panduri
panel
OBASTAN VİKİ
Pandus
Pandus – pilləkən əvəzinə istifadə edilən maili müstəvi. Əsasən əlil arabasından istifadə edən şəxslər üçün quraşdırılır. Daimi və portativ növləri var. Əlil şəxslər üçün ilk panduslar e.ə. IV əsrdə Qədim Yunanıstanda tikilmişdir. Təbabət tanrısı Asklepiyə həsr olunmuş məbədlərə girişi asanlaşdırmaq üçün bu cür panduslar tikilirdi. Bəzi tarixçilər həmin pandusların sağlam insanlar üçün də nəzərdə tutulduğunu bildirir. Pandus əsasən əlil arabasından istifadə edən şəxslərin hərəkətini asanlaşdırmaq üçün pilləkən əvəzinə quraşdırılır. Panduslarınn mailliyi səkilərə uyğun olaraq 8–10 faiz arasında dəyişir və sürüşməyə davamlı hazırlanır. Pandusla qalxarkən təhlükəsizliyi təmin etmək üçün pandus məhəccər və təktil plitəsi ilə təmin olunur.

Значение слова в других словарях