NEVRO…

невро … (первая часть сложных слов, соответствующая по значению слову нервный)
NEVRİT
NEVROBLASTOMA
OBASTAN VİKİ
Nevrologiya
Nevrologiya — (yun. neuron – damar vəlogos – elm) Sinir sistemi və onun xəstəliklərindən bəhs edən elm. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur. Nevrologiya tibbin digər sahələri, neyrocərrahiyyə, oftalmologiya, otolarinqologiya, endokrinologiya, psixiatriya və s. bölmələrlə birbaşa əlaqəlidir. Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir.
Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.
Sarışan hallar nevrozu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Amerika Nevrologiya Akademiyası
Amerika Nevrologiya Akademiyası — 38.000-dən çox nevroloq və nevrologiya tədqiqatçısını təmsil edən peşəkar cəmiyyət. Tibbi ixtisaslaşmış bir birlik olaraq, 1948-ci ildə Minnesota Universitetindən A. B. Beyker tərəfindən tərəfindən nevrologiya sənətini və elmini inkişaf etdirmək və bununla da nevroloji xəstəlikləri olan xəstələrə mümkün olan ən yaxşı qayğını göstərmək məqsədi ilə qurulmuşdur. Minnesota ştatının Minneapolis şəhərində baş ofisi, Vaşinqton şəhərində isə səhiyyə siyasəti ofisi yerləşir. 2012-ci ilin aprelində akademiya qərargahını Minneapolisin mərkəzindəki 63.000 kvadrat metrlik yeni bir binaya köçürdü. Beşmərtəbəli binanın tikintisi 20 milyon dollara başa gəldi. == Nəşrlər == Akademiya aşağıdakı nəşrləri dərc edir: Nevrologiya – Amerika Nevrologiya Akademiyasının aparıcı jurnalı olan jurnalda ən son nəzərdən keçirilmiş orijinal klinik tədqiqat məqalələri, akademiyanın mövqe sənədləri və nevrologiya sahəsini inkişaf etdirən və xəstə baxımına təsir edən klinik təlimatlar, redaksiya məqalələri və icmallar yer alır.
Avropa Nevrologiya Akademiyası
Avropa Nevrologiya Akademiyası (EAN) Avropada nevroloqları bir araya gətirən və onlara dəstək verən qeyri-kommersiya təşkilatıdır. Hazırda 47 Avropa milli nevrologiya assosiasiyası ilə birlikdə 2300 nəfər qeydiyyatdan keçmiş EAN üzvüdür. Beləliklə, təşkilat 45.000-dən artıq Avropa nevroloqunu təmsil edir. EAN keçmiş Avropa Nevroloji Cəmiyyətlər Federasiyası (EFNS) və Avropa Nevroloji Cəmiyyəti (ENS) tərəfindən 2014-cü ilin iyun ayında Avropa Nevrologiya Birgə Konqresi zamanı yaradılmışdır. Akademiyanın hazırkı rəhbəri professor Paul Bundur.
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası
Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanası — Londonun Kraliça Meydanı ərazisində yerləşən nevroloji xəstəxana. UCLH (ing. University College London Hospitals NHS Foundation Trust) hissələrindən biridir. İngiltərədə sırf sinir sistemi xəstəliklərinin müalicəsinə həsr olunmuş ilk xəstəxanadır. O, London Universitet Kolleci (UCL) ilə sıx bağlıdır və eyni sahənin UCL Nevrologiya İnstitutu ilə müştərək nevrologiya tədqiqatları üçün əsas mərkəzdir. Xəstəxana 1859-cu ildə İohanna Çandler tərəfindən Kraliça Meydanında İflic və Epileptiklər üçün Milli Xəstəxana olaraq təsis edilmişdir. Xəstəxana 1880-ci illərin əvvəllərində tamamilə yenidən quruldu: Şərq Qanadı 1881-ci ildə Şahzadə Yelena tərəfindən, Qərb Qanadı isə 1885-ci ildə VII Eduard tərəfindən yenidən açıldı. 1904-cü ildə o, İflic və Epilepsiya Xəstələrinə Yardım və Müalicə Milli Xəstəxanası adlandırıldı. Xəstəxanada 244 stasionar çarpayı və doqquz əməliyyat otağı (iki angioqrafiya əməliyyat otağı daxil olmaqla) mövcuddur.
Morton nevroması
Morton nevroması – xoşxassəli şişdir, dabanaltı barmaqarası sinirin ayaqdarağı köndələn bağ ilə sıxılması nəticəsində sinirin ətrafında fibroz toxuma inkişaf edir. III və IV və ya II və III ayaqdarağı sümüklərinin başları arasında ağrı yaranır. Ən çox qadınlarda dar ayaqqabı və ya yüksək dabanlı ayaqqabı geyməklə bağlıdır.
Nevroz Uysal Aslan
Nevroz Uysal Aslan (1991, Kəmərli[d]) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Nevroz Uysal Aslan 1991-ci ildə Şırnak ilində anadan olub. 2014-cü ildə İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq Diyarbəkir Vəkillər Kollegiyasında çalışıb. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsinin İdarə Heyətinin üzvü olub. Beynəlxalq platformalarda həbsxanalarda təcrid, qadın hüquqları, insan hüquqları və qarşıdurma mövzusunda məruzələrlə çıxış edib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının Katibi vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.
Nevrolis
Seloziya (lat. Celosia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Bəzi növlərin hamaşçiçəkləri parlaq rəngdədir. Bununla bitkinin latınca adı izah olunur və yunancadan "alovlanan" kimi tərcümə edilir. Məlum 60 növdən gülçülükdə birindən istifadə olunur. Gümüşü seloziyanın (C.argentea) 2 forması məlumdur:kəkilli gümüşü seloziya (C.argentea f. cristata) ya da xoruzpipiyi və lələkvari gümüşü seloziya (C.argentea f. plumosa). Bitkilər çiçəklərin formasına və rənginə görə fərqlənir. Kəkilli seloziyanın çiçəyi qırmızıdır, lələkvari seloziyada isə süpürgəvari sarı, gümüşü və ya qırmızı rəngdədir.