Do diyez minor noktürnü (Şopen)
Do diyez minor noktürnü — solo fortepiano üçün olan 20 nömrəli do diyez minor sonatası Lento con gran espressione, P 1, No. 16, KKIVa/16, polyak bəstəkarı Frederik Şopen tərəfindən 1830-cu ildə bəstələnmiş, 1870-ci ildə isə çap olunmuşdur. Şopen bu əsəri böyük bacısı Lüdvikaya həsr etmiş və qeyd etmişdir:
İkinci konsertimin çalışmasına başlamazdan əvvəl hazırlıq üçün bacım Lüdvikaya.
Əsər bəstəkarın ölümündən 26 il sonra çap olunmuşdur və adətən, sürətli olduğu üçün Lento con gran espressione adlandırılmışdır. Bəzən də bu əsər "Xatirə" (Reminiscence) adlanıb. Noktyurn daha sonra Holokostdan sağ çıxmağı bacaran Nataliya Karp tərəfindən ifa olunmuşdur. O, bu əsəri Nazi komandirlərindən biri Amon Goata ifa etmiş və Amon musiqidən çox təsirləndiyi üçün onu öldürməmişdir.
== Musiqili Struktur ==
Lento con gran espressione kimi tanınan bu əsər 4/4 ölçüsündə yazılıb. Əsər mülayim və eyni zamanda da qəmgin motivlərlə başlayir, daha sonra isə əsas mövzu 5-ci taktdan ifa olunmağa başlayır. Sağ əl əsas mövzunu çaldığı müddətdə sol əl leqato şəklində qırıq-qırıq akkordlarla musiqinin gözəlliyinə fərqli rəng qatır.