Əbdülhüseyn Nuşin
Əbdülhüseyn Nuşin (fars. عبدالحسین نوشین; 1906, Məşhəd – 1971, Moskva) — İran teatr xadimi və yazıçısı.
Əbdülhüseyn Nuşin 1905-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. 1950-ci ildən SSRİ-də yaşamışdır. 2 may 1971-ci il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.
O, 1929-cu ildə Tehran aktyorluq məktəbini, 1940-cı illərdə isə "Firdovsi" və "Fərhənk" teatrlarını təşkil etmiş, milli teatr sənətinin inkişafında xidməti olmuşdur. Vilyam Şekspir, Moris Meterlink, Anton Çexov, İvan Turgenov, Maksim Qorki və başqalarının əsərlərini tərcümə etmiş və tamaşaya qoymuşdur. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" pyesinin quruculuğunu vermişdir. Nuşin kəndli əhalisinin ağır həyatından bəhs edən "Əlimurad xan və başqaları" (1959) povestinin, ailə-məişət mövzusunda olan "Pozğun" və "Məryəm", eləcə də İran fəhlələrinin mübarizəsindən bəhs edən "Səhər xoruzu" pyeslərinin müəllifidir. 1952-ci ildə Tehran şəhərində çap olunan "Teatr sənəti" dərsliyinin müəllifidir.