Odlu gəvən
== Ümumi yayılması ==
Azərbaycan
== Azərbaycanda yayılması ==
Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır.
== Statusu ==
Azərbaycanın endem bitkisidir.VU C2a(ı).
== Bitdiyi yer ==
Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır.
== Təbii ehtiyatı ==
Azərbaycanda dar bir arealda yayılmışdır.
== Bioloji xüsusiyyətləri ==
Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür.
Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür. Çiçək oxları yarpağa bərabər, yaxud onlardan qısa, yumşaq, azçiçəklidir.
Paxlası saplaqlı, ellipsvarı, uzunsov, ucu şiş, arxası azca şırımlı, üzəri yumşaq ağ tüklü, buruncuğu 1,5 mm-ə qədər əyilmiş, bizvarıdır.
Birinci dəfə Abşeron yarımadasından təsvir edilmişdir.