Azərbaycanda otüstü xokkey
Azərbaycanda otüstü hokkey — XX əsrin 60-cı illərindən inkişaf edən idman növü olmuşdur. XXI əsrin onuncuillərində isə müəyyən səbəblərdən tənəzzülə uğramışdır.
== Sovet dövrü ==
30–50-ci illərin ortalarında Sovet İttifaqında otüstü hokkeyi inkişaf etdirmək üçün ilk uğursuz cəhdlər Azərbaycan SSR-dən yan keçir.
Azərbaycanda otüstü hokkey 1960-cı illərin sonlarında nisbətən inkişaf etməyə başladı.
1970-ci ildə Bakının SKIF komandası kişilər arasında ilk SSRİ otüstü hokkey çempionatında iştirak edir. Zonal mərhələdə bakılılar yalnız İrəvan Dövlət Bədən Tərbiyəsi Universitetini qabaqlayaraq qrupda 3-cü yeri tutdular. 1971-ci ildə azərbaycanlı hokkeyçilər bütün görüşləri uduzaraq bir qol vurmadan sonuncu olurlar. 1973-cü ildə bakılıları Sumqayıtdan gələn "Spartak" əvəzləyir. Ancaq onlarda zonada sonuncu olurlar.
XX əsrin 70-ci illərin ortalarından etibarən Azərbaycan otüstü hokkeyinin yüksəlişi başlayır.