nematod

nematod
nemaniçlər
nematodlar
OBASTAN VİKİ
Cənub fır nematodu
Cənub fır nematodu (lat. Meloidogyne incognita) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Erkəklər çoc kiçikdirlər, qurdabənzərdir, dişilər isə armudabənzər formadadır. Zərər vuran əsasən dişilərdir, çünki çoxalmadan sonra erkəklər torpağa keçirlər. Fır nematodunun dişilərində çox vaxt partenogenez müşahidə olunur.. Parazit həyat tərzi keçirirlər. Cənub fır nematodu bir çox bitkilərin adi kök parazitidir. O tərəvəzçiliyə daha çox ziyan vurur. Fır nematodu kəskin cinsi dimorfizmi ilə fərqlənir: erkələrdə bədən nematod formasındadır, hərəkətsiz dişilər kök toxumalarında armudvari olurlar. Əsas dişilər ziyan verir, erkəklər isə inkişafını başa çatdırıb torpağa düşür və qidalanmırlar.
Nematoda
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.
Nematodlar

Çuğundur nematodu
Çuğundur nematodu (lat. Heterodera schachtii) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Çuğundur nematodları çox kiçikdirlər, dişilər 0,8 -1,3 mm ölçüdə olurlar, erkək fərd isə ondan bir qədər kiçikdir.. Parazit həyat tərzi keçirirlər. Bitki köklərinin digər paraziti çuğundur nematodudur. O çuğundurun müxtəlif növlərində məskən salır və xüsusilə şəkər çuğunduruna çox ziyan vurur. Bu nematod fır nematodu kimi dişilərin hərəkətsizliyi ilə əlaqədar olan kəskin cinsi dimrofizm ilə xarakterizə olunur. Heteroderanın sürfələri torpaqda yaşayır və çuğundurun nazik kökcüklərinə daxil olur. Orada dişi sürfələr qabığını dəyişir, qısalır və dəyirmiləşir. Beləliklə limonşəkilli forma alır.
Çürünrü-vələmir nematodu
Çürünrü-vələmir nematodu (lat. Aphelenchus avenae) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Çürünrü-vələmir nematodu ikicinslidir. Erkək nematod uzunsov qurdşəkillidir. Uzunluğu 0,63-0,82 mm-dir. Konusşəkilli quyruqda enli bursa vardır, dişi nnematodların uzunluğu 0,55-0,86 mm-dir. Baş bədəninin ümumi konturundan ayrılmışdır. Orta bulbus iridir. Yumurtalıq düzdür. Quyruq dəyirmidir.