optron
ora
OBASTAN VİKİ
Opus
Opus — ayrı-ayrı musiqi əsərinin işarə olunması. Bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Magnum opus
Magnum opus (lat. böyük iş) — yazıçının, rəssamın və ya bəstəkarın ən yaxşı, ən iddialı əsəri belə adlandırılır. Əlkimyada fəaliyyətin ən son nöqtəsi, yekunu-fəlsəfə daşının və həyat eliksirinin hazırlanması da bu anlayışla adlandırılır.
Opus Dei
Latın dilindən tərcümədə "Tanrı işi" mənasını ifadə edən bu təşkilat Roma Katolik Kilsəsinin prelaturasıdır (Katolik kilsəsində yüksək ruhani təbəqə). Opus Dei 1928-ci ildə Madriddə ispan keşişi Xosemariya Eskriva de Balaqer (1902–1975) tərəfindən yaradılmış, Katolik kilsəsinin nəzdində dünyəvi və dini təlim kimi meydana gəlmişdir. Məqsədi Papa ensiklikinə (Roma Papasının siyasət, din, əxlaq və s. məsələlərə dair bütün katoliklərə müraciəti) müvafiq cəmiyyət formalaşdırmaqdan ibarət olan bu təşkilat öz planlarını reallaşdırmaq üçün üzvlərini hökumət orqanlarında yerləşdirir, siyasi və iqtisadi sahələrdə nüfuz sahibi insanları sıralarına cəlb edirdi. İlkin dövrlərdə Opus Deinin təbliğ etdiyi ideyalar fəhlələr və tələbələr tərəfindən rəğbətlə qarşılanmışdır. 1930-cu ildə təşkilatın qadın bölməsi də yaradılmışdır. 1942-ci ildə Opus Deini Papa XII Piem "Provida Mater Ecclesia" konstitusiyası ilə təsdiqləmişdir. 1946-cı ildə isə keşiş Eskriva de Blaqer təşkilatın mərkəzini Romaya köçürmüşdür. 1931-ci ildə İspaniya respublika olduqdan sonra Opus Dei İspaniyanın mühafizəkar katolik dairəsini öz ətrafında birləşdirmişdir. Franko tərəfdarlarının qələbəsindən sonra isə təşkilat İspaniyada daha geniş yayılmışdır.
Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)

Digər lüğətlərdə