NİŞANÇI

1. стрелок, наводчик; 2. стрелковый;
NİŞANBAZLIQ
NİŞANÇILIQ
OBASTAN VİKİ
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Nişançı Mustafa Paşa
Nişançı Mustafa Paşa (ö. 13 sentyabr 1661) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Mostarda dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək şahinçibaşı oldu. 1628-ci ildə yeniçəri ağası, həmin ilin sonunda isə Dəməşq bəylərbəyi təyin edildi. 1631-ci ildə vəzifədən alınsa da, 1633-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Silifkə sancaqbəyliyi də ona verilərək nişançı vəzir oldu. 1643-1645-ci illərdə Silistrə bəylərbəyi olaraq xidmət etdi. 1647-ci ilin avqustunda Misir bəylərbəyi olub, həmin ilin dekabrında vəzifədən alındı.
Nişançı Əhməd Paşa
Nişançı Əhməd Paşa (Trabzon – 1705) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Silâhdar Mehmed Ağa, Nusretnâme: Tahlil ve Metin (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 587, 610, 629-630, 652-653, 670-671; Ahmed Hasîb Efendi, Ravzatü’l-küberâ (haz. Mesut Aydıner), Ankara 2003, s. 31-32, 34-35, 70; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271 ⟶ Freiburg 1969, s. 2-3; Sicill-i Osmânî, I, 235; Hüseyin Hüsâmeddin, Nişancılar Durağı, İSAM Ktp., nr. 63810, s. 127-130; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 28, 31, 34-35, 42, 44; Danişmend, Kronoloji2, III, 488-489; J. von Hammer-Purgstall, Büyük Osmanlı Tarihi (haz.
Ayaşlı Nişançı İsmayıl Paşa
Ayaşlı Nişançı İsmayıl Paşa (ö. may 1690) — II Süleyman dövründə ümumilikdə 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1621-ci ildə Ankaranın Ayaş qəzasında dünyaya gəlmişdir. Nişançı vəzir olduğu üçün Nişançı ləqəbi ilə anılmışdır. Ailəsi və saraya necə alındığı barədə məlumat yoxdur. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. Çuxadar vəzifəsində ikən 25 may 1668-ci ildə Rumeli bəylərbəyi olan İsmayıl Paşa 15 mart 1678-ci ildə Nişançı Abdi Paşanın yerinə nişançı vəzir təyin edildi və illərlə bu vəzifədə qaldı. 1687-ci ilin oktyabrında bir həftəliyinə İstanbul naibi oldu. Bunun ardından Sultan Mehmedin taxtdan endirilişi və II Süleymanın cülusu hadisələrində iştirak etdi. 1687-ci ilin noyabrında beşinci vəzirliyə gətirildi.
Nişançı Firudin Əhməd bəy
Nişançı Firudin Əhməd bəy həmçinin Nişançı Firudin Əhməd Paşa — dövlət xadimi, nişancı, tarixçi, xəttat və şair. I Süleymanın nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri. Ona Osmanlı imperiyasının "ən məşhur nişançılarından biri" deyilir. İki əsərin müəllifidir: "Munşaat us-Salatin" ("Sultanların Məktubları") və "Nüzhetü-l-esrâr-il-ahbâr" (Siqetvar səfərinin təsviri). Firudin Əhməd bəyin doğulduğu vaxt və yer məlum deyil. Vəqfin qeydlərinə görə atasının adı Abdulkadir olub. O, Çivizade Abdulla-effendi ilə birlikdə Şeyxülislam Çivizade Muhittin Mehmet-effendinin qardaşı deterdar Avdi-çələbinin ailəsində böyüyüb. 1552–1553-cü ildə Firudin Əhməd o dövrdə Rumeli bəylərbəyliyi olan Sokollu Mehmed Paşanın xidmətinə şəxsi katib olaraq girib. 1554-cü ildə I Süleyman ordusu ilə birlikdə Naxçıvan yürüşündə iştirak edib. Firudun Sokollu Mehmed Paşanın etibarlı adamı idi.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Nişançı Hacı Əhməd Paşa
Nişançı Hacı Əhməd Paşa (Foça, Osmanlı imperiyası – fevral 1753, Hələb əyaləti, Osmanlı imperiyası) — I Mahmud dönəmində 1 il 10 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən Alanyalı olub, Foçada dünyaya gəldi. Atası Cəfər ağa Sultan Əhmədin sədrəzəmlərindən Hacı Əhməd Paşanın kəndxudası Osman ağanın qohumu idi. Üstəlik əmisi vəzir Hacı Əbubəkr Paşa da Ciddə valisi idi. Bu səbəblə ilk təhsilini tamamladıqdan sonra əmisinin yanına göndərildi və burada xidmətə başladı. Burada əmisinin kəndxudası kimi xidmət etdi və saray ədəb-ərkanını öyrəndi. Ardından İstanbula göndərildi və sırayla qapıçılar kəndxudası, çavuşbaşı və baş miraxur təyin olundu. Bu vəzifədə ikən 1737-ci ilin avqustunda yenicə sədarətə gətirilən Muhsinzadə Abdullah Paşaya sədarət möhürünü təslim etməklə vəzifələndirildi. Çox keçmədən 1737-ci ilin dekabrında sədarət kəndxudası, 14 mart 1738-ci ildə vəzirliklə sədarət naibi, 1739-cu ilin martında riqabdar, həmin ilin noyabrında isə nişançı təyin edildi. Hacı İvaz Paşanın sədarəti əsnasında Aydında qalması şərtilə sədarət naibliyinə gətirildi.

Значение слова в других словарях