NU:AR

I
(Gədəbəy)
bax no:ar . – Məsmənin cejiminin nu:arı lap xoşuma gəldi
II
(Ağdam)
suyun əmələ gətirdiyi kiçik xəndək
NÖYÜS
NUBAH
OBASTAN VİKİ
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Filipp Nuare
Filipp Nuare (fr. Philippe Noiret, tam adı Filipp Pyer Fernan Nuare (Philippe Pierre Fernand Noiret); 1 oktyabr 1930[…], Lill, Fransa – 23 noyabr 2006[…], VII arondisman, Fransa[…]) — fransız kinoaktyoru. == Həyatı == 1 oktyabr 1930-ci ildə Lill(Nor-Pə-Dö-Kəle) şəhərində anadan olub, Fransa. Atası ev tikintisi ilə məşğul olurdu, böyük şirkətin baş meneceri olub. Filip Nuare, Mərakeşdə, Kasablankada böyüyüb, sonra ailəsi Fransaya qayıdır, Tuluzaya. Culi qapalı iyezut kolecində oxuyur. Məhz kolecdə Filip aktör olmaq qərarına gəlir. Tədris teatrının səhnələşdirmələrində fəal iştirak edir, xorda oxuyur. R.Blenin Parisdəki dramatik sənət kurslarını bitirir. Paris teatr, kabarelərində, komik aktör kimi Jan- Pyer Darrasla duetdə TV də işləyir.