NİFAS

qadınlarda doğuşdan sonra qan axmanın kəsilməsi ilə nəticələnən zahılıq halıdır. Zahılığın müddəti məsələsində məzhəblər arasında ixtilaf vardır. Bəziləri onun 40, başqaları isə 60 və 70 gün davam etdiyini iddia edirlər. Bu müddətdən sonra qadından axan qan zahılıq qanı sayılmır. Nifas halında qadınlara namaz qılmaq və oruc tutmaq, Kəbəni təvaf etmək, məscidlərə girmək, Quran oxumaq və Qurana toxunmaq olmaz. Qılınmayan namazlar nifas halında olan qadınlara bağışlanılır. Orucun isə qəzası (II) sonra tutulmalıdır. Kişilər nifasda olan qadınlarla cinsi əlaqəyə girməməlidirlər. Zahılıq dövrü bitən kimi qadın qüsul almalıdır.
NƏZİR
NİKAH

Значение слова в других словарях