OBSTRUKSİONİZM

(latın obstructio-sədd, mane olma) mürtəce siyasi mübarizə üsulu; etiraz forması: 1. əsasən Parlamentdə və ya digər iclaslarda, yığıncaqlarda özünə xoş gəlməyən qanunları, qərarları və digər aktları qəbul etməyə imkan verməmək məqsədi ilə və ya qəbulunun tarixə salınması, uzadılması məqsədi ilə, müxtəlif üsul və vasitələrlə, o cümlədən: qışqırmaq, səs-küy salmaq, şuluqluq etmək və hətta, dava etmək və eyni zamanda, daha mülayim üsullarla, misal: uzun-uzadı nitq söyləmək, fikiri yayındırmaq, məclisi tərk etmək və s. şəkildə sessiyanı, iclasın normal gedişini pozmaq cəhdi; 2. ümumiyyətlə, normal axarlı siyasi rəqabətə xələl gətirmək, müəyyən ictimai-siyasi tədbiri pozmaq, siyasi rəqiblərə müxtəlif formalarda maneçilik göstək və s. məqsədli açıq və ya gizli siyasi fəaliyyət.
NÜMAYƏNDƏ
OXLOKRATİYA
OBASTAN VİKİ
Obstruksionizm
Obstruksionizm (ing. Obstructionism) — Obstruksiyalar yolu ilə siyasi mübarizə üsulu. Siyasi proseduranı axsatma və ya qarşısını alma kimi də başa düşülür. Obstruksiyaçı problem yaradır. Noyman və Baron obstruksiyanı iş yerini aqressiyasını yaradan üç ölçüdən biri olaraq qəbul edirlər. Bu çərçivədə, obstruksiya "bir işçinin işinin və ya təşkilatının vəzifələrini yerinə yetirməsinə mane olmağa yönəlmiş davranışlarıdır." Obstruksiya və ya maneə siyasəti müvafiq qanunvericilik prosedurlarından asılı ola bilən yavaş və ya yavaş gəzmək kimi müxtəlif vasitələrlə qanunvericiliyin tərəqqisinə qəsdən müdaxiləni bildirir.

Значение слова в других словарях