NAZİRLƏR KABİNETİ

bax Hökumət.
NATURALİZASİYA
NAZİRLƏR ŞURASI
OBASTAN VİKİ
Nazirlər Kabineti
Nazirlər Kabineti (termin)
Azərbaycan Nazirlər Kabineti
Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır. Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir. Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir. Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı. 1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.
Nazirlər Kabineti (dəqiqləşdirmə)
Nazirlər Kabineti (termin)
Nazirlər Kabineti (termin)
Nazirlər Şurası və ya Nazirlər Kabineti, baş nazirin və bütün nazirlərin demokratik dövlətlərdə bir araya gələrək, hökumətin siyasi fəaliyyət rejimini təyin etmələri və ümumi siyasətlərini təyin etmələri üçün bir komitədir. Nazirlər Şurasının qəbul etdiyi qərarlar baş nazir üçün “qanuni” tövsiyələrdir. Baş nazir tez-tez bu qərarlara əməl edir, ancaq nazirlər şurası ilə razılaşmadığı təqdirdə fərqli bir qərar verə bilər. Bir çox ölkədə nazirlər şurasının üzvləri parlament üzvləri arasından seçilir. Prezident sistemi ilə idarə olunan ABŞ kimi bəzi ölkələrdə millət vəkilləri Nazirlər Şurasının üzvü ola bilməzlər. Həmin ölkələrdə nazirlər şurasına üzv olmaq üçün əvvəlcə parlament üzvü istefa verməlidir. Hər bir nazir öz nazirliyinə aid olan məsələlərə və nazirlik heyətinin gördüyü işlərə cavabdehdir. Nazirlər Şurasının qərarları yekdilliklə qəbul edilir. Nazirlər Şurası suallar, danışıqlar, ümumi yığıncaqlar, parlament araşdırmaları və parlament istintaqları kimi siyasi nəzarət yollarından istifadə edə bilər.
Nazirlər Kabineti (Azərbaycan)
Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır. Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir. Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir. Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı. 1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.
Nazirlər Kabineti (Naxçıvan)
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti — Azərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar: Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir. II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır. III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir. Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Nazirlər Kabineti (Ukrayna)
Ukraynanın Nazirlər Kabineti (ukr. Кабінет Міністрів України) — Ukraynanın ali icra hakimiyyəti orqanı. Nazirlər Kabinetinin rəhbəri Ukrayna Prezidentinin təklifi ilə Ukrayna Ali Radası tərəfindən təyin olunan baş nazirdir. Baş nazirin müavinləri Baş nazirin birinci müavini və daha beş müavindir. Nazirlər Kabinetinin tərkibinə müvafiq nazirliklərə rəhbərlik edən nazirlər və "portfelsiz" nazirlər – hansısa nazirliyə rəhbərlik etməyən, lakin hökumətin iclaslarında səs vermək hüququna malik olan nazirlər də daxildir.
Ukraynanın Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabineti
Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır. Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir. Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir. Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı. 1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycanın II Nazirlər Kabineti
II Azərbaycan Hökuməti — 1992–1993-cü illərdə mövcud olmuş, Əbülfəz Elçibəy tərəfindən qurulan hökumət. Azərbaycan Xalq Cəbhəsi seçkilər təyin edir Azərbaycan Prezident seçkilərində Əbülfəz Elçibəy 60,4% -lə prezident seçilir. Hökumət onun tərəfindən qurulur. 1993-cü ildə isə Əbülfəz Elçibəyin Gəncə qiyamından sonra Kələkiyə getməsiylə hakimiyyətin sonu gəlir.
Azərbaycanın I Nazirlər Kabineti
Azərbaycanın I Nazirlər Kabineti — 1991-ci il mayın 22-də və 23-də formalaşan müstəqil Azərbaycan tarixinin birinci Nazirlər Kabineti. Nazirlər Kabineti 16 nazirdən və 9 Dövlət Komitə sədrindən idi. Nazirlər Kabinetinin sədri Həsən Həsənov idi. Hökumət Ayaz Mütəllibov tərəfindən qurulmuşdu.
Azərbaycanın VIII Nazirlər Kabineti
Azərbaycanın VIII Nazirlər Kabineti — 2018-ci il aprelin 11-də Azərbaycanda baş tutan Növbədən Kənar Prezident seçimlərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçimlərində dördüncü dəfə qalib gələn İlham Əliyevin 18 aprel 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və aprelin 21-də və 23-də imzalanan Sərəncamlarla yeni Nazirlər Kabineti formalaşdı. Aprelin 21-də Azərbaycan Prezidenti İlham Əliyev, Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq üçün Azərbaycan Milli Məclisinə müraciət etdi. Həmin gün müraciətə baxıldı və səsvermə yolu ilə Novruz Məmmədovun Azərbaycan Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verildi. İlham Əliyevin həmin gün imzaladığı Sərəncamla Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsinə təyin edildi.
Azərbaycanın VII Nazirlər Kabineti
VII Azərbaycan hökuməti — 2013-cü ildə Azərbaycanda baş tutan Prezident seçimlərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçimlərində üçüncü dəfə qalib gələn İlham Əliyevin 2013-cü il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və imzalanan Sərəncamlarla yeni Nazirlər Kabineti formalaşdı.
Azərbaycanın VI Nazirlər Kabineti
VI Azərbaycan hökuməti — 2008-ci il oktyabrın 15-də Azərbaycanda baş tutan Prezident seçimlərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçimlərində növbəti dəfə qalib gələn İlham Əliyevin 24 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və oktyabrın 31-də imzalanan Sərəncamla yeni Nazirlər Kabineti formalaşdı.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti — Azərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı. Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar: Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir. II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır. III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir. Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

Azərbaycan Xalq Cümhuriyyətinin III Nazirlər Kabineti
III Xoyski hökuməti və ya Üçüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 3-cü, Fətəli xan Xoyskinin başçılığı ilə 26 dekabr 1918 tarixindən 14 mart 1919-cu ilədək fəaliyyət göstərmiş koalisiya hökuməti. Azətrbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra, Fətəli xan Xoyski parlamentdən hökumət kabinetinin istefasını qəbul etməsini xahiş etdi. Parlamentin bu istəyi qəbul etməsindən sonra, yeni hökumət kabinetinin qurulması da Fətəli xan Xoyskiyə tapşırıldı. Həsən bəy Ağayevlə məktublaşmalarından məlum olur ki, Fətəli xan Xoyski bu istəyi Həsən bəy Ağayevin çox saylı xahişindən sonra qəbul etmişdir. Dekabrın 26-da Fətəli xan Xoyski üçüncii hökumət kabinəsinin proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Müzakirələrdən sonra parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Yeni kabinədə xalq səhiyyəsi naziri postu müvəqqəti olaraq dövlət nəzarəti naziri Məmmədhəsən Hacınskiyə, əmək naziri postu isə müvəqqəti olaraq poçt və teleqraf naziri Aslan bəy Səfikürdskiyə həvalə edildi. Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət kabinəsi ilə əlaqədar olaraq general Tomson bəyan etdi: " Məmmədhəsən Hacınskinin Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına getməsi ilə əlaqədar 1919 il yanvarın ikinci yarısından dövlət nəzarəti naziri vəzifəsini Əliağa Həsənov icra etmişdir. Ölkədə möhtəkirliyin və qiymətlərin artdığı, əhalinin bir qisminin sürətlə varlandığı, digər qisminin isə var-yoxdan çıxdığı bir şəraitdə Parlamentdə müxalifətdə olan İttihad, Əhrar, Sosialistlər fraksiyalarının üzvləri hökuməti bu işdə fəaliyyətsizlikdə təqsirləndirməyə başladı. 1919 ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında onlar tərəfindən Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqid edilirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin II Nazirlər Kabineti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti. Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi. İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Azərbaycan Xalq Cümhuriyyətinin IV Nazirlər Kabineti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin I Nazirlər Kabineti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü.
Azərbaycan Xalq Cümhuriyyətinin V Nazirlər Kabineti
II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti. 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi. 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı. 1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası — Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumu Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi
Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 23 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin İlham Əliyevin sərəncamı ilə yaradılmış, Azərbaycan dövlət dilindən düzgün istifadə, ölkədə dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsi işini həyata keçirən dövlət qurumu. Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi; ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və beynəlxalq əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi; tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, yüksək ixtisaslı tərcüməçi kadrların hazırlanmasının təşkili; Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğinin təmin edilməsi, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edilməsi və nəşri; tərcümə olunan materiallarda dövlət dilinin düzgün işlənməsi, elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesinin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.
Medallar kabineti
Medallar kabineti və ya Kral kabineti (fr. Cabinet des Médailles) — Fransanın qədim muzeylərindən hesab edilən və Fransanın ən qədim muzeyi sayılan Fransa Milli Kitabxanasının sikkələr, medallar və qədim əsərlər bölməsinin qeyri-rəsmi adı. Medallar kabineti Rue de Rişelye küçəsindəki əsas kitabxana binasında yerləşir. Kral medalları və qədim əşyaların qoruyucu vəzifəsi Kral IX Çarlz tərəfindən yaradılmışdır. Hər bir yeni monarx kamolar, qiymətli daşlar və medallar kolleksiyasını, eləcə də Avropanın ən zəngin sayılan numizmatik kolleksiyasını genişləndirirdi. 1765-ci ildə ilk arxeoloqlardan biri olan Qraf Kelus antik əşyalar kolleksiyasını kabinetə vəsiyyət etdi. Kral hakimiyyəti ləğv edildikdən sonra, Sent-Şapel müqəddəsliyindən xristianlıqdan əvvəlki artefaktlar Medallar Kabinetinə verildi. Həmin illərdə muzeyə müasir numizmatikanın banilərindən biri olan Teofil Marion Dumersant rəhbərlik edirdi. 1846-cı ildə Gurdon xəzinəsi, 1862-ci ildə isə Luynes hersoqu Yunan sikkələrinin unikal kolleksiyasını kabinetə təhvil verdi. Kolleksiyanın qüruru Baktriya kralı I Evkratidin çəkisi 169,2 q və diametri 58 mm olan qızıl sikkəsidir.