Nestor Maxno

Nestor Maxno (ukr. Нестор Іванович Махно; rus. Не́стор Ива́нович Махно́; 26 oktyabr (7 noyabr) 188825 iyul 1934[2], Paris) - Oktyabr inqilabı zamanı Bolşevik xəttini qəbul etməyən Ukrayn Anarxo-kommunist. Anarxizm ideyalarının tətbiq edilməsi üçün göstərdiyi cəhtlərin qarşısı bolşeviklər tərəfindən alınmışdır. Liberal Kommunistlərin Təşkilatlanma Platforması adlı anarxist ədəbiyyatında önəmli yerə sahib əsərin müəllifi kimi də tanınır. Nestor Maxno Ukraynada Anarxizm ideyalarının yayılmasının əsas memarlarından biri qəbul olunur.

Nestor Maxno
ukr. Нестор Іванович Махно
rus. Не́стор Ива́нович Махно́
Doğum tarixi
Doğum yeri Qulyaypol, Rusiya imperiyası
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Paris, Fransa
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Per-Laşez krematoriya-kolumbariumu[d][1]
Vətəndaşlığı
Milliyyəti Ukrayn
Fəaliyyəti Anarxo-kommunizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Nestor Maxno 1888-ci ilin 26 oktyabr tarixində Rusiya imperiyasının Yekaterinoslav qumberniyasının Qulyaypol şəhərində anadan olmuşdur. Şəhər hal-hazırda Ukrayna ərazisində yerləşir. Kasıb kəndli ailəsindən olan Maxno uşaq yaşlarından cobanlıq etməklə ailəsinə kömək edirdi. 12 yaşı olarkən məktəbi və ailəsini tərk edir. 1906-cı ildə Qulyaypol şəhərində yaradılmış anarxist qrupa qoşulur. 1908-ci ildə quberniyada xidmət edən polis nəfərinə qarşı silahlı hücum təşkil etməkdən mühakimə edilir. Məhkəmə tərəfindən edam cəzası verilsədə, yaşının az olması səbəbindən cəza ömürlük həbs ilə əvəzlənir.

1917-ci ilin fevralında baş vermiş burjua-demokratik inqilabından sonra həbsxanadan azad edilmişdir. Maxnonun həbsdən çıxandan sonrakı işi yaşadığı şəhərdə olan insanları müxtəlif komuna icmalarında birləşdirərərək xalqın birliyinə nail olmaq idi. Qısa müddətlik olsa belə Maxnonun səyləri nəticəsində Ukraynanın aqrar bölgələrində Anarxizm ideyaları əsasında formalaşmış idarə etmə sistemi yaradılmışdır. Erriko Malatesta adlı bir digər italyan Anarxo-kommunist ilə məktublaşmaları ilə xarici ölkələrdə yaşayan anarxistlərlə əlaqələr yaratmışdır. Maxno tərəfindən yaradılmış partizan dəstələri İspaniya vətəndaş müharibəsində bəzi qruplar tərəfindən nümunə kimi istifadə olunmuşdur.

Həmin illərdə Krımda baş verən hadisələrdə həbsxanalarda saxlanılan anarxistlərin azadlığı üçün Qızıl orduya köməklik göstərmişdir. Qızıl ordu ilə yaradılan tərəfdaşlığa baxmayaraq, Qızıl ordu birlikləri Maxno və tərəfdarlarını təhlükəli fiqur kimi gördüyünüdən Lev Trotskinin göstərişi ilə Maxnonun Qulyaypol şəhərində yaradılmış qərargahı dağıdılmışdır. Qərargaha edilən hücum zamanı çox sayda Maxno tərəfdarı ələ keçirilmiş, bəziləri isə güllələnmişdir. Silahlı hücumdan sağ çıxa bilən Nestor Maxno Ukrayna ərazilərində bir müddət qaldıqdan sonra Dnepr çayını keçərək Rumıniyaya və sonradan isə Paris şəhərinə yollanmışdır. Parisə çatana qədər Maxno məşhur anarxist kimi Qərbi Avropada tanınınrdı.

Parisdə ispanlar tərəfindən yaradılmış Buenaventura Durruti adlı anarxist qrup tərəfindən qarşılanaraq, əməkdaşlığa cəlb olunmuşdur. Nestor Maxno 1934-cü ildə Parisdə uzun müddət əziyyət çəkdiyi vərəm xəstəliyindən 45 yaşında vəfat etmişdir. Məzarı Parisdə, məşhur insanların dəfn olunduğu Per-Laşez məzarlığında yerləşir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Peter Arshinov, History of the Makhnovist Movement (1918–1921), 1923.
  • G.A. Kuz'menko's Diary; Makhno's Memoir (ISBN 5-300-00585-1).
  • Nestor Makhno, The Struggle Against the State & Other Essays, 1996 (AK Press).
  • M. Przyborowski, D. Wierzchoś, Machno w Polsce, Poznan 2012, (ISBN 978-83-933082-1-7).
  • Victor A. Savchenko, "Makhno" (-Kharkiv, Folio. Two editions in 2005 and 2007. – 416 Art. In the top 10 books of the competition of the journal "Correspondent")
  • S.N. Semanov, Nestor Makhno: Vozhak Anarkhistov. Novoye prochteniye po novym materyalam; Nestor Makhno: Anarchist Chieftain. A New Reading Based on New Material (Veche, Moscow, 2005).
  • S.N. Semanov, Makhno. Podlinnaya Istoriya; Makhno. An Authentic History (AST-PRESS | 2001).
  • Dietrich Neufeld, translated from the German and Edited by Al Reimer, A Russian Dance of Death; Revolution and Civil War in the Ukraine (1980 Hyperion Press Limited, Winnipeg, Canada)
  • Alexandre Skirda, Nestor Makhno: Anarchy's Cossack 2004 (AK Press) ISBN 1-902593-68-5
  • Voline, The Unknown Revolution, 1917–1921.
  • D. Wierzchoś, Nestor Machno i jego kontakty z Polakami i Polską, [w:] Studia z dziejów polskiego anarchizmu, Szczecin 2011.
  1. Beauvis C., Langlade V. d. Le columbarium du Père-Lachaise. 1992. S. 61. ISBN 978-2-86514-022-0
  2. Library of Congress Authorities (ing.). US Library of Congress.