Filipp Nuare

Filipp Nuare (fr. Philippe Noiret, tam adı Filipp Pyer Fernan Nuare (Philippe Pierre Fernand Noiret); 1 oktyabr 1930[1][2][…], Lill, Fransa23 noyabr 2006[3][1][…], VII arondisman, Fransa[5][6][…]) — fransız kinoaktyoru.

Filipp Nuare
Doğum adı Philippe Pierre Fernand Noiret[4]
Doğum tarixi 1 oktyabr 1930(1930-10-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 noyabr 2006(2006-11-23)[3][1][…] (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[3]
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti kino aktyoru, aktyor, kabare sənətçisi[d], səsləndirmə aktyoru[d], komediyaçı, teatr aktyoru
Fəaliyyət illəri 1948–2006
Təhsili
  • Janson-de-Sayi Liseyi[d]
Mükafatları "Fəxri legion" ordeni kavaleri
IMDb ID0634159
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 oktyabr 1930-ci ildə Lill(Nor-Pə-Dö-Kəle) şəhərində anadan olub, Fransa. Atası ev tikintisi ilə məşğul olurdu, böyük şirkətin baş meneceri olub. Filip Nuare, Mərakeşdə, Kasablankada böyüyüb, sonra ailəsi Fransaya qayıdır, Tuluzaya. Culi qapalı iyezut kolecində oxuyur. Məhz kolecdə Filip aktör olmaq qərarına gəlir. Tədris teatrının səhnələşdirmələrində fəal iştirak edir, xorda oxuyur. R.Blenin Parisdəki dramatik sənət kurslarını bitirir. Paris teatr, kabarelərində, komik aktör kimi Jan- Pyer Darrasla duetdə TV də işləyir.

Kinoda ilk dəfə 1949-cu ildə “Jiji” filmində debüt edir.1956-ci ildə rejisör Anyes VardanınPuent Kurt” filmində balıqçı Luinin rolunu oynayır.Raymon Kenonun absurdistZazi metroda” romanının ekranlaşdırılmasında(1960, rej. Lui Mal) Qabriyel dayı rolundan sonra məşhurlaşdı.Rene Kler Nuareni “Dünyanın bütün qızılı” (1961) filmində Viktor Qardi roluna dəvət edir. Bu vaxtdan Filip Nuarenin ulduzu parladı və heç vaxt onu tərk etmədi. Aktör eyni uğurla dramatik həm komediya rollarını oynayırdı. Nuare həm İv Roberin məsxərələrinin axmaqvari qəhrəmanlarını – Xoşbəxt Aleksandr” da (1968) Aleksandrı və “Qarımış qız” (1971, Qərbi Berlin BKF,1972) filmində çəkingən köntöy Qabriyeli, həm İv Buassenin kəskin süjetli “Parisdə qaçırma” (1972) filmində siyasi xadim Pyer Qarseni və “Tartari səhrası”nda(1976, rejissor Valerio Dzurlini) generalı oynayırdı.Rejissor Rober Enrikonun 1975-ci ildə çəkdiyi Sezar mükafatını almış “Köhnə tüfəng” filmində faşistlərin vəhşilikləri ilə qəddar qanlı qisasa məcbur edilən, sülhpərvər və sakit həkim Jülyen Dəndye rolunu ifa etdi.1980-ci illərdə Bertran Tavernyenin altı filmindı və Mario Moniçellinin italyan komediyalarında baş rolları oynadı.Marko FerrarininBöyük yeyinti”(1973) filmində Filip rolunda.Tamaşaçıların rəğbətini xüsusi ilə Klod Zidinin 1984-cü ildə çəkdiyi “Açın polisdir/ Satılmışlar” filmində detektiv Rene rolundan sonra qazandı.Ən yaxşı rollar sırasında -Culiano MontaldonunQızıl çərçivəli gözlük” (1987) dramında doktor Fadiatti, rejissor B.Tavernyenin 1989-cu ildə çəkdiyi (Sezar mükafatı) “Həyat, başqa heç nə”, Yeni kino Paradiz(1990, Britaniya kinoakademiyası mükafatı) filmində Alfredo, Kler DeversinMaks və İyeremiya” (1992) trillerində Maks, Bertran Bliyenin “Döymə ət” filmində qoca dull Lion Qresson.(2003).

Aktyor 23 noyabr 2006-ci ildə Parisdə xərçəngdən vəfat edib.

Filipp Nuare[ölü keçid]