off1
n 1. d.d. boş vaxt; 2. cıdırın başlanğıcı; 5. d.d. cıdırın başlanması haqda siqnal
off2
adj 1. uzaq, uzaqda yerləşən, ucqar; an ~ district ucqar rayon; 2. sağ; arxa; ~ side sağ tərəf; 3. dən. gəminin açıq dənizə olan bortu; 4. id. oyundan kənar vəziyyət; 5. qarşısında müəyyən şərtlər qoyulmuş; müəyyən çərçivəyə salınmış; 6. asudə, azad; a day ~ istirahət günü; 7. ikinci dərəcəli, vacib olmayan; the ~ street dalan; 8. az güman edilən; xəyali, zəif (imkan, ümid və s.); He had an off chance to enter the university Onun universitetə daxil olması üçün cüzi şansı var idi; on the ~ chance d.d. her ehtimala qarşı; 9. aşağı keyfiyyətli, ikinci növ; təzə olmayan; The meat is a bit off Ət o qədər də təzə deyil
off3
adv 1. bir şeydən uzaq olmağa, uzaqlaşmağa işarə edir: He had to be off O getməli idi; 2. kənarda, aralıda; (məsafə və uzaqlığa işarə edir) He stood ten paces off O, on metr aralıda dayanmışdı: 3. bir şeyin kəsilməsinə, ara verməsinə, dayanmasına, ləğv edilməsinə işarə edir: to break ~ the meeting görüşü / iclası dayandırmaq; The light is off İşıq sönüb; 4. Hərəkətin tam dayandırılmasının mənaca gücləndirilməsi üçün istifadə edilir; to drink ~ içmək (axıra kimi); to finish ~ qurtarmaq (tamamilə)
off4
inter Rədd ol!, Dəf ol!, Cəhənnəm ol!; Off, or I’ll shoot Rədd ol/olun, yoxsa atəş açacağam
off5
prep Azərbaycan dilinə çıxışlıq hal şəkilçiləri (-dan; -dən) vasitəsilə tərcümə edilir və ya tərcümə olunmur. Bu halda aşağıdakı mənaları ifadə edir: 1) obyektdən, istiqamətdən uzaqlaşmağa və ya obyektin hər hansı hissəsinin ayrılmasına işarə edir: Take it off the table! Bunu masanın üstündən götür /götürün!; 2) dən. sahildən dənizə tərəf hərəkət etməyə işarə edir: three miles ~ shore sahildən üç mil aralı (dənizə); 3) hərəkətin obyektinə işarə edir: I borrowed ten francs off him Mən ondan 10 frank borc aldım; 4) normadan, adi vəziyyətdən kənara çıxmağa işarə edir: ~ the point məqsəddən uzaq