Picea obovata subsp. tschiketamanica
Sibir küknarı (lat. Picea obovata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.
Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır.