Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərixanım Mahmudova
Mahmudov Pərixanım Mahmud qızı (15 may 1948, Xızı rayonu, Qəriban kəndi) – “Əməkdar Mədəniyyət İşçisi” Cəlil Məmmədquluzadənin ev-muzeyində direktoru(1982-2013) Pərixanım Mahmud qızı Mahmudova 1948–ci il mayın 15-də Xızı rayonunun Qəriban kəndində anadan olmuşdur. Orta təhsilini 19 saylı Altıağac kənd məktəbində almış (1956-1964) və ailənin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq təhsilini Bakı şəhər 161 saylı məktəbində (1964-1966) bitirmişdir. BDU-nun filologiya fakultəsində ali təhsil almış (1968-1973) və filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. Ali təhsilini davam etdirməklə bərabər 12 may 1969-cu il tarixdən Şirvanşahlar sarayı Dövlət Tarixi-Memarlıq Qoruq muzeyində muzey baxıcısı kimi əmək fəaliyyətinə başlamış və həyatını həmişəlik olaraq muzey işinə bağlamışdır. Həmin muzeydə 1982-ci ilə qədər muzeyin kütləvi təbliğat şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır: ekskursçu, kiçik elmi işçi, böyük elmi işçi. Bu müddətdə muzeyin kütləvi təbliğat şöbəsi müdirinin müavini vəzifəsini icra etməklə bərabər şöbənin məktəblilərlə iş bölməsinə rəhbərlik etmişdir. Respublikanın rayonlarında Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasında yaxından iştirak etmiş, yaradılmış muzeylərin sonrakı fəaliyyətində də onlara əməli və metodiki köməkliklər göstərmək məqsədilə mütəmadi olaraq həmin rayonlara ezam olunmuşdur. Dəfələrlə Mədəniyyət Nazirliyi tərəfindən ona Fəxri fərman və pul mükafatları təqdim olunmuşdur. Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin ev-muzeyində direktor vəzifəsində çalışıb (1982-2013). 2013-cü ildə Azərbaycan Respublikasında mədəni irsin qorunmasında səmərəli fəaliyyətlərinə görə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Pərixanım Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.
Pərixanım Mikayılqızı
Pərixanım Mikayılqızı Muradova (Paşayeva) – şairə, yazıçı-publisist, nasir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Firidun bəy Köçərlinin həyat və yaradıcılığının tədqiqatçısıdır. Pərixanım Mikayılqızı Muradova 14 sentyabr 1953-cü ildə Bakı şəhərində anadan olub. M. A. Əliyev adına İncəsənət İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsini bitirib. Əmək fəaliyyətinə Binəqədi Rayon Sosial Təminat Şöbəsində başlayıb. Şöbə müdiri və direktor vəzifələrində çalışıb. 1999-cu ildən Milli Arxiv İdarəsinin Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində baş biblioqraf, şöbə müdiri vəzifələrində çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində aparıcı məsləhətçi, şöbə müdiri və elmi kitabxananın direktoru vəzifəsində işləyib. Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində namizədliyini irəli sürüb. 2006–2017-ci illərdə arxivin YAP ilk partiya təşkilatının sədri olub.
Pərixan
Pərixan — qadın adı. Pərixan xanım — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Pərixan Savaş — Türk kino aktrisası. Pərixan sultan — Səfəvi Sultanı, Şirvan Məleykəsi, Şah I İsmayıl ilə Şah (Taclı) Sultanın qızı olmuşdur. Pərixan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Zərxanım Əhmədli
[mənbə göstərin] Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb.
Pərixan (Meşkinşəhr)
Pərixan (fars. پريخان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,527 nəfər yaşayır (803 ailə).
Pərixan Savaş
Pərixan Savaş (14 iyun 1955, Fateh, İstanbul ili) — Türk kino aktrisası.
Pərixan Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.
Pərixan Sultan
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 – 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Pərixan xanım