Əminə Namiqə Sultan
Əminə Namiqə Sultan (9 mart 1888, Yıldız Sarayı və ya Konstantinopol – 6 sentyabr 1969) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Namiqə Sultan 9 mart 1888-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin böyük oğlu Səlim Əfəndi, anası isə onun ilk xanımı İryalə xanımdır. Anası İryalə xanım eyni zamanda Sultan Vahidəddinin ilk xanımı Nazikəda Qadınəfəndinin bacısıdır.
22 iyun 1911-ci ildə Namiqə Sultan, Türkiyənin ilk dağ-mədən mühəndislərindən Əli Kənan bəylə (d. 1 noyabr 1882, İstanbul - ö. 4 aprel 1961, Ankara) Yıldız sarayında nigahlandı. Toy mərasiminin ardından Göztəpə sarayında yaşayan cütlüyün üç övladı da məhz bu sarayda dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Namiqə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Parisdə yaşamağa başladı və cütlüyün sonuncu övladı da məhz bu şəhərdə dünyaya gəldi.