Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadlıqdan məhrumetmə
Həbs yaxud azadlıqdan məhrumetmə — cinayət hüququnda cəza növü; məhkumun məcburi sürətdə cəmiyyətdən təcrid edilməsi. == Azərbaycanda == Azərbaycanda azadlıqdan məhrumetmə həbs cəzası formasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 28-ci maddəsində qeyd edilir: "Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər". == SSRİ-də == Sovet cinayət hüququna görə azadlıqdamn məhrumetmə yalnız məhkəmənin hökmü ilə 3 aydan 10 ilədək, qanunla müəyyən edilən xüsusi hallarda isə 15 ildən çox olmamaqla müəyyən edilir. Cinayət edənədək 18 yaşına çatmamış şəxsə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddəti 10 ildən artıq ola bilməz. Bu, Azərbaycan SSR Cinayət Məcələssinin 23-cü maddəsində qeyd olunmuşdur. Məhkumlar azadlıqdan məhrumetmə cəzasını, bir qayda olaraq, islah-əmək koloniyalarında (həddi-buluğa çatmamışlar tərbiyə-əmək koloniyalarında) çəkirlər. Azadlıqdan məhrumetmə cəzasının çəkilmə qaydasaı Azərbaycan SSR İslah-Əmək Məcəlləsinin üçüncü bölməsinin 12-82-ci maddəlləri ilə nizama salınırdı. Azadlıqdan məhrumetmə həbs cəzası formasında xüsusi təhlükəli residentlərə və ya 18 yaşı tamam olduqda xüsusi təhlükəli dövləti cinayət, yaxud digər ağır cinayətə görə 5 ildən artıq müddətə məhkum edilmiş şəxslərə tətbiq edilirdi. Digər sosialist dövlətlərində azadlıqdan məhrumetmə sovet qanunvericiliyindəki prinsiplərə əsaslanırdı.
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Sensor məhrumiyyət
Sensor məhrumiyyət (lat. sensus - hiss və lat. deprivatio - itki, məhrumiyyət) — mərkəzi sinir sistemində sinir impulsları axınının azalmasına səbəb olan bir və ya bir neçə duyğu orqanına xarici təsirin qismən və ya tam dayanması. Məsələn, personal qapalı bir məkanda (sualtı qayıqda, kosmik gəmidə və s.) təcrid olunduqda sensor məhrumiyyətlər baş verə bilər; Üstəlik, kosmosa uçuş zamanı sensorməhrumiyyətinin inkişafına çəkisizlik vəziyyəti şərait yaradır. Göz bağları və ya qulaq tıxacları kimi ən sadə məhrumetmə cihazları görmə və eşitmə qabiliyyətinə təsirləri azalda və ya aradan qaldırarkən, daha mürəkkəb cihazlar qoxu, taktil (toxunma), dad, temperatur reseptorları və vestibulyar aparatı "söndürə" bilər. Sensor məhrumiyyət alternativ təbabətdə, yoqada, meditasiyada, psixoloji təcrübələrdə (məsələn , sensor məhrumetmə kamerası), həmçinin BDSM oyununda, işgəncə və cəzada istifadə olunur. Qısa müddət ərzində sensor məhrumiyyətlər insana rahatlaşdırıcı təsir göstərir, daxili şüuraltı təhlil, məlumatların strukturlaşdırılması və çeşidlənməsi, özünü tənzimləmə və psixikanın sabitləşməsi proseslərini tetikler, xarici stimullardan uzun müddət məhrum olmaq isə həddindən artıq narahatlıq, reallıqla əlaqənin itirilməsi, hallüsinasiyalar, depressiya, konsentrasiyanın pozulması və sonradan posttravmatik stressə səbəb ola biləcək antisosial davranışlara səbəb ola bilər. Sensor məhrumetmənin insanın şəxsiyyətinə onun hissləri vasitəsilə təsirinin bu xüsusiyyəti istintaqda məcburi dindirmə prosedurlarının aparılmasında geniş tətbiq tapmışdır.
Cəhrüm
Cəhrüm – İranın Fars ostanının şəhərlərindən və Cəhrom şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,023 nəfər və 25,946 ailədən ibarət idi.
Mehram (Heris)
Mehram (fars. مهرام‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (5 ailə).
Cəhrüm şəhristanı
Cəhrüm şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəhrom şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 197,331 nəfər və 48,335 ailədən ibarət idi.
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Bəhruz
Bəhruz — Azərbaycanlı kişi adı.
Bəhrəm
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Cəhrom
Cəhrüm – İranın Fars ostanının şəhərlərindən və Cəhrom şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 103,023 nəfər və 25,946 ailədən ibarət idi.
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. == İngilis hüququnda == "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. == Tarixi == Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir. Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. == Xüsusuiyyətləri == Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Marum
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
I Bəhram
I Bəhram (h.: 273–276) — Sasani dövlətinin dördüncü hökmdarıydı. Sadəcə bir il taxtda qalan qardaşı I Hörmüzdən (272–273) sonra şah oldu.
Məsum
On dörd Məsum (ərəb. المعصومون‎) — şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Həsənin 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
II Bəhram
II Bəhram — 276–293 illər arasında Sasani dövlətinin şahı. I Bəhramın (273–276) oğludur.
Mahrux Muradova
Mahrux Xəlil qızı Muradova (Ərdəbil – 2002) — tanınmış müğənni. == Həyatı == Ərdəbil şəhərində, molla ailəsində anadan olub. 1943-ci ildən Azərbaycanda yaşayırdı. Yasamal qəbristanlığda dəfn edilib. == Sənəti == Əvvəlcədən "Lalə" qızlar ansamblın solisti, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti. Repertuarında həm bəstəkar mahnıları (Ş. Əbdülkərimov "Bala gəlin", Ə. Tağıyev "Külək" və digərləri), həm də xalq mahnıları ("Məryəmcan", "Sarı köynək"), muğam və təsnifləri var idi. Nəğmələri Ə. Quliyevin rəhbərliyi ilə, Baba Salahovun adına "Araz" ansamblları ilə oxuyub. 1990-cı illərdə azadlıqdan sonra Azərbaycan dövlət televizyasında xüsusi musiqili verlişə çəkilib. Musiqili verlişdə "Əziz dostum","Qaragilə","Ayrılıq" ,"Anam yadıma düşdü" ,"Aman təklik əlindən" və "Zabul Segah" muğamını ifa etmişdir. Mahrux Muradovanın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val buraxılıb (1975).
Məhbub Hüseynzadə
Məhbub Şüküroğlu
Məhcur Şirvani
Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi. == Həyatı == XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır. Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib. Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır. == Əsərləri == "Qisseyi-Şirzad” əsəri == İstinadlar == == Mənbə == Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 193-200.
Məhdud dövlət
Məhdud dövlət və ya məhdud hökumət — siyasi fəlsəfədə heç bir qüvvəyə malik olmayan dövlətin və ya hökumətin onun konstitusiyasında təsbit edilmiş qanunlarla gücləndirilməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan fikir. Bu, liberalizm tarixindəki açar anlayışlardandır. ABŞ Konstitusiyası ABŞ federal hökumətinin konstitusiyada qeyd edilmiş qüvvədən əlavə hər hansı bir qüvvəyə malik olmadığını qeyd edir. Konstitusiyanın onuncu düzəlişində açıq şəkildə bildirilir ki, spesifik olaraq federal hökumətə verilməmiş qüvvə xalq və ştatlar üçün saxlanılır. ABŞ bu hökumət formasından istifadə edən ən tanınmış nümunələrdəndir. ABŞ-nin məhdud dövləti yoxlama və balans sisteminə bölünür ki, dövlət daxilindəki qollar bölüşdürülmüş məsuliyyətləri olsun və digərindən üstün bir şöbə mövcud olmasın. "Magna Carta" və ABŞ Konstitusiyası dövlət gücünü məhdudlaşdırılmaşında böyük əhəmiyyət kəsb edir. Məhdud dövlət termininin ən erkən istifadəsi XVI əsrin axırlarına, kral I Ceymsin hakimiyyət dövrünə təsadüf edir. Məhdud dövlətin tətbiqi fərdi azadlığın dövlət müdaxiləsindən qorunmasını əhatə edir.
Məhdud yurisdiksiya
Məhdud yurisdiksiya və ya xüsusi yurisdiksiya — məhkəmənin yalnız müəyyən məsələlər üzrə, məsələn, müflisləşmə, ailə hüququ və s. məsələlər üzrə yurisdiksiyaya malik olmasını bildirir. Ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq, məhdud yurisdiksiyalı məhkəmələrə konstitusiya və ya qanunla belə səlahiyyətlər verilir. Məhdud yurisdiksiyalı məhkəmələr baxılan iş üzrə xüsusi səlahiyyətli məhkəmə olduqlarını göstərməlidirlər. Bunun əksinə, ümumi yurisdiksiyalı məhkəmələrin isə yalnız şəxsə görə yurisdiksiyalarının olduqlarını sübut etmələri kifayət edir.
Məhsim Məhsimov
Məhsim Məhsimov — televizya jurnalisti ARB Şimal televeviziyasının direktorudur. == Həyatı == Məhsim Sədulla oğlu Məhsimov 1976-cı il iyul ayının 21-də Xaçmaz rayonunun Qırağlı kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.1999-2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmətdə olub. Ailəlidir, 4 övladı var. === İctimai fəaliyyəti === Televiziya fəaliyyətinə 1997-ci ildə Quba rayonunda fəaliyyət göstərən "Qütb" teleradiao şirkətində aparıcı-müxbir kimi başlayıb. 2001-ci ildən isə "Lider" televiziyasının xəbərlər xidmətində çalışıb. 2007-ci ildən Xaçmaz şəhərindən yayımlanmağa başlayan "ARB Şimal" (2016-cı ilin sentyabrın 19-na kimi RTV adlandırılıb) televeviziyasının direktorudur. Bir sıra sənədli filmlərin müəllifi, bir neçə televiziya layihəsinin rəhbəridir. Müəllifi olduğu "İşıqlı zülmət" filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi 36 yerli və 10 xarici filmin qatıldığı "Azərbaycan Ailəsi 2011" film festivalında ən yaxşı film nominasiyasında qalib olub.
Məhsul (Zaqatala)
Məhsul — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əliabad qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Məhsul qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Məhsul (biznes)
'Marketinqdə məhsul' — bazara təqdim edilə bilən və istehlakçıların ehtiyaclarını ödəyəcək bir məhsul və ya xidmət. Məhsullar maddi və qeyri-maddi olaraq bölünür. Sonunculara səyahət agentliyi xidmətləri və ya iş mühasibatı kimi xidmətlər daxildir. Bazarda olan bütün məhsullar təmiz mallardan təmiz xidmətlərə qədər dəyişə bilər. Təmiz xidmətlər, bir məhsulun əldə edilməsini müşayiət edən bütün fayda və satınalmaların əhəmiyyətli bir hissəsi hesab olunur, buna görə də xidmətin inkişafı və əlaqədar rəqabət işin vacib bir hissəsinə çevrilir. == Məhsulun təsnifatı == Bir məhsul maddi və ya qeyri -maddi olaraq təsnif edilə bilər. Maddi bir məhsul, bina, nəqliyyat vasitəsi, qadjet və ya geyim kimi toxunmaqla qəbul edilə bilən fiziki bir obyektdir. Qeyri-maddi məhsul, sığorta polisi kimi yalnız dolayı yolla qəbul edilə bilən bir məhsuldur. Xidmətlər geniş şəkildə dayanıqlı və ya qısamüddətli ola biləcək qeyri-maddi məhsullar kimi təsnif edilə bilər. === İstifadəyə görə === Sears, Roebuck və Company onlayn məhsul kataloqlarında məhsullarını "şöbələr" olaraq təsnif edir və sonra məhsullarını funksiyası və ya markası ilə potensial müştərilərə təqdim edir.
Məhsul (dəqiqləşdirmə)
Məhsul Məhsul (qəzet) Məhsul (biznes) Məhsul (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda qəsəbə. 5 oktyabr 1999-cu ildə ləğv olunub. Məhsul (stadion) – Bakı şəhəri, Yasamal rayonunda stadion.
Məhsul (qəzet)
Məhsul — 1931-ci ildən bəri nəşr olunan qəzet. == Fəaliyyəti == Biləsuvar rayonu İcra Hakimiyyətinin orqanı olan "Məhsul" qəzeti 1931-ci ildə təsis edilmişdir. Qəzet ilk dəfə " Qırmızl pambıqçı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin ilk redaktoru Hüseyin Natiq olmuşdur. Qəzet keçən əsrin əllinci illərində "Yeni Muğan" adı ilə çap olunmuşdur. Qəzetin redaktoru 1955-1957-ci illərdə Əliyev Musaxan İsaxan oğlu idi. Qəzet 1957- ci ildən hal-hazıra kimi "Məhsul" adı nəşr olunur. 1957-2000-ci illərdə qəzetin baş redaktoru Əzizov Həmdulla Abdulla oğlu olmuşdur. 2000-2003-cü illərdə qəzetin redaktoru Quliyev Böyükbəy Həbib oğlu, 2003-2009-cu illərdə Şahbazov Surxay Qəhrəman oğlu və 2009-2016-cı illərdə Əhmədov Muxtar İsmayıl oğlu işləmişdir. 2017-ci ildən hal-hazıra kimi "Məhsul" qəzetinin baş redaktoru vəzifəsində Bağırov Qənbərəli Əliqulu oğlu fəaliyyətini davam etdirir.
Behrud
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır. == Tarixi == Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Dehrəm
Dehrəm — İranın Fars ostanının Fəraşbənd şəhristanının Dehrəm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,946 nəfər və 684 ailədən ibarət idi.
Medium
Medium – ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs. Azərbaycan dilinə Fransız dilindən keçən sözün mənşəyi Latınca medium (vasitəçi) sözünə dayanır. Spiritualizm terminologiyasında "dünyadakı bədənini tərk etmiş ruhlarla əlaqə quraraq onlardan aldıqları təsirləri müxtəlif təzahürlər halında dünyaya əks edən, ekstrasens baxımdan həssas şəxslərə (zehni mediumlar) və ya hər hansı bir ruhani əlaqə mövzusu olmadan paranormal fenomenlər ortaya qoya bilən xüsusi qabiliyyətlərə sahib şəxslərə (fiziki mediumlar) verilən ad" olaraq izah edilir. Bu izahdan da başa düşüləcəyi kimi bir mediumun paranormal bir fenomen ortaya qoymasında mediumun ruhundan başqa bir ruhun var olması şərt deyildir. Yəni mediumun ruhundan başqa bir ruhun mövzusu olmadığı meduimi təzahürlərin də olduğuna inanılır. Spiritualist anlayışa görə mediumluq qabiliyyətinə sahib olmaq bir hünər deyildir və spiritualist etik anlayışına görə şəxsin bu qabiliyyətini əsla yanlış yollarda və ya hər hansı bir məqsəd güdməklə istifadə etməməsi lazımdır. Neo-spiritualist terminologiyada mediumluq yalnızca ekstrasens həssas olmaqdan ibarət deyildir; medium, mediumluq haqqında bəs edən ədəb, məlumat və təcrübəyə sahib olmasıyla birlikdə, mediumluğun vəzifələrini, məsuliyyətlərini lazımi qədər bilən və tətbiq edən şəxsə deyilir. Həmçinin mediumun lazımi xüsusiyyətlərə sahib olması da bəs etmir; o xüsusiyyətlərə mediumu transa soxan və istiqamət verən operatorun da sahib olması lazımdır. == İdrak və iradə cəhətdən == Mediumluq mediumda dünyəvi idrak və iradənin görünüb görünməməsi baxımından üç qrupda ələ alınır: Medium etdiyi işləri idrak etdiyi kimi bunların öz iradəsi daxilində meydana gəldiyini bilir. İntuisiyal mediumluk bu qruba daxildir.
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Mehran
Mehran (şəhər)
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Meidum
Meidum (ing. Meidum) — Maidum və ya Maidum (ərəb. ميدوم) — Aşağı Misirdəki arxeoloji sahədir. İçərisində böyük bir piramida və bir neçə çiy kərpic mastabası var. Piramida Misirdə ilk düzbucaqlı piramida idi, lakin qədim zamanlarda qismən dağılmışdır. Ərazi indiki Qahirədən təxminən 62 mil (100 km) cənubda yerləşir. == Piramida == Meidumdakı piramida Coserdən sonra tikilmiş ikinci piramida hesab olunur və ola bilər ki, ilkin olaraq Üçüncü Sülalənin sonuncu fironu Huni üçün tikilib və Sneferu tərəfindən davam etdirilib. Qeyri-adi görünüşünə görə piramida Misir ərəbcəsində el-heram el-kaddaab — (Yalançı piramida) adlanır. İkinci genişlənmə orijinal pilləli piramida strukturunu əsl piramidaya çevirərək pilləkənləri əhəngdaşı üzlükləri ilə doldurdu. Birincisi, xarici təbəqə daxili təbəqələr kimi qaya deyil, qum əsaslıdır.
Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Nehrəm
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir. === Tarixi abidələri === Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. Münəvvər Məmmədquluzadə İbrahim İbrahimov (iş adamı) Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Linum medium
Linum medium (lat. Linum medium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin zəyrək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Linum medium var. typicum Fernald Linum striatum var. medium (Planch.) B.Boivin Linum virginianum var. medium Planch. == Yarımnövləri == Linum medium var. medium Linum medium var.