noktürn

noktürn
noktambulizm
noqata
OBASTAN VİKİ
Noktürn
Noktürn (fr. nocturne - "gecə") — XIX əsrin əvvəllərindən lirik, xəyalpərəst təbiətli musiqi parçaları (adətən instrumental, daha az vokal) üçün yayılmış ad. Bu mənada fransızca nocturne sözü ilk dəfə 1810-cu illərdə Con Fild tərəfindən istifadə edilmişdir, baxmayaraq ki, italyan termini notturno XVIII əsrdə mövcud idi və açıq havada ifa olunan musiqini ifadə edirdi. Noktürn janrı orta əsrlərdə yaranmışdır. Sonra gecə yarısı ilə sübh arasında yerinə yetirilən dini katolik xidmətinin bir hissəsinə verilən ad (pravoslav matinləri kimi). Noktürn XVIII əsrdə sırf dini janrlardan yaranıb, gecələr açıq havada ifa olunan kamera əsərinə çevrilib (Nachtmusik). Klassik noktürn janrı müasir anlayış ilə heç bir əlaqəsi yoxdur (bu lirik miniatür deyildi) və çox vaxt sonata-simfonik tsikl şəklində yazılırdı (məsələn, Motsartın “Kiçik gecə serenadası”). Noktürn adətən geniş inkişaf etmiş melodiya əsasında qurulur və gecəni bir növ instrumental mahnıya çevirir. Adətən noktürnlər fortepiano üçün yazılır, lakin oxşar əsərlər digər alətlər, eləcə də ansambl və orkestrlər üçün də rast gəlinir. Sözün müasir mənasında noktürn yazan ilk bəstəkar Con Fild olmuşdur.
Do diyez minor noktürnü (Şopen)
Do diyez minor noktürnü — solo fortepiano üçün olan 20 nömrəli do diyez minor sonatası Lento con gran espressione, P 1, No. 16, KKIVa/16, polyak bəstəkarı Frederik Şopen tərəfindən 1830-cu ildə bəstələnmiş, 1870-ci ildə isə çap olunmuşdur. Şopen bu əsəri böyük bacısı Lüdvikaya həsr etmiş və qeyd etmişdir: İkinci konsertimin çalışmasına başlamazdan əvvəl hazırlıq üçün bacım Lüdvikaya. Əsər bəstəkarın ölümündən 26 il sonra çap olunmuşdur və adətən, sürətli olduğu üçün Lento con gran espressione adlandırılmışdır. Bəzən də bu əsər "Xatirə" (Reminiscence) adlanıb. Noktyurn daha sonra Holokostdan sağ çıxmağı bacaran Nataliya Karp tərəfindən ifa olunmuşdur. O, bu əsəri Nazi komandirlərindən biri Amon Goata ifa etmiş və Amon musiqidən çox təsirləndiyi üçün onu öldürməmişdir. == Musiqili Struktur == Lento con gran espressione kimi tanınan bu əsər 4/4 ölçüsündə yazılıb. Əsər mülayim və eyni zamanda da qəmgin motivlərlə başlayir, daha sonra isə əsas mövzu 5-ci taktdan ifa olunmağa başlayır. Sağ əl əsas mövzunu çaldığı müddətdə sol əl leqato şəklində qırıq-qırıq akkordlarla musiqinin gözəlliyinə fərqli rəng qatır.

Значение слова в других словарях