Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cypripedium venustum var. measuresianum
Paphiopedilum venustum (lat. Paphiopedilum venustum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimlər == Cypripedium venustum Wall. ex Sims (basionym) Stimegas venustum (Wall. ex Sims) Raf. Cypripedium pardinum Rchb.f. Cypripedium venustum var. measuresianum auct. Paphiopedilum pardinum (Rchb.f.) Pfitzer Paphiopedilum venustum var. pardinum (Rchb.f.) Pfitzer Cordula venusta (Wall.
Paphiopedilum venustum f. measuresianum
Paphiopedilum venustum (lat. Paphiopedilum venustum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimlər == Cypripedium venustum Wall. ex Sims (basionym) Stimegas venustum (Wall. ex Sims) Raf. Cypripedium pardinum Rchb.f. Cypripedium venustum var. measuresianum auct. Paphiopedilum pardinum (Rchb.f.) Pfitzer Paphiopedilum venustum var. pardinum (Rchb.f.) Pfitzer Cordula venusta (Wall.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi.Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.
Treasure Island
Takarajima (yap. 宝島 , azərb. Dəfinələr adası‎) — Osamu Dezaki tərəfindən yaradılmış yapon anime serialı. == İstinadlar == == Xarici keçidlər == Treasure Island — Internet Movie Database saytında.
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.
Rafael Orozco Maestre
Rafael José Orozco Maestre (d. 24 mart 1954, Becerril, Kolumbiya – ö. 11 iyun 1992, Barranquilla, Kolumbiya) kolumbiyalı müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. Binomio de Oro-nun yaradıcısı və əsas səsi və Kolumbiyanın ən yaxşı müğənnilərindən biri idi.
Sərsurə
Sərsurə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 190 nəfərdir ki onunda 87 nəfəri kişi, 103 nəfəri qadındır.
Masulə
Masulə — İranın Gilan ostanında yerləşən şəhər. Masulə əhalisinin əksəriyyətini talışlar təşkil edir.
Mənsur
Mənsur (ing. Mansur) — Azərbaycan kişi adı. Mənsur ağa Vəkilov — kapitan Mənsur Vəkilov — şair, tərcüməçi, ssenarist, jurnalist. Mənsur Mənsurov — Azərbaycan tarzəni, pedaqoq, musiqi xadimi, II Mənsur (Dərbənd əmiri) — Dərbənd əmiri. Mənsur Əli — Qıpçaq Türk əsilli Bəhrilər sülaləsindən Məmlük sultanı. Mənsur Məmmədov — Göyçay Rayon Icra Hakimiyyətinin BaşçısıMənsur xanMənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası)Mənsur Ələkbərov — şair Əbu Mənsur Əli ibn Yəzid — Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. Rəcəbəli Mənsur — İranın baş naziri.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
Məqsudə Əliyeva
Məqsudə Həsənağa qızı Əliyeva (d. 9 mart 1965) — azərbaycanlı aktrisa == Həyatı == Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Məxfurə Yermakova
Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936). == Həyatı == Məxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi.Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib.Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Təşkilati Məxsusə
Təşkilati Məxsusə (osm. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.
Həllac Mənsur
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər – 26 mart 922, Bağdad, İraq, Abbasilər) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mənsur (xəlifə)
Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور‎) (714 – 7 oktyabr 775 və ya 18 oktyabr 775, Bağdad, Ərəb Xilafəti) — 2. Abbasi xəlifəsi. Bağdad şəhərinin əsasını qoymuşdur. Eyni zamanda ədib və şair olan Əl-Mənsur xəsisliyi ilə tanınmış, vəfatında xəzinədə 600 milyon dirhəm və 4 milyon dinar olduğu qeyd olunmuşdur. == Həyatı == 23 avqust 714-cü ildə Hümeymədə doğuldu. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbu Cəfər uşaqlıq illərində mükəmməl təhsil aldı. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında digər ailə üzvləriylə birlikdə Kufəyə gəldi. Çox keçmədən burada xəlifə elan edilən qardaşı Əs-Səffaha biat etdi və onun sağ əli olaraq bir çox mühüm vəzifələrdə xidmət göstərdi. Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrənin yeni xəlifəyə tabe olmamasının ardından Əbu Cəfər dərhal bölgəyə göndərildi və şəhər mühasirəyə alındı.
Mənsur Ağayev
Mənsur Ağayev (tam adı: Mənsur Ağa oğlu Ağayev; 29 iyul 1994, Hacıqabul rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mənsur Ağayev 1994-ci il iyunun 29-da Hacıqabul rayonunun padar qəsəbəsində anadan olub. == Hərbi xidməti == Mənsur Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Mənsur Ağayev noyabrın 09-da Şuşada şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mənsur Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mənsur Həllac
Mənsur Həllac (təq. 858[…], Vasit, Fars ostanı, Abbasilər – 26 mart 922, Bağdad, İraq, Abbasilər) - məşhur sufi. Şərq dünyasının məşhur sufilərindən olan Həllac Mənsur miladi tarixi ilə 848-ci ildə (hicri 244) İranın Bəyza şəhərində doğulmuşdur. Əsl adı Hüseyn ibn Mənsur, ləqəbi "Həllac"dır. Rəvayətə görə, ləqəbi bir həllacın (yun təmizləyənin) dükanında göstərdiyi kəramətlə əlaqədardır. Deyilənə görə, o, bir dəfə köhnə tanışı həllacın yanına gəlib və ona bir iş tapşırır. Həllac tapşırığı yubatmış və Mənsura işini vaxtında başa çatdıra bilməyəcəyindən şikayətlənmişdir. Mənsur isə ona kömək edəcəyini bildirərək, yunlara dərhal təmizlənməyi əmr etmişdir. Yunlar möcüzəvi şəkildə özbaşına təmizlənməyə başlayıblar. Bu barədə xəbər tezliklə bütün şəhərə yayılmış, bundan sonra o, "Həllac" adı ilə tanınmışdır.
Mənsur Mazinov
Mənsur Mustafa oğlu Mazinov (d. 1906, Quzraf, Rusiya imperiyası - ö. 1983 Qazaxıstan SSR, SSRİ) — hərbçi və Krım tatarlarının ilk pilotu. == Haqqında == Sovet İttifaqının alman işğalına məruz qalmasından əvvəl o, uzu müddət uçuş təlimçisi kimi çalışmışdır və Simferopol aeroklubunda gələcəyin bir çox pilotuna təlim keçmişdir. II Dünya müharibəsi zamanı o, döyüş pilotu oldu və Leninqradda mühasirədə olan sovet ordusuna dəstək uçuşlarında iştirak etdi. Cəbhədə (Kalinin cəbhəsi) 1942-ci ilin fevralından. Qəhrəmanlıqlarına və hərbi uğurlarına görə Cəbhə Silahlı Qüvvələrinin 22 iyun 1942-ci il tarixli 0240 nömrəli əmri ilə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. 5 dekabr 1942-ci ildə 31-ci ordunun 885-ci qarışıq aviasiya alayının komandiri podpolkovnik Tyurin gecə bombardmançı dəstəsinin hərbi komandiri, baş leytenant Mazinovu hərbi mükafat üçün təqdim etdi. "Düşmən cəbhə xəttində döyüş nəticəsində çətin vəziyyətə düşən 20-ci Ordunun qruplaşmasını tapmaq, olduğu yerə eniş etmək və bütün lazımi məlumatları çatdırmaq." "Naviqatorla birlikdə diqqətlə hazırlaşaraq marşrutu ətraflı araşdırdıq, yoldaş Mazinov qrupu kəşf etdi və təyyarəni gecə saatlarında son dərəcə çətin hava şəraitində tanımadığı bir yerə endirdi. Lazımi məlumatları əldə edib yoldaş Mazinov götürüb komandanlığa verdi.
Mənsur Məmmədov
Mənsur Həmzə oğlu Məmmədov (20 aprel 1965, Qazıqumlaq, Ucar rayonu) — Ucar Rayon İcra Hakimiyyətinin başçısı (2015-ci ildən). == Həyatı == Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. === Ailəsi === Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun və Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatı Elton Məmmədovun bacısı oğludur. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 mart 2005-ci il 722 N sərəncamı ilə Zərdab rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2537 N sərəncamı ilə Zərdab rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2007-ci il 2538 N sərəncamı ilə Göyçay rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci il 1002 N sərəncamı ilə Göyçay rayonu İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 yanvar 2015-ci 1007 N sərəncamı ilə Ucar rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Mənsur Mənsurov
Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı – 30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940). == Həyatı == Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi.Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur. == Fəaliyyəti == Mirzə Mansur tarzən Mirzə Sadıq Əsəd oğlundan bəhrələnmiş və Sadıqcan məktəbinin layiqli davamçısı olmuşdur.
Mənsur Rəhbani
Mənsur Rəhbani (ərəb. منصور الرحباني‎; 1925[…], Əntilyas, Böyük Livan – 13 yanvar 2009, Beyrut) — Livan bəstəkarı. Asi və İlyas Rəhbaninin qardaşı idi.
Mənsur Vəkilov
Mənsur Vəkilov – şair, tərcüməçi, ssenarist, jurnalist. Əməkdar incəsənət xadimi (2003), "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru. Görkəmli səhiyyə təşkilatçısı Fəxri Vəkilovun oğlu, ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun nəvəsi. == Həyatı == 1939-cu ildə Bakıda ziyalı ailəsində ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirmişdir. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Литературный Азербайджан" jurnalında çalışmış,ədəbi işçidən Baş redaktora kimi böyük bir yol keçmişdir. Azərbaycan ədəbiyyatının rus dilində təbliği kimi mühüm işin başında duranlardan biri, Azərbaycan yazıçılar birliyinin katibi olmuşdur. Onun qələmindən çıxan nəzm nümunələri Ukrayna, gürcü, latış və digər xalqların dillərinə tərcümə olunmuşdur. Onun şeirlərini rus dilindən doğma dilimizə S.Məmmədzadə,N.Həsənzadə,F.Qoca, Ə.Muxtar, Ç. Əlioğlu tərcümə etmişlər.
Mənsur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır.Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.Həmçinin, o, 14 sentyabr 2021-ci ildə "Dünya Bələdiyyə Sədri Paytaxt" mükafatına layiq görülmüşdür. == Həyatı == Mansur Yavaş, Əhməd Sadıq Yavaş və Havva Yavaşın övladı olaraq 1955-ci ildə Ankaranın Beypazarı ilçəsində dünyaya gəlmişdir.
Mənsur bəy
Mənsur bəy (d. ? - ö. XVI əsr) — Səfəvi imperiyasının hərbi və dövlət xadimlərindən biri. O, Şah I İsmayılın (1501-1524) hakimiyyəti dövründə, 1509-cu ildə Dərbəndin hakimi təyin edilmişdir. Burada onun qısamüddətli hakimiyyətindən sonra hakimlik Şirvanşahlar sülaləsindən olan şəxslərin əlinə keçmişdir. Səfəvi sülaləsindən asılı olan Şirvanşah hökmdarları özləri də bu qalanı fərqli qalabəyilərinin vasitəsiylə idarə etmişdirlər. Bu, 1538-ci ilə qədər davam etmişdir. Bu ildə Şirvanşah dövlətinin daxili müstəqilliyi də Səfəvi şahı I Təhmasib tərəfindən ləğv edilmiş və bura imperiyaya birbaşa bəylərbəyi kimi tabe etdirilmişdir. == İstinadlar == == Mənbə == Willem Floor.
Mənsur xan
Mənsur xan (Moğolustan xanı) Mənsur xan (qullar ağası) — Səfəvi hərbi komandiri.
Tiny Toon Adventures: Buster’s Hidden Treasure
Tiny Toon Adventures: Buster’s Hidden Treasure — Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. "Tiny Toon Adventures" seriyanın bu epizodu resenziya saytlarında yüksək mövqe qazanmışdır. == Hekayə == Dovşanlardan xoşlanmayan qəddar varlı Montana Maks Baster Banni adında dovşanın sevgilisi Bebs Bannini qaçırır. Bu müddətdə isə pis Cin qızılları oğurlayır. Baster Banni həm sevgilisini, həm də qızılları tapmaq üçün macəralara qatlaşmağa məcbur olur. Oyundakı raundlar müxtəlif yerlərdə: Meşədə, qarda, dağda, adada və s. Hər raundun sonunda Boss vardır. Baster Banni Bossları məğlub etdikdən sonra onlara işləyən köməkçilər Banninin tərəfinə keçir. Gəmi raundunda Montana Maks ilə vuruşur və ona qalib gəlir. Bu raundda qızılları tapır.