otuzyaşlı 2021
otüyüdən
OBASTAN VİKİ
Azərbaycanda otüstü xokkey
Azərbaycanda otüstü xokkey 1960-cı illərin sonlarında inkişaf etməyə başladı. == Sovet dövrü == 30-50-ci illərin ortalarında Sovet İttifaqında otüstü xokkeyi inkişaf etdirmək üçün ilk uğursuz cəhdlər Azərbaycan SSR-idən yan keçir. 1970-ci ildə Bakının SKIF komandası kişilər arasında ilk SSRİ otüstü xokkey çempionatında iştirak edir. Zonal mərhələdə bakılılar yalnız İrəvan Dövlət Bədən Tərbiyəsi Universitetini qabaqlayaraq qrupda 3-cü yeri tutdular. 1971-ci ildə azərbaycanlı xokkeyçilər bütün görüşləri uduzaraq bir qol vurmadan sonuncu olurlar. 1973-cü ildə bakılıları Sumqayıtdan gələn “Spartak” əvəzləyir. Ancaq onlarda zonada sonuncu olurlar.XX əsrin 70-ci illərin ortalarından etibarən Azərbaycan otüstü xokkeyinin yüksəlişi başlayır. 1976-cı ildə Bakının “Burevestnik” klubu ilk dəfə SSRİ çempionatının yüksək liqasında iştirak etmək hüququ əldə edir. Debüt ilində 8 komanda arasında 6-cı yeri tutur. 1979-cu ildə onlar SSRİ çempionatının bürünc medallarını qazanırlar.