nos

adj bax notre

norvégien
notable
OBASTAN VİKİ
Kanin Nos
Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir. == Mereostansiya və mayak == Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir. == İqlim == Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.
Mikulkin Nos
Mikulkin Nos — burun Kanin yarımadasının şərqində yerləşir. Cənubdan isə Çyeşskaya estuarisi ilə yuyulur. Burun yaxınlığında vaxtı ilə eyni adlı qəsəbə yerləşirdi. 1990-cı illərdə qəsəbə tamamilə boşalmışdır.
Suxoy Nos burnu
Suxoy Nos burnu — Şimal adasının cənub-qərbində yerləşir. Burunda bir çox quşlar yuva qurur. Sovet dönəmində burada nüvə sınaqları həyata keçirilmişdir. Bu paliqon Yeni Torpaq arxipelaqında yerləşən iki sınaq meydancasından biri olmuşdur. 1958–1961 illəri arasında sınaqlar davam etmişdir.
Svyatoy Nos burnu
Svyatoy Nos burnu — Şimal Buzlu okeanın Dmitriy Laptev boğazında yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Svyatoy Nos burnu Syorryoktyax və Abelyaxaya buxtası arasında yerləşir. Hündürlüyü 28–56 fut təşkil edir. Lyaxovski adalarına gedənlər burada çoxlu sayda xaç quraşdırmışlar. Svyatoy Nos burnu 1648-ci ildə Budlakov tərəfindən aşkarlanmışdır. Sonradan Hedenştorm və Pyotr Anju tərəfindən ziyarət edilmişdir. Sovet dönəmində burada rabitə xətti ilə əlaqəli 11/103 "Kvarc" stansiyası qurulmuşdur.
Svyatoy Nos yarımadası
Svyatoy Nos yarımadası (bur. Хилмэн хушуун, rus. Святой Нос) — Baykal gölü ərazisində yerləşən iri yarımada. İnzibati baxımından Rusiya Federasiyası, Buryatiya Respublikası, Barquzin rayonu ərazisinə daxildir. Əhatə etdiyi su sahəsi ilə birlikdə Zabaykal Milli parkı ərazisinə daxildir. Ərazisində ən iri yaşayış məntəqəsi Kurbulıkdır. Yaşayış məntəqələri əsasən adanın şərqində, Civıykuy körfəzi sahilində yerləşir. Yarımadada yerləşən yaşayış məntəqələri:Uroçişe Qlinka, Katun, Kurbulık, Yarımadanın sahəsi 596 km², uzunluğu 53 km, ən enli hissəsi 20 km-dir. Ən hündür nöqtəsi Markov dağıdır (1878 m). Svyatoy Nos yarımadası ərazisindən su ayrıcı Akademik silsiləsi keçir.
Kazım Nosiru
Kazım Nosiru (25 noyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kazım Nosiru Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Kazım Nosiru Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Kazım Nosiru Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cu illərdən Nyu-Yorkda fəaliyyət göstərən iri italyan-amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi ABŞ-də ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçanonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçanodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün italyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-ci illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
La Coka Nostra
La Coka Nostra (qısaca LCN) — 2006-cı ildə Nyu-Yorkda qurulan ABŞ hip-hop qrupu. == Haqqında == La Coka Nostra 2005-ci ilin sonlarında heç bir albom yazmaq niyyətində olmadan yaranmışdır. Danny Boy sayəsində qrupa qatılan qrup üzvlərinin hər biri ayrı-ayrılıqda tanınan və sevilən hip-hop sənətçiləridir. House Of Pain qrupundan sonra video prodüserliyi və dəb işlərinə yönələn Danny Boy Bostonda Slaine ilə tanış oldu. Onun yazdıqlarını bəyənən Danny boy bir neçə mahnı yazımı üçün onu Los-Anceles-ə gətirdi. Nəticədə House Of Pain qrupunun köhnə üzvləri, İll Bill ilə Psycho Realm və Special Teamz qruplarının da qatılması ilə yeni bir qrup meydana gəldi. 2008-ci ilin sonlarına yaxın qrup Suburban Noize Records-la kontrakt imzaladı və 14 iyul 2009-cu il tarixində ilk albomunu çıxardı. Danny Boy e-mail vasitəsilə əlaqə qurub işləməyi rədd edib hər kəsin studiyada olmasını istədiyi üçün albomun ərsəyə gəlməsi uzun çəkdi. İll Bill və Everlast-ın solo albomları üzərində işləmələri və konsert turlarının olması da albomun gecikməsində əsas rol oynadı. "A Brand You Can Trust" 15 mahnıdan ibarət olub, politika, uşaq böyütmək, narkomaniya, ölüm və terrorizm kimi gerçək mövzularla əhatə olundu.
Nikolay Noskov
Nikolay Noskov (Tam adı: rus. Николай Носков; 12 yanvar 1956, Qaqarin, Smolensk vilayəti) — Rusiya musiqiçisi, müğənni, bəstəkar. Gorky Park rok qrupunun vokalçısı (1987–1990). Dörd dəfə Qızıl Qramofon Mükafatı qazanmışdır. Rusiyanın əməkdar artisti (2018) Blaj Paranoya (musiqi albomu) Dışu tişinoy Po poyas v nebe Ono toqo stoit Bez nazvaniya Zivoy Официальный сайт Николая Носкова nnoskov.ru Блог Николая Носкова blog.nnoskov.ru Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine. Николай Носков на Muslib.ru Arxivləşdirilib 2017-04-03 at the Wayback Machine.
Nikolay Nosov
Nikolay Nikolayeviç Nosov (rus. Николай Николаевич Носов, ukr. Микола Миколайович Носов; 10 (23) noyabr 1908 və ya 23 noyabr 1908, Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası – 26 iyul 1976[…], Moskva, RSFSR, SSRİ) — Rusiya-sovet yazıçısı. Nikolay Nikolayeviç Nosov 23 noyabr 1908-ci ildə o vaxtlarda Rusiya imperiyası tərkibində olan Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. O, İkinci Dünya müharibəsi iştirakçısıdır. Nikolay Nosov 26 iyul 1976-cı ildə SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. Nikolay Nosov 1932–1951-ci illərdə kinorejissor işləmişdir. O, uşaqlar üçün yazılmış "Bitya Maleyev məktəbində və evdə" (1951) povesti, "Bilməz və dostlarının macəraları" (1954), "Bilməz Günəş şəhərində" (1958), "Bilməz Ayda" (1964–1965) trilogiyası, "Dostum İqor haqqında povest" (1972), "Quyunun dibindəki sirr" (1976) avtobioqrafik povesti və s. əsərlərin müəllifidir. Nikolay Nosov 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
NoSQL
NoSQL — verilənlər bazasının idarə edilməsində ənənəvi relasiya cəbrindən və SQL-dən istifadə etməyən verilənlər bazalarıdır. NoSQL sorğu dili kimi SQLi istifadə etmir. Bu termini ilk dəfə 1998-ci ildə Carlo Strozzi istifadə etmişdir.
Nosappu burnu
Nosappu burnu (yap. 納沙布岬) — Yaponiyanın Hokkaydo adasının Nemuro yarımadasında yerləşən ucqar nöqtə. İnzibati cəhətdən Hokkaydo prefekturası Nemuro dairəsinə daxildir. Yaponiyanın ucqar şərq ərazisidir. Burun Sovet boğazı ilə Rusiyanın nəzarətində olan Siqnalnı, Rifovı və Storojevoy adalarından ayırır. Bu adaların arxasında nisbətən iri Tanfilev adası yerləşir. Beynəlxalq Coğrafiya cəmittətinə görə Lopatka burnundan Kuril adalarının şərq sahilləri ilə Nosappu burnuna kimi Oxot dənizi nin sərhəddi keçir.
Nosel
Nosel (Averon)
Nosel (Averon)
Nosel (fr. Naucelle, oks. Naucèla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12169. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 2017 nəfər təşkil edirdi. 2007-ci ildə 1060 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 724 nəfər iqtisadi fəal, 336 fəaliyyətsiz (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 66.8%) idi.
Nosel (kanton)
Nosel (fr. Naucelle) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1222. Nosel kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Nosel kommunasıdır. 2006-cı ildə əhalinin sayı 4 758 nəfər təşkil edirdi.
Nosferatu
Nosferatu (yun. nosophoros) — yunan dilindən tərcümədə vəba xəstəsi mənasını ifadə edir. Qədim Yunanıstanda vəba xəstələri nosferatu adı ilə qeyd edilmişdir. Nosferatu XIX əsrin əvvələrindən başlayaraq, başqa bir mənada ifadə etməyə başlamışdır. Nosferatu vampir olaraq dünyaya gəlmiş insanlara deyilir. Nosferatuların valideynləri əsasən vampirlər olur. Rəvayətlərdə Nosferatu dünyaya gətirmiş qadın vampirin doğumdan dərhal sonra öldüyü bilirilirdi. XIX əsrin ortalarında Amerika Birləşmiş Ştatlarında özünü Nosferatu adlandıran bəzi şəxslər olmuşdur. Məşhur silsilə qatil hesab edilən Albert Fiş öz qurbanlarının valideynlərinə göndərdiyi məktublarda özünü nosferatu kimi təqdim edir. Bu anlayış bir çox xalqların ədəbiyyatlarında mənfi mənada işlənmişdir.
Nosferatu: Gecə kabusu (film, 1979)
Nosferatu: Gecə kabusu (alm. Nosferatu – Phantom der Nacht‎) — 1979-cu ildə çəkilən filmdir. Bir əmlak satışı üçün Transilvaniyaya göndərilən Conatan Harkerin yeni müştərisi Qraf Drakuladır. Conatan dörd həftə ərzində Transilvaniyada yerləşən Qraf Drakulanın qəsrinə çatır və buranı görən zaman heyrətə gəlir. İnsan qanıyla bəslənən Qraf Drakula ölümsüzdür və tək istəyi dincliyə qovuşmaqdır. Ancaq Harkerin həyat yoldaşı Lüsinin fotoşəklini görüncə, fikirini dəyişdirir və gəmiylə Almaniyaya doğru yola çıxır. Amma bununla bərabər Avropaya Taun xəstəliyi kimi fəlakəti də götürmüş olur...
Nosferatu: Qorxunun simfoniyası (film, 1922)
Nosferatu: Qorxunun simfoniyası (alm. Nosferatu, eine Symphonie des Grauens‎) — 1922-ci ildə istehsal olunmuş Almaniya qorxulu filmidir. Film dövründə çəkilən digər filmlər kimi səssiz çəkilmişdir. Filmdəki yazılar Alman dilindədir. Film İrland yazıçısı Brem Stokerin Drakula əsərinin motivləri əsasında çəkilmişdir. Filmin məzmunu romandakından fərqlidir. "Nosferatu: Qorxunun simfoniyası" filmindəki Qraf Orlok obrazı romandakı "Qraf Drakula" personajına uyğundur. Əmlak işçisi Tomas Hatter Almaniyanın Bremenə bağlı Visburq adlı kiçik bir qəsəbəsində həyat yoldaşı Elen ilə birlikdə yaşayır. Tomasa Transilvaniyada yaşayan Qraf Orlokdan məktub gəlir. Bəzi simvollarla dolu bu məktubu Knok adlı şəxs Tomas üçün oxuyur.
Nosovyədi
Nosovyədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 56 nəfərdir.
Nossaj-e-Benevan
Nossaj-e-Benevan (fr. Nossage-et-Bénévent, oks. Nossatge e Benevent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05094. 2008-ci ildə əhalinin sayı 13 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 7 nəfərin (15–64 yaş arasında) 6 nəfəri iqtisadi cəhətdən fəal, 1 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 85,7%, 1999-cu ildə 75,0%). 6 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın) işləyir, 1 qadın işsizdir.
Nossak (Averon)
Nossak (fr. və oks. Naussac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12170. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 320 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 207 nəfər (15-64 yaş) arasında 144 nəfər iqtisadi fəal, 63 hərəkətsiz (fəaliyyət göstərici 69.6%, 1999-cu ildə 70.5%) idi.
Nostalgiya
Nostalgiya (q.yun. νόστος — vətənə qayıtmaq və q.yun. άλγος — ağrı) — vətən və doğma ev üçün kədər. Həmçinin "keçmiş üçün kədər" anlamında da işlədilir.
Nostalji
Nostalgiya (q.yun. νόστος — vətənə qayıtmaq və q.yun. άλγος — ağrı) — vətən və doğma ev üçün kədər. Həmçinin "keçmiş üçün kədər" anlamında da işlədilir.
Nostradamus
Mişel de Notrdam (fr. Michel de Notredame; daha çox Nastradamus kimi məşhurdur; 14 dekabr 1503, Sen-Remi-de-Provans[d] – 2 iyul 1566) — öz kəhanətləri ilə məşhur olan fransız öncəgörücü, əczaçı və kimyagər. Mişel de Notr Dam 1503-cü il dekabrın 14-də Sen-Remi-de-Provens şəhərində sefard yəhudilərinin (təqiblər nəticəsində Pireney yarımadasından Fransaya köçmüş) ailəsində anadan olub. Sezar de Nostrdamın Provans xronikasında təkrar etdiyi bir ailə əfsanəsində deyilir ki, öncəgörücünün əcdadları Kalabriya hersoqlarının, xüsusən də Xeyirxah Renenin sarayında müalicəçi kimi xidmət edirdilər. Lakin mövcud faktlara əsasən onların kifayət qədər savadlı və imkanlı adamlar olduğunu iddia etmək olar. 1518-ci ildə 14 yaşlı Mişel de Notrendam Avinyon Universitetində oxumağa getdi və burada trivium deyilən elmləri - qrammatika, ritorika və məntiqi, daha sonra isə kvadriviumu - həndəsə, hesab, musiqi və astrologiyanı öyrəndi. 1519-cu ildə şəhəri vəba xəstəliyi bürüdü və Mişel qovuldu. Sonra o, təkbaşına həkim olmaq və taunu müalicə etməyin yolunu tapmaq qərarına gəldi. Ancaq heç vaxt bir həll tapmadı. Ömrünün sonrakı səkkiz ilini ancaq kulinariya-kosmetika kitabındakı öz ifadəsindən bilirik, ona görə də bu illər “bitkilərin və digər elementar maddələrin mənşəyini və mənşəyini öyrənmək və öyrənmək; tibb elminin zirvəsi haqqında”.
Nostratik dillər
Nostratik dillər, bu termini ilk dəfə 1903-cü ildə yazdığı Türkische Lautgesetze adlı məqaləsində danimarkalı dilçi Holger Pedersen işlətmişdir. Hind-Avropa dilləri ilə əlaqəli dillərin mövzu edildiyi bu məqalədə istifadə edilən nostratik termini Latın dilindəki "nostrates" (bizim ölkənin insanları) sözündən gəlməkdədir. Pedersenin bu fərziyyəsi SSRİ sahəsində inkişaf sahəsi tapmışdır. 1960-cı illərin əvvəllərində Sovet dilçisi Vladislav İlliç-Svitıç tərəfindən fərziyyə inkişaf etdirilərək nəzəriyyəyə çevrilmişdir. İlliç-Svitıç; Hind-Avropa, Ural, Altay, Kartvel, Hami-Sami və Dravid dilləri arasındakı oxşarlıqlar üzərində dayanmışdır. Nostratik dillərin ümumi lüğəti üçün işlərini davam etdirən İlliç-Svitıç proyektini bitirə bilmədən 1966-cı ilde vəfat etmişdir. İlliç-Svitıçın işləri daha sonra Vladimir Dıbo tərəfindən Opıt sravneniya nostratiçeskih yazıkov adı ilə 1971-ci, 1976-cı və 1984-cü illərdə üç cilddə çap olunmuşdur. Aron Dolqopolski, Sergey Starostin və Vladimir Dıbo kimi alimlər bu sahədəki işlərinə davam etmişlərdir.
Nosuke yarımadası
Nosuke yarımadası (yap. 野付半島) — Yaponiyanın Hokkaydo (ada)sının şimal-şərqində yerləşir. Faktiki olaraq qumdan ibarət olan və qırmaq quruluşuna malik burundur. Yarımada Soya isti cərəyanının və buxtaya çökmə suxurlar tökən Tohoro-Qava və Syumbesu-Qava çaylarının fəaliyyəti nəticəsində meydana gəlmişdir. Nemuro (prefektura)sı Sibetsu ərazisinə daxildir. Yarımadada Enitarausu və Nakasibetsu kimi kiçik balıqçı kəndləri vardır. Yarımadanı Rusiyanın Kunaşir adasından Xəyanət boğazı ayırır..
Sanco Nosaka
Sanzo Nosaka
Sanzo Nosaka (野坂 参三, Nosaka Sanzō, 30 mart 1892, Hagi[d] – 14 noyabr 1993, Tokio) — Yaponiya yazıçısı, redaktoru, əmək təşkilatçısı, kommunist agenti, siyasətçisi və universitet professoru, Yaponiya Kommunist Partiyasının qurucusu. Sanzo Nosaka 30 mart 1892-ci il tarixində Yaponiyanın Hagi şəhərində anadan olmuşdur. O, 1922-ci ildən Yaponiya Kommunist Partiyasının (YKP) üzvüdür. Nosaka 1922–1928-ci illərdə əmək federasiyasında işləmiş, inqilabi fəalliyyətinə görə gəbs cəzasına məhkum edilmiş, 1930-cu ildə azadlığa buraxılmışdır. O, 1930-cu ildən YKP Mərkəzi Komitəsinin üzvüdür. Nosaka 1932-ci ildən Moskvaya göndərilmiş, Kominterndə YKP-nin nümayəndəsi olmuş, Kominternin VII konqresində (1935) Kommunist İnternasionalının İcraiyyə Komitəsiin (KİİK) və KİİK Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1940-cı ildə Çinə köçmüş, yapon xalqının azadlıq cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Nosaka 1946-cı ildə Yaponiyaya qayıtmışdır. Burada o, YKP MK, MK Siyasi Bürosunun və Katibliyinin üzvü, 1955-ci ildə YKP MK Rəyasət heyətinin üzvü seçilmişdir. Nosaka 1958–1982-ci illərdə YKP MK sədri idi.

Значение слова в других словарях