MƏLİK
MƏLİKLİK
OBASTAN VİKİ
Məlikə ayıca
Məlikə ayıca (lat. Collimorpha dominula) — pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 50-54 mm-dir. Ön qanadları yaşılımtıl-qaradır, bəzən göy rəngə çalır. Üzərində 3 ədəd iri sarımtıl-ağ rəngli ləkə, 3 ədəd kiçik sarı rəngli ləkə vardır. Arxa qanadlar qırmızı rəngdədir, ön və arxa kənarlarında, o cümlədən, zirvəsində iri qara ləkələr var. Döşündə iki sarımtıl zolaq, qarıncığ arxa qanadlar kimi qırmızıdır, hər buğum üzərində üçkünc qara ləkələr birləşərək zolaq əmələ gətirmiş və qarıncığın sonuna qədər uzanmışdır. Rusiya və Avropanın cənubu və şimalında, Qafqazda və Kiçik Asiyada rast gəlinir. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən zonaları və Naxçıvan MR-da yayılmışdır. Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, kolluqlar.
Məlikə Pekel
Məlikə Pekel (türk. Melike Pekel) — türk futbolçu, Reyms klubunun hücumçusu. O, karyerasına Şrobenhauzen gənclər komandasında başlayıb. 2012/13 mövsümündə Almaniyanın Bezirksoberliga Svabiada Schwaben Augsburgun ikinci komandasında oynamağa başladı. Bir oyun keçirdikdən sonra "Cənub" Regionalliqasında oynayan əsas komandaya transfer olunur. İki mövsümdə 40 liqa matçında 20 qol vurur. 2013/14 mövsümündə "Cənub" Regionalliqasının bombardiri olur. 2014/15 mövsümünün başlaması ərəfəsində "Bavariya" klubunun rəhbərliyi Pekeli İkinci Bundesliqa "Cənub"da çıxış edən əvəzedici komandaya transfer edilir. 2014-cü il dekabrın 7-də Münhen komandasının baş məşqçisi Tomas Vyorle onu qadınlar arasında Bundesliqa çərçivəsində Frankfurtla oyun üçün əsas komandaya çağırıb. Mövsümün sonuna qədər o, əsas komandada daha iki oyun keçirib.
Hacı Məhəmmədkazım Məlikəttüccar
Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar (1850–1948)—tacirbaşı, Məşrutə hərəkatının üzvü. == Həyatı == Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar 1850-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Atasından sonra ticarət əncüməninə başçılıq etmişdi. Tehranda yaşayırdı. Nasirəddin şah Qacarın yaxını idi. Şahın ticari işlərinə başçılıq edirdi. Onun işlərindən Astara - Ərdəbil yolunun yaradılmasına işarə etmək olar.O, Şahi bankın müxaliflərindən və Rusiya səfirliyinin dostlar və dilerlərin idir. Kolonel Kasakofski kitabında Məlikəttüccar barəsində yazır:"Hacı Məlikəttüccar, bütün Azərbaycan və Tehranın tacirlərinin başçısıdır və özüdə Azərbaycanlıdır". Hacı Məhəmmədkazım ağa Məşrutə hərəkatına qoşulmuşdu.
Məlikəhmədli
Məlikəhmədli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunmuşdur. Məlikəhmədli kəndi Bərgüşad çayı sahilindədir. Keçmiş adı İydəli olmuşdur. Kəndi vaxtilə məlikəhmədli nəsli İydəli adlı sahədə salmışdır. Hal-hazırda kənd həmin nəslin adını daşıyır. 1907-ci ildə kənddə 30 Qafqaz tatarı (Azərbaycan türkü), 1908-ci ildə də 30 türk yaşayırdı. Kənd işğala qədər 56 evdən ibarət olmuşdur. Mais Səfərli – Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı Yaşar İsa oğlu Ağayev (04.01.1947-10.01.1994) - şəhid.
Məlikəjdər türbəsi
Məlik Əjdər türbəsi, Məlikəjdər türbəsi və ya Cicimli türbəsi — Azərbaycanda, Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Elmi araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilən bu abidənin səkkizbucaqlı bayır və dairəvi iş planı olsa da tutum həllində aydın duyulan sayalığı, müəyyən qədər arxaikliyi oxşar planlı türbələrdən seçilir. 2020-ci ildə Azərbaycanın müzəffər ordusu işğalda olan torpaqları azad etdikdən sonra, ilk dəfə video bloger Ər-Toğrul və görüntü rejissoru Şahmar Səfəroğlu türbənin yeni fotolarını çəkiblər. Bu türbənin digər Azərbaycan türbələrindən fərqi onun məhz həcm quruluşundadır.Planda səkkizbucaqlı quruluşda olsa da, Məlik Əjdər türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranılır. Çünki türbənin divarları şaquli xəttlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş,türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Məlik Əjdər türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir. Nəticədə abidənin ümumi görünüşü türklər arasında geniş yayılmış yurd quruluşunu xatırladır. Müxtəlif araşdırmaçıların müşahidə etdiyi kimi Cicimli türbəsi yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, tinlərində çubuğa bənzər incə sütuncuqları ilə köçəri çadırının yamsılanması ilə yaradılmışdır. Türbənin istər bayır tutumu, istərsə də iç məkanı bütöv olub, gövdəsi ilə örtüyü arasında keçid zonası demək olar ki, yoxdur.

Значение слова в других словарях