini fərqləndirməyə xidmət edir. Fonem dildə seqment, fonem və superseqment şəklində təzahür edir. Birinciyə linqivistik vəzifəli səslər(saitlər və samitlər), ikinciyə isə vurğu,intonasiya kimi fonoloji vahidlər daxildir. Müasir dövrün dilçiliyində geniş şəkildə işləndiyinə baxmayaraq,fonem yenə də mübahisəli olan mühüm probləmlərdən biridir. == Tarixi == Fonem probleminin tarixi rus dilçisi İ.A.Boduen de Kurtenedən başlayır.
Kriologiya
Limnologiya
Limnologiya — quru hidrologiyasının bir şöbəsi olub, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. == Ümumi məlumat == Limonologiyanın başlıca vəzifəsi sututarlarda daim dəyişib inkişaf edən fiziki, kimyəvi və bioloji proses və hadisələrin qanunauyğunluqlarının, bu proseslərin ətraf mühitlə əlaqəsinin öyrənilməsidir. Limnologiya elminin əsasları XIX əsrin ikinci yarısında İsveçrə alimi Fransua Fovel tərəfindən formalaşdırılmışdır. 1885-ci ildə Londonda keçirilən beşinci Beynəlxalq Coğrafiya konqresində gölşünaslığın məqsəd və vəzifələrini əsaslandıraraq onu coğrafiya elmləri sisteminə daxil olan hidrologiyanın bir bölməsi kimi əsaslandırmışdır. Müasir limnoloji tədqiqatlarda landşaft və balans üsulları əsasında formalaşan kompleks-coğrafi istiqamət əsas yer tutur.
Litologiya
Litologiya (q.yun. λίθος ("daş") + λόγος ("elm"); ing. Sedimentology) — çöküntülər, çökmə süxurlar haqqında olan geoloji elm sahəsi. Qərbi Avropada və ABŞ-də bu elm sedimentologiya adlanır.
Mifologiya
Mifologiya və ya Əsatir— dünya haqqında ibtidai icma cəmiyyəti insanına məxsus fantastik təsəvvür və mifləri öyrənən elm. İbtidai icma dövründə insanın özünə yaxın və doğma olan icma-tayfa münasibətlərini onu əhatə edən bütün əşya və hadisələr haqqında idi. Torpaq, səma, bitki və heyvanlar aləmi universal tayfa icması şəklində təsəvvür olunur və bu icmada bütün əşyalar təkcə canlılar kimi yox, həm də şüurlu və mütləq bir biri ilə qohum olan məxluqlar kimi anlaşılırdı. Bu təsəvvürlər mifologiyada ümumiləşirdi. Buna görə də Allah-sənətkar, allah-maldar, allah-döyüşçü, allah-əkinçi və s. mifoloji obrazlar yaranırdı. Mifologiyanın ilkin formaları fetişizm, totemizm, inkişafının daha yüksək pilləsi isə animizm idi. Yunan dilində mythos, almanlarda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və azərbaycanlılarda mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əhvalat deməkdir. Mif termini beynəlxalq aləmdə əsasən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı şəkildə əks etdirən dünya modeli, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır.
Mikologiya
Mikologiya göbələkləri ,onların biokimyəvi və genetik xüsusiyyətlərini ,təsnifatını, insanların həyatındakı rolunu ,insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi,qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Bu insanlar ilk növbədə imana gəlməlidirhazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir.Havanı təmizləyir. Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir .Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır.İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər,antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər.Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər.Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiybitgilər 200 ə qədər Novo nəsli kəaulinba adlanır.
Sitologiya
Sitologiya və ya hüceyrə biologiyası (yun. sitos — hüceyrə, loqos - elm) — hüceyrələrin fiziologiyasını, quruluşunu, tərkibindəki orqanoidləri, ətraf mühitlə əlaqəsini, həyat dövrünü, bölünməsi və ölümünü öyrənən elmdir. Bu proses həm molekulyar, həm də mikroskopik miqyasda həyata keçirilir. Sitologiya tədqiqatları bakteriya və protozoa kimi təkhüceyrəli orqanizmlərdən tutmuş insanlar kimi çoxhüceyrəli orqanizmlərə qədər dəyişir. Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1665-ci ildə Robert Huk kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir. Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. O da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir. Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Jineologiya
Jineologiya (kürd. Jineolojî) — feminizm və gender bərabərliyinin Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın müdafiə etdiyi forması. Orta Şərq cəmiyyətlərində qadınları məhdudlaşdıran namusa əsaslanan dini və qəbilə qaydaları fonunda Öcalan "qadınlar azad olmadıqca bir ölkə azad ola bilməz" demiş, qadınların azadlığının səviyyəsinin ümumən cəmiyyətdə azadlıq səviyyəsini müəyyən etdiyini bildirmişdir. Jineologiya demokratik konfederalizmin tərkib hissəsidir, Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının idarəçiliyində dəstəklənən fəlsəfədir. == Tarixi == Kürdüstan İcmalar İttifaqı (KCK) Demokratik Birlik Partiyası (PYD) və PKK-nın daxil olduğu çətir təşkilatdır. 2005-ci ildə KCK ayrıca kürd dövləti qurmaq məqsədindən əl çəkmiş və bunun əvəzinə demokratik konfederalizmin tərəfdarı olmuşdur. 2012-ci ildə PYD Şimali Suriyanın böyük bir hissəsinə nəzarəti ələ keçirmiş və demokratik konfederalizm modeli altında özünüidarəni həyata keçirərək muxtariyyət elan etmişdir. Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan bu region 2016-cı ildən əvvəl Suriya ərazisinin təxminən beşdə birini təşkil edirdi. PYD-nin hərbiləşdirilmiş qüvvəsi Xalq Qoruma Dəstələri (YPG) və Qadın Qoruma Dəstələrindən (YPJ) ibarətdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Liberating life: Woman's Revolution.
Biologiya
Biologiya (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir. Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir.
Miologiya
Miologiya (lat. myologia; yun. μυς — əzələ + yun. λόγος — elm) — anatomiyanın bir şöbəsi olub əzələlərin quruuşunu və funksiyasını öyrənir. Müasir miologiya özündə anatomiyanı, fiziologiyanı və klinik təbabəti birləşdirir. Mialogiya şöbəsi anatomiya nizamnaməsinə görə angiologiya, nevrologiya və topoqrafik anatomiya şöbələri ilə sıx əlaqəli öyrənilir. Miologiya dayaq-hərəkət aparatında hərəkətin törəməsinə səbəb sinir sisteminin oyanmaısı nəticəsində sklet əzələlərinin yığılmasıdır.
Efir (mifologiya)
Efir (yun. Αἰθήρ ) qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer, havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsinin tanrı kimi şəxsləşdirilmiş adı. İlk tanrılardan biri. Titanomaxiya poemasına görə Efir Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okeanın atasıdır.
Eol (mifologiya)
Eol — Qədim yunan mifologiyasına görə külək tanrısı.
Epiqonlar (mifologiya)
Epiqonlar (q.yun. ἐπίγονοι, hərfi tərcüməsi — "nəsil davamçıları") qədim yunan mifologiyasında — Fivaya qarşı məşhur yürüşdə iştirak edən qəhrəmanların oğulları. Onlar atalarının uğursuz yürüşündən on il sonra yeni müharibəyə başlamışlar. Epiqonlar bunlar idilər: Amfiarayın oğlu Alkmeon, Adrastın oğlu Egialey, Tideyin oğlu Diomed, Parfenopeyanın oğlu Promax, Kapaneyin oğlu Sfenel, Polinikin oğlu Fersandr və Mekisteyin oğlu Evrial. Delfa orakulunun göstərişi ilə əsas komandanlıq Alkmeona verilir. O, arqoslulardan ibarət böyük bir qoşunla şəhərə yaxınlaşır. Fivalılara Eteoklun oğlu Laodamant rəhbərlik edirdi. O döyüşdə öləndən sonra (epiqonlardan bu döyüşdə Egialey ölür) fivalılar şəhərlərinə geri çəkilirlər. Amma sonra öncəgör Tiresinin məsləhəti ilə Fivanı tərk edirlər və arqosluların yanına sülh təklifi ilə çapar yollayırlar. Fivalıların şəhərdən qaçdıqlarından xəbər tutan arqoslular şəhəri ələ keçirib dağıdırlar.
Erida (mifologiya)
Erida (yun. Ἔρις mübahisə, mübarizə) yunan mifologiyasında mübahisə ilahəsi, ilk kosmoqonik güvvə: gecə ilahəsi Niksin qızı, Xaosun qız nəvəsi, bəzən Aresin bacısı kimi təqdim olunur. Aclıqın, döyüşün, qətlin, mübahisənin, haqsızlığın və əməyin anası. Hesioda görə iki cür: biri araqarışdıran, müharibələr törədən, digəri isə insanlarda əmək rəqabəti yaradan Erida mövcuddur. O, döyüşçüləri coşdurur və ehtiraslaşdırı. == Troya müharibəsi səbəbkarı == Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması, onu əldə etmək üçün Hera, Afina (mifologiya) və Afrodita arsında qızğın mübahisəyə səbəb olur.
Erinilər (mifologiya)
Erinilər (yun. Ἐρīνύς cəmdə:Ἐρινύες) yunan mifologiyasında Uranın qanından törənmiş aramsız araqızışdıran, qisas, intiqam ilahələri, Roma mifologiyasında Furilər Alekto (yun. Ἀληκτώ "aramsız, amansız, mərhəmətsiz") yunan mifologiyasında araqarışdıran ilahə, Niks və Erebin üç qızından biri (nigahsız gecədən doğulmuş), digər bir mənbədə Uranın qanından törənmiş. Vergiliyə o, tez-tez Heranın əhatəsində olur. Megera (yun. Μέγαιρα "qısqanc, nifrət") yunan mifologiyasında erinilərin ən böyüyü Niks və Erebin üç qızından biri (Niks və Tartardan doğulmuş), digər bir mənbədə Uranın qanından törənmiş. Dəhşətli ilan saçlı qadın cinsində təsvir edilir. Tisifona (yun. Τισιφόνη "intiqam" və ya "qisas") yunan mifologiyasında o it başlı yarasa kimi təsvir edilir. Vergiliyə görə o Aidin dəmir qülləsində oturur.
Flora (mifologiya)
Flora (lat. Flora, flos – çiçək) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Floranın şərəfinə floraliyalar adlanan bayramlar keçirilirdi. Floranın əlində çiçək tutmuş gənc qız şəklində obrazına təsviri sənətdə çox müraciət edilmişdir.(Tisian, Pussen, Rembrandt və b.) Floranın ən qədim rəsmlərinə Pompey şəhərinin freskalarında rastlanır.
Fobos (mifologiya)
Fobos: Antiq Yunanca Φόβος, "qorxu" mənasına gəlir. Qorxunun və qorxma duyğusunun Tanrısıdır. Müharibə tanrısı Aresin ve Afroditanın oğludur ve 12 Olimpiyalıdan biri deyil. İlahə Enyoya ve qardaşı Deymosa qarşı Ares ilə birlikdə mübarizə aparması ilə tanınır.. Roma mifologiyasındakı qarşılığı Timordur.
Fortuna (mifologiya)
Fortuna — Roma mifologiyasında bəxt tanrısı. Çox zaman rəsmlərdə gözübağlı və ayaqları altında təkər təsvir olunur.
Kek (mifologiya)
Kek (mifologiya)— Kek qədim Misir kosmoqoniyasında Hermopolis Oqdoadında ilkin qaranlıq anlayışının ilahiləşdirilməsidir. Oqdoad dörd cüt tanrıdan, qadın həmkarları ilə qoşalaşmış dörd kişi tanrıdan ibarət idi. Kekin qadın həmkarı Kauket idi. Kek və Kauket də bəzi aspektlərdə gecə və gündüzü təmsil edir və müvafiq olaraq "işıq qaldıran" və "gecə qaldıran" adlanır. Ad "qaranlıq" kkw sözü ilə əlaqəli heyət liqaturasında (N2) göy üçün heroqlifin variantı ilə kk və ya kkwy kimi yazılır. == Tarixi == Ən qədim təsvirlərdə Kekuiyə ilanın, Kekuitə isə ya qurbağanın, ya da pişiyin başı verilir. Bir səhnədə onlar Ka və Kate ilə eyniləşdirilir; bu səhnədə Ka-Kekuinin üstü böcəklə örtülmüş qurbağa başı, Kate-Kekuit isə disklə örtülmüş ilan başı var. Yunan-Roma dövründə Kekin kişi forması qurbağa başlı kişi, qadın forması isə ilan başlı qadın kimi təsvir edilmişdir, Oqdoaddakı bütün dörd dualistik anlayış kimi. == Populyar mədəniyyətdə == 2016-cı il ABŞ prezident seçkiləri ilə əlaqədar olaraq, 4chan kimi onlayn mesaj lövhələri ilə əlaqəli insanlar Keck və qurbağa obrazı Pepe arasında oxşarlıqları qeyd etdilər. Bu, "kek" termininin tez-tez Pepe şəkilləri ilə birləşdirilən "lol" İnternet jarqonunun məşhur əvəzi kimi tez-tez istifadəsi ilə birlikdə qədim tanrıya marağın yenidən artmasına səbəb oldu.
Kerber (mifologiya)
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Keyxosrov (Mifologiya)
Keyxosrov (avest. Kavi Husravah, pəhl. Kay Husraw, fars. كی خسرو‎ — Kavi Xaosrova, Kavi Xosrav, Kay Xusroy) — Firdovsinin Şahnamə əsərinin qəhrəmanlarından biri, Siyavuşun oğlu. Keyxosrov — qədim İran padşahlarından Keylər sülaləsinin üçüncü hökmdarıdır. Firdovsinin "Şahnamə"sinə görə, Keyxosrov Siyavuşun oğlu və Keykavusun nəvəsi olmuşdur; Siyavuş öz ögey anasının ona atdığı böhtan nəticəsində atası Keykavusdan acıq edib, Turana qaçmış, Turan padşahı Əfrasiyabın qızı Firəngizlə evlənmişdir. Orada da yenə böhtana düşüb, Əfrasiyab tərəfindən öldürülmüşdür. Sonralar Firəngiz Səyavuşdan Keyxosrovu doğanda Əfrasiyab uşağı öldürmək istəmiş, lakin, onu qaçırıb, dağda çobanlar arasında böyütmüşlər. İranlılar Turana gələrək, Keyxosrovu tapmış və onu aparıb babası Keykavusa çatdırmışlar. Keykavus atəşpərəstlərə məxsus bir təntənə ilə Keyxosrovu öz yerinə taxta çıxararaq, şah etmişdir.