Polimer karbon nitrid
=== Ümumi məlumat ===
Katalitik proseslər kimya sənayesinin inkişafında mühüm rol oynayır və istehsal olunan kimyəvi məhsulların 90%-dən çoxu metal tərkibli heterogen katalizatorlar üzərində aparılır. Bu sistemlərin iştirakı ilə gedən proseslər yüksək enerji tutumu, qeyri selektivliyi, qiymətli metalların sərfiyyatı və ətraf mühitin çirklənməsi ilə xarakterizə olunur. Tərkibində metal saxlamayan, reaksiya mühitinin təsirinə qarşı inert qalan, yüksək katalitik effektivliyə malik olan mate-rialların katalizdə istifadəsi praktiki əhəmiyyət kəsb edir.
Qrafitəbənzər karbon nitrid (g-C3N4) iki ölçülü quruluşa malik karbon əsaslı nanomaterialdır. g-C3N4-in yarımkeçirici xassəyə malik olması (2,7 eV) ucuz, eko-loji cəhətdən təmiz katalitik sistemlərin yaradılması üçün perspektiv imkanlar ya-radır. g-C3N4 xarakterik mikrostrukturaya malik, yüksək termiki (>550 °C), kim-yəvi (turşular, əsaslar və üzvi həlledicilər) stabilliyə və oksidləşməyə davamlıdır. Tərkibində kondensasiyaya uğramayan tri-s-triazin həlqəsinin birli və üçlü amin qrupları Brensted və Lyuis mərkəzlərini yaradır. Elektronlarla zəngin olan aroma-tik həlgə donor-akseptor qarşılıqlı təsir mexanizmi ilə müvafiq substratları aktiv-ləşdirmə qabiliyyətinə malikdirlər. Məsaməli quruluş yarımkeçirici materialın aktiv səthin sahəsini artirir, bu isə öz növbəsində katalizatorun effektivliyini artırır. Beləliklə, g-C3N4 çoxfunksialı səthə malik material olmaqla, tərkibində metal saxlayan katalizatorlardan fərqli olaraq, müxtəlif funksional qrupların təsirinə davamlıdır.