Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)
Bəstəkar Qara Qarayev. Opus-78 qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır.
== Məzmun ==
Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır. Rostanın "Sirano de Berjerak" pyesinin motivləri üzrə bəstəkar Qara Qarayev 1973-cü ildə "Coşğun Qaskoniyalı" müziklini yazmış və bu əsər Moskvanın operetta teatrında böyük uğurla tamaşaya qoyulmuşdur. Tamaşa günü dahi bəstəkarın sevincinin həddi-hüdudu yox idi. O, kamera qarşısında dayanıb operettanın yaranma tarixindən danışır.Filmdə tamaşaya gələnlər və yaradıcı heyətin üzvləri də əsər haqqında öz fikirlərini bölüşür, rejissor Y.Petrov, baş rolun ifaçısı Tatyana Şmıqa müsahibə verirlər.