obalı

obalı
obaçı
obalıq
OBASTAN VİKİ
Əhməd Obalı
Əhməd Obalı — Günaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir. O, gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir. Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində dünyaya gəlmişdir. Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə burada keçmişdir. Hal-hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır. Evlidir və bir oğlu var. O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak etmiş, tələbə hərəkatlarına qoşulmuşdu. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilmişdir. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxartmış, ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi.

Значение слова в других словарях