Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ninkasi
Ninkasi — Şumer mifologiyasında pivə ilahəsidir. Atası Uruk kralı, anası isə İnanna məbədinin baş kahini, nəsil ilahəsi idi. Enki'nin aldığı səkkiz yaradan birini sağaltmaq üçün yaradılan səkkiz uşaqdan biridir. Bundan əlavə, o, spirt tanrıçasıdır. O, "istəyi təmin etmək" və "ürəyi doyurmaq" üçün hazırlanmış ilahədir. İçkini gündəlik olaraq hazırlayırdı. Ninkasi bu kolleksiyada bir neçə dəfə görünür.
Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Nizami
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Ermənistan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütü şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. == Tarixi-mədəni mühit == 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Difai
Difai partiyası, Difai firqəsi (az.-əbcəd دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əbcəd دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi. Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
Nifçi
Nifçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Otuzikilər kənd Sovetindən Nifçi kəndi Çələbilər kənd Sovetinin tərkibinə verilmişdir.
Nilas
== Nilas == Nilas-su hövzələrində əmələ gələn, qalınlığı 10 sm-ə qədər olan cavan, elastik buz örtüyünə deyilir. Dalğa üzərində, onun formasına uyğun olaraq. Nilas asanlıqla əyilir, parçalandıqda isə laylı, kündəvari yığımlar əmələ gətirir.
"Nizami" kinoteatrı
"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. == Tarixi == 1934-cü ildə istifadəyə verilib. == Yeni fəaliyyət dövrü == Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir.Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir.Direktoru Leyli Mirzəyevadır.
Buyar Nişani
Bujar Faik Nishani (alb. Bujar Faik Nishani; 29 sentyabr 1966, Durres[d] – 28 may 2022, Berlin) — alban siyasətçi, Albaniyanın prezidenti. Seçkilərə Demokrat Partiyasının üzvü və Daxili İşlər Naziri kimi qatılmışdır. Albaniya Parlamentində müxalifətin uzlaşması olmadan, 140 səs üzərindən aldığı 73 səs sayının tam əksəriyyəti ilə prezidenti seçilmişdir. == Şəxsi həyatı və təhsili == Buyar Nişanı 29 sentyabr 1966-cı ildə Albaniyanın Durres şəhərində anadan olub. 1988-ci ildə "Skënderbej" (İskəndərbəy) Hərb Akademiyasını bitirdi. 1996-cı ildə San-Antonio, Texas və Kaliforniyada işləyib. 2004-cü ildə Tiran Universiteti Hüquq Fakültəsindən məzun olub. Avropa tədqiqatları sahəsində master etdi. Odeta Nişanı ilə evlidir və 2 uşaq atasıdır.
Cəfər Qiyasi
Cəfər Əli oğlu Qiyasi — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999). == Həyatı == Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universteti bitirərək memar ixtisasına yiyələnmişdir. Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir. O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır. Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir. == İş fəaliyyəti == Cəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur.
Maestro Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Mehmet Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. == Həyatı == Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Məhmət Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. == Həyatı == Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Nizami-cədid
Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı. == Etimologiyası == Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir. == Osmanlı imperiyası islahat ərəfəsində == XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular.
Nizami (Ermənistan)
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Nizami (Goranboy)
Nizami — Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Mollavazlı olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Türkiyədən gəlmiş Molla Avaz adlı şəxs salmışdır. Kənddəki nəsillərdən biri indi də avazlı adlanır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, çox qədim tarixə malik bu kənd vaxtilə Nizami Gəncəviyə vəqf olunmuş və bu kəndə onun adı verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1631 nəfər əhali yaşayır.
Nizami (Göygöl)
Nizami, Gəncə (1966–2003) — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Qəsəbə adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır. 2003-cu ildən qəsəbənin adı dəyişdirilərək Nizami olmuşdur.
Nizami (Sabirabad)
Nizami (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Nizami kəndi, Vladimirovka kənd inzibati ərazi dairəsi Nizami kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Qəhrəmanlı olmuşdur. 1891-ci ildə Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus ailələri məskunlaşdıqdan sonra belə adlanmışdır. 2004-cü ildən Nizami adı ilə rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir.
Nizami (Zəngibasar)
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Nizami (ad)
Nizami — kişi adı. Nizami — dahi Azərbaycan şairi Nizami Qaraxani — Azərbaycan şairi Nizami Ağayev — kənd təsərrüfatı elmləri doktoru, professor. Nizami Zeynalov — Nizami Əkbərov — Nizami Qocayev — İsmayıllı rayon polis şöbəsinin rəisi Nizami Salahov — Azərbaycanlı futbolçu Nizami Tağıyev — Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası Nizami Vəliyev — tibb elmləri namizədi.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Nizami (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Nizami — Sabirabad rayonunda kənd. Nizami — Goranboy rayonunda kənd. Nizami — Göygöl rayonunda qəsəbə. Nizami — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd (əvvəlki Yuxarı Necili).Musiqidə Nizami — Bəstəkar Əfrasiyab Bədəlbəylinin operası. Nizami — Bəstəkar Fikrət Əmirovun simfoniyası və baleti.Filmlər Nizami — dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş film-pritça.Digər Nizami — Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami — Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizami metrostansiyası — Bakıda metro stansiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzi — Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq, qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilatdır. Nizami Gəncəvi küçəsi (Gəncə) — Gəncə şəhərində küçə Nizami itburnusu — təbiətdə 110-190 sm hündürlükdə kol.
Nizami (opera)
Nizami operası — 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi opera. Operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.Əsər 5 pərdə və 6 şəkildən ibarətdir. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur.Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib. "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir. == Tarixi == === Mənbə və mövzular === Nizami yaradıcılığını tanınmış filosof, ədəbiyyatşünas və sənətşünaslar, elm və dövlət xadimləri yüksək qiymətləndirmiş, onun həyatı və əsərləri əsasında müxtəlif mövzularda romanlar, pyeslər yazılmış, şəxsiyyətinə həsr edilmiş poema və şeirlər qoşulmuşdur.Nizami irsi uzun zamanlar ərzində dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olmuşdu. Azərbaycanda şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində müxtəlif işlər həyata keçirilmiş, çoxlu sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır.
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Nizami Abbas
Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) (1 yanvar 1957, Şamxor rayonu) — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü. == Həyatı == Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub. Çəkdiyi "Balaban" sənədli filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.Ailəlidir, 1 övladı var. == Filmoqrafiya == Adam (film, 2010) Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) — quruluşçu operator Ağ-qara dünya (film, 1991) — operator (sənədli film) Axırıncı addım (film, 1989) — operator (sənədli film) Aman, ayrılıq (film, 1989) Aşiqi sadiq (film, 2014) Azadlığa gedən yollar (film, 1990) — operator (sənədli film) Azadlıq elçisi (film, 1993) Azərbaycan xalçası (film, 2009) Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015) Azərbaycan rəngkarlığının kraliçası (film, 2009) Azərbaycan: Tarixdən səhifələr (film, 2008) — rejissor, operator (sənədli film) Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987) Batalyon (film, 2016) Bəşəriyyətin beşiyi (film, 2011) Bəyaz həyat (film, 2003) — quruluşçu operator (çoxseriyalı bədii film) Bu Naxçıvandır (1999) — operator (sənədli film) Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984) Dözümlü minarələr (film, 1991) El bir olsa...
Yaşayış binası (Nizami küçəsi, 133)
Nizami küçəsi 133 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli tikilinin ikinci mərtəbəsində düz divar səthi pilyastrlarla hissələrə bölünmüş, onlar arasında isə fasad boyunca pəncərə yerləri yerləşdirilmişdir. Pəncərə yerlərinun yükü yarımdairəvi tağlar vasitəsiylə bölünmüşdür. Binanın aşağı mərtəbəsinin fasadı daha sadə həll edilməklə həm də yerə yaxınlığı ilə diqqət çəkir.Evin fasdının düz səthi taxtadan hazırlanmış karnizlə tamamlanır ki, bu da Gəncənin verandası olmayan bütün evləri üçün xarakterik xüsusiyyətlərdən biridir. Gəncənin iqlim xüsusiyyətləri evlərdə kölgə yaradılmasını tələb edirdi ki, bu da əsasən taxta karnizlər vasitəsiylə həyata keçirilirdi. Daha sonrakı dövrə aid evlərdə isə böyük sahəli eyvanlar tikilirdi. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Yaşayış binası (Nizami küçəsi 133)
Nizami küçəsi 133 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli tikilinin ikinci mərtəbəsində düz divar səthi pilyastrlarla hissələrə bölünmüş, onlar arasında isə fasad boyunca pəncərə yerləri yerləşdirilmişdir. Pəncərə yerlərinun yükü yarımdairəvi tağlar vasitəsiylə bölünmüşdür. Binanın aşağı mərtəbəsinin fasadı daha sadə həll edilməklə həm də yerə yaxınlığı ilə diqqət çəkir.Evin fasdının düz səthi taxtadan hazırlanmış karnizlə tamamlanır ki, bu da Gəncənin verandası olmayan bütün evləri üçün xarakterik xüsusiyyətlərdən biridir. Gəncənin iqlim xüsusiyyətləri evlərdə kölgə yaradılmasını tələb edirdi ki, bu da əsasən taxta karnizlər vasitəsiylə həyata keçirilirdi. Daha sonrakı dövrə aid evlərdə isə böyük sahəli eyvanlar tikilirdi. == İstinadlar == == Ədəbiyyat == Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.
Hisaşi
Hisaşi — Yaponiya kişi adı. Bu adı olan tanınmışlarHisaşi Kaneko — keçmiş Yaponiya futbolçusu. Hisaşi Kato — keçmiş Yaponiya futbolçusu. Hisaşi Kurosaki — keçmiş Yaponiya futbolçusu.
Ako qisası
47 ronin və ya Ako qisası — XVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir. == Səbəb == 1701-ci ildə Yaponiyanın Ako bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir. Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir. == Qisas əməliyyatının həyata keçirilməsi == 47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.
Aktyor binası
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir.Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı. İlk qonşular bildirirdilər ki, Zavadski Maresksya ilə rəsmən boşansa da hər həftənin birinci günü naharı onun evində edirdi.1986-cı ildə binada Aleksey Anatoleviç Evtuşenko öz emalatxanasını açmışdır.
Apostolopulo binası
Apostolopulo binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Apostolopulo binası Taqanroq şəhəri Frunze küçəsi, ev 26 ünvanında yerləşir. Frunze küçəsi ilə İtalyanskaya xiyabanının küncündə yerləşir. Bina 1870-ci illərdə inşa edilmişdir. == Tarixi == 1806-cı ildə I Aleksadrın əmri ilə Taqanroq ətrafında İvan Apostolopuloya 150 desyantin torpaq sahəsi bağışlanılmışdır. Nikolayevski küçəsi ev 28 (hazır ki Frunze küçəsi ev 26) ünvanında yerləşən ərazi 1870-ci ilin əvvəllərində Marii Apostolopuloya məxsus olmuşdur. 1880-ci ildə binanı Yakov Solomonoviç Parxonov satın alır. Bu evdə onun uşaqları Valentin Yakovlieviç Parnax (1891—1951) və Yelizabet Yakovlevns Taraxovskaya (1891—1968) anadan olmuşdur. 1890-ci illərdə binanı kəndli Kleopatra Karnovna Krasnokutskaya alır. XX əsrin əvvəllərində isə binanın sahibi şəhər məhkəməsinin üzvü Konstantin Konstantinoviç Popadulo olur.
Arazbar livası
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Ağcaqala livası
Ağcaqala livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağcaqala idi. Ağcaqala livası nahiyəyə bölünürdü.
Aşıq Niftalı
Göyçəli Aşıq Niftalı — Azərbaycanlı aşıq. == Həyatı == Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçənin Ardanış kəndində anadan olub. Atası Kərbəlayı İsmayıl, əmisi Məhəmməd aşıq olmasalar da, sənətə yüksək qiymət verər, sənətkara sonsuz hörmət bəsləyərmişlər. Belə bir mühitdə böyüyən Niftalı da meylini saza-sözə salır. Oğlunun bu həvəsini görən Kərbəlayı İsmayıl Niftalını Qızılvəng kəndində yaşayan, dövrünün tanınmış sənətkarı Aşıq Quluya şəyirdliyə verir. Ərəb-fars dillərini mükəmməl bilən Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir, fitri istedadı, qabiliyyəti, güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə bələd olur, səsi, ifası ilə tanınır, məşhurlaşır. Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı tezliklə Göyçədən Tovuz, Gədəbəy, Qazax, Borçalı mahalınacan yayılır. Ustad aşıq Qazaxıstana, Özbəkistana, İrana səfər edir, yaddaqalan məclislər aparır. Aşıq Niftalı dövrünün tanınmış saz-söz ustadları Aşıq Əsəd, Aşıq İmran, Aşıq Mahmud, həmçinin Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı ilə dostluq edib. O, ömrü boyu dost olduğu Cilli Aşıq Yunusla çoxlu toylar, məclislər yola salmışdı.
Baqdasarovların binası
Baqdasarovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina mədəni və tarixi bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina Turqenevski xiyabanı ev 7 ünvanında yerləşir.. Baqdasarov qardaşlarının vəsaiti hesabına inşa edilmişdir. == Tarixi == XIX əsrdə inşa edilmişdir. Taqanroq şəhəri Turqenevski xiyabanı ev 7 ünvanında yerləşir. Binanın yerləşdiyi ərazidə vaxtı ilə arxitektur tikili olmuşdur. Bu tikilinin qiyməti 1000 rubl olaraq qiymətləndirilirdi. Bu tikili tacir Sofi Luçkaya məxsus olmuşdur. Sonradan tikili dağıdılmışdır.
Bağçasarayev binası
Q. X. Bağçasarayevin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sosioliçeski küçəsi, Budenovski prospektində ev 26/57 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi Qriqori Kristoforoviç Bağçasarayev olmuşdur. O şəhər dumasının üzvü olmuşdur. Şəhər sakinləri onun bağ həvəskarı olmasını bilirdi. Ancaq bürün rəsmi sənədlərdə binanınsahibi Krikor Xristoforoviç Bağçasayev göstərilir. Qriqori Kristofiroviç Bağçasarayev Rostovda ilk ağacəkmə bayramı kompaniyyası üzrə sovetin əsas ütəşkilatçılarından biri olmuşdur. Bağçasarayev binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev XX əsrin əvvəllərində modern stilində inşa edilmişdir. Binanın quruluşu XIX əsrin sonları və XX əsrin əvvəllərində inşa edilən tikililərin quruluşuna bənzərdir.
Buzovnaneftin binası
«Buzovnaneft»in binası — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişdiyi nöqtədə yerləşən bina. Bina Nəsimi meydanının qarşısında yerləşir. Tikinti prosesi 1945-ci ildə başa çatmış binanın memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovdur. == Tarix == «Buzovnaneft»in binasının tikinti prosesi 1945-ci ildə, Sadıq Dadaşovun ölümündən qısa bir müddət əvvəl başa çatmışdır. Bina yalnız iki il ərzində inşa edilmişdir. Bir qədər sonra binanın qarşısında bir meydan təsis edilmişdir. Bu meydanın mərkəzində fəvvarələr yerləşirdi. 1980-ci ildə bu fəvvarələr sökülmüş, yerlərində isə İmadəddin Nəsiminin heykəli tikilmişdir. Parkın hər iki tərəfində bənzər memarlıq dizaynına malik evlərin yerləşdirilməsi nəzərdə tutulmuşdu.4 noyabr 1955-ci ildə Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "dizayn və tikinti həddlərinin aradan qaldırılması haqqında" qərar qəbul etmişdir. Sərəncamda Mikayıl Hüseynovun Bakı şəhərində memarlıq etdiyi binaların "həddindən çox lazımsız strukturlar"a malik olduğu yazılmışdır.
Bərdə livası
Bərdə sancağı və ya Bərdə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərdə idi.
Bərgüşad livası
Bərgüşad sancağı— 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərgüşad idi. Bərgüşad livası dörd nahiyəyə bölünürdü. Bərgüşad nahiyəsi ,Zans nahiyəsi, Dizaq nahiyəsi, Keştasf nahiyəsi Osmanlılar Bərgüşad sancağını nahiyyələrə bölmüşdülər. Bunlardan biri Bərgüşad nahiyəsi idi. Osmanlı dövründə (1724-1834) Bərgüşad nahiyəsinin başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı: Liva-ik (Bergüşat) Sabıka Revan Seraskeri olan Vezir Ahmed Paşa tarafından Hılhına sancağı tevcih olunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker olan Vezir Elhac Mustafa Paşa tarafından Bergüşat sancağı tevcih olunup zabt-u muhafazası içün irsal olunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138). Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı: Mutasarrıfı Mehmed Şerif fevt olmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb olan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
Drevitsk binası
Drevitsk binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Drevitsk binası Taqanroq şəhəri Frunze küçəsi, ev 23 ünvanında yerləşir. Bina 1840-cı ildə inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli villa neoklassizm stilində inşa edilmişdir. Fasadda hər iki mərtəbədə altı pəncərə vardır. Mərtəbələr arasında və pəncərələrin altında baraleyflər vardır. Onlar əsasən şir başlarıdır. Tavanı lepka elementləri ilə işlənmişdir. == Tarixi == Bina 1840-cı ildə inşa edilmişdir. Sahibləri: 1873 — Kollec registratoru F. Serebyakov, 1880 — kollec assesoru Yskovenko, 1890 — türk taciri N. Samaroğlu, 1898 — N. K. Mumulov (Binada tütün fabriki açmışdır), 1906–1912 — Rusoua paraxod cəmiyyətinin Taqnroq filialının rəhnəri İvan Yakovleviç Drevitsk.