mənəvi-hüquqi
mənəvi-poetik
OBASTAN VİKİ
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Fikrət Süleymanoğlu. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, 2007,№4, s.76-80.
Mənəvi zərər
Mənəvi zərər — iqtisadiyyat elmində şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növü. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. == Maliyyələşməsi == Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Azərbaycan milli-mənəvi dəyərləri
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan mühitində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış. == Tarixi == XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur. Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir. İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Mənəvi Kunq-Fu (film, 1978)
Mənəvi Kunq-Fu (ing. Spiritual Kung-Fu, çincə:拳精 — Yuan Tszin) — 1978-ci ildə çəkilən Honkonq filmlərindən biridir. Filmin adı müxtəlif adlarla, o cümlədən, "Kabus", "Astral Kunq-Fu" və "Kabusların Kunq-Fusu" kimi adlarla tanınır. == Məzmun == Yi Lenq Şaolin məbədində adi gözətçilərdən biridir. Bir gün məbəddən gizli olan bir kitab oğurlanılır. Onu oğurlayan şəxs isə məşhur qəddar döyüşçü olur. Həmin adam Kunq-Funun bütün klanlarının rəhbəri olmaq niyyətindədir. Yi Lanq isə hələdə öz vəzifəsini görür. Bir gün Lanq 5 kabusla qarşılaşır.Birinci dəfədə onlardan qorxur. Lakin sonra onlarla dost olmağa başlayır.
X-XI əsrlərdə Bağdada ideoloji mübarizə
X-XI əsrlərdə Bağdadda siyasi mübarizə - Xilafətin paytaxtı Bağdadda, ideoloji və məzhəb qarşıdurmalarında təzahür edən, sosial-iqtisadi səbəbləri olan üsyanlar. 991-ci ildə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Sultan Məlikşahın vəfatına qədər İslam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. == Bağdad Buveyhilərin dövründə == Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi isə bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991-1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən (da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar əl-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədiri-Xum mərasimləri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına (Yaum əl-qar).
X-XI əsrlərdə Bağdadda ideoloji mübarizə