Mənəvi zərər

Mənəvi zərər — iqtisadiyyat elmində şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növü. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir.

Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu.[1] Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər.

  1. Dembe, Allard E. and Boden, Leslie I. (2000). "Moral Hazard: A Question of Morality?" Arxiv surəti 13 may 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-05-13 at the Wayback Machine New Solutions 2000 10(3). 257–79

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times. February 26, 2012.
  • Gladwell, Malcolm. "The Moral Hazard Myth". The New Yorker. August 29, 2005.
  • "What's so Moral about the Moral Hazard?" Arxivləşdirilib 2016-04-16 at the Wayback Machine. Press.illinois.edu
  • "Inside the Meltdown", PBS's Frontline episode uses the idea as a central theme