nestor

nestor
nesmeyanov 2021
nestorlar
OBASTAN VİKİ
Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsturi (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Nestor Kalandarişvili
Nestor Aleksandroviç Kalandarişvili (gürc. ნესტორ ალექსანდრეს ძე კალანდარიშვილი; 8 (20) iyul 1876, Kutaisi quberniyası, Rusiya imperiyası – 6 mart 1922, Yakutsk) inqilabçı lider, növbə ilə Sosialist İnqilabçısı, anarxist və nəhayət bolşevik idi. Rusiyada vətəndaş müharibəsi illərində Şərqi Sibirdə partizan hərəkatının liderlərindən biri olub. 1892-ci ilə qədər Kutaisi gimnaziyasında, sonra Tiflis müəllimlər seminariyasında oxuyub. 1895–1897-ci illərdə Rusiya İmperator Ordusunda xidmət etmişdir. Ordudan sonra seminariyada təhsilini davam etdirdi. 1903-cü ildən Sosialist İnqilabçılar Partiyasının, bir müddət Gürcüstan Sosialist-Federal İnqilab Partiyasının üzvü olub. 1905-ci il Rusiya İnqilabında o cümlədən 1905–1906-cı illər Quriya kəndli üsyanında iştirak etdi. 1907-ci ildə həbs olundu, 1908-ci ildə Sibirə sürgünə göndərildi. O, qaçdı, lakin 1912-ci ildə həbs olundu və yenidən Sibirə sürgün edildi.
Nestor Lakoba
Nestor Appolonoviç Çiçuyeviç Lakoba (1 may 1893 – 28 dekabr 1936, Tbilisi) — Sovet Abxaziyasının dövlət xadimi. Eşitmə əngəlli Lakobanı "Adaqua" ("Kar") ləqəbi ilə də çağırırdılar. 1922-ci ilin fevralında Xalq Komissarları Sovetinin sədri, 1930-cu ilin aprelindən isə Abxaziya SSR-nin Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Stalinin özünün dediyinə görə, onun ən yaxın dostu olub. Lakoba kəndli ailəsində anadan olub. Doğulmamışdan bir neçə ay əvvəl atası öldürülüb. Kilsə məktəbində oxuyan Lakoba, sonra doğma kəndində iki illik məktəbi də bitirib. Laakoba uşaqlıqdan çox bacarıqlı olub.. С детства был весьма способным 1905-1910-cu illərdə oxuduğu Tiflis İlahiyyat Kollecini bitirib. Sonra seminariyaya girdi, 1911-ci ildə inqilabi təbliğ etdiyi üçün qovuldu.
Nestor Maxno
Nestor Maxno (ukr. Нестор Іванович Махно; rus. Не́стор Ива́нович Махно́; 7 noyabr 1888 – 25 iyul 1934, Paris) — Oktyabr inqilabı zamanı Bolşevik xəttini qəbul etməyən Ukrayn Anarxo-kommunist. Anarxizm ideyalarının tətbiq edilməsi üçün göstərdiyi cəhdlərin qarşısı bolşeviklər tərəfindən alınmışdır. Liberal Kommunistlərin Təşkilatlanma Platforması adlı anarxist ədəbiyyatında önəmli yerə sahib əsərin müəllifi kimi də tanınır. Nestor Maxno Ukraynada Anarxizm ideyalarının yayılmasının əsas memarlarından biri kimi qəbul olunur. Nestor Maxno 1888-ci ilin 26 oktyabr tarixində Rusiya imperiyasının Yekaterinoslav quberniyasının Qulyaypol şəhərində anadan olmuşdur. Şəhər hal-hazırda Ukrayna ərazisində yerləşir. Kasıb kəndli ailəsindən olan Maxno uşaq yaşlarından çobanlıq etməklə ailəsinə kömək edirdi. 12 yaşı olarkən məktəbi və ailəsini tərk edir.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Nestor Pitanya

Nestor (mifologiya)
Nestor (q.yun. Νέστωρ) — qədim yunan mifologiyasında Pilos padşahı, Neley və Xloridanın oğlu. 1908-ci ildə kəşf edilən asteroid (659) Nestor Nestorun şərəfinə adlandırılmışdır.
Nestor sarayı
Nestor sarayı (yun. Ανάκτορο του Νέστορα) ― Mikena sivilizasiyasının mühüm mərkəzi. "Odisseya" və "İliada"da "Qumlu Pilos" Nestor padşahlığı ilə birlikdə xatırlanır. Qəsəbə uzun onilliklər ərzində mövcud olmuşdur. Aşkar edilmiş artefaktların əksəriyyəti e.ə. XIII əsrə aiddir. Saray kompleksi təxminən e.ə. 1200-cü ildə yanğınla məhv edildi. 2016-cı ilin iyun ayında arxeoloji sahənin üzlənməsi və gəzinti yolları quraşdırıldıqdan sonra ziyarətçilər və turistlər üçün yenidən açılmışdır.
Nestorianlar
Nestorianlıq (Nəsturilik) - Tanrı təbiətinin İsaya onun doğulmasından sonra daxil olduğunu iddia edən və buna görə əsas kilsələr tərəfindən heretik sayılan xristian təriqəti və cərəyanı. 428-ci ildə imperator II Feodosius (Theodosius) Konstantinopol arxiyepiskopu vəzifəsinə Nestoriusu dəvət etmişdir. O isə, bu vəzifəni tutan kimi, müxtəlif "hereslərə" qarşı mübarizəyə başlamışdır. Onun birinci rəqibləri, İsada insan ruhunun deyil, əvəzində İlahi Loqosun olduğunu iddia edən Laodikiyalı Apolinariosun ardıcılları olmuşdurlar. Bu fikirləri rədd edən Nestorius, Loqosun İsaya sonra daxil olmasını və onda insani təbiətin İlahi təbiətlə qarışmamasını iddia edirdi. Ancaq bu fikir etirazlarla qarşılanmışdı. Məsələ bundadır ki, o dövrdə Həzrət Məryəmə sitayiş etmə çox geniş yayılmışdı. Onu Tanrı anası adlandırırdılar. Nestoriusun isə fikirlərindən belə çıxırdı ki, Məryəm Tanrını deyil, adi insanı doğmuşdur. Tanrı isə sonra öz Sözünü ona daxil etdi.
Nestorianlıq

Typhlodromips nestorus
Typhlodromips nestorus (lat. Typhlodromips nestorus) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. Typhlodromips nestorus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Nestorianizm