Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parabola
Parabola (yun. παραβολή, tətbiq) — kvadratik funksiyanın (y = x²) qrafikinə verilən addır. Parabola Hiperbolanın tərsidir. Parabola dedikdə müstəvinin elə nöqtələrinin həndəsi yeri başa düşülür ki, bu nöqtələrin müstəvinin verilmiş düz xəttindən və verilmiş nöqtəsində olan məsafələri bir-birinə bərabər olsun. Müstəvinin verilmiş bu düz xəttinə parabolanın direktirisi, verilmiş nöqtəsinə isə parabolanın fokusu deyilir. Parabolanın fokusunu adətən F {\displaystyle F} ilə işarə edirlər. == Bərabərlik == Düzxətli koordinat sistemi üzərində Parabolanın kanonik şəkli aşağıdakı kimidir: y 2 = 2 p x , p > 0 {\displaystyle ~\textstyle y^{2}=2px,p>0} (ya da x 2 = 2 p y {\displaystyle ~\textstyle x^{2}=2py} , əgər uc nöqtələrinin yernini dəyişdirsək).Kvadrat tənlik: y = a x 2 + b x + c {\displaystyle ~y=ax^{2}+bx+c} при a ≠ 0 {\displaystyle ~a\neq 0} həmçinin, parabolanın и qrafikini əks etdirir, bu düstur kimi: y = a x 2 {\displaystyle ~y=ax^{2}} , ancaq birinci bərabərlik ikinci bərabərlikdən ona görə fərqlənir ki, birinci bərabərliyin başlanğıcı koordinat başlanğıcı üzərində deyildir. A {\displaystyle ~A} -nın müxtəlif nöqtələri üçün koordinat aşağıdakı düsturla hesablanır: x A = − b 2 a , y A = − D 4 a , {\displaystyle ~x_{A}=-{\frac {b}{2a}},\;y_{A}=-{\frac {D}{4a}},} haradakı: D = b 2 − 4 a c {\displaystyle D=b^{2}-4ac} — Diskriminant. Həmçinin: y = a x 2 + b x + c {\displaystyle ~y=ax^{2}+bx+c} kvadratik tənliyi y = a ( x − x A ) 2 + y A {\displaystyle ~y=a(x-x_{A})^{2}+y_{A}} bu şəkildə də göstərilə bilər. Əgər A {\displaystyle ~A} nöqtəsi koordinat siteminin başlanğıcı üzərində olarsa kanonik şəkildə göstərilə bilər.
Parabokt
Para — 1991–2016-cı illərdə Parabank adı ilə bank, 2016-cı ildən isə Parabokt adı ilə "bank olmayan kredit təşkilatı" (BOKT) kimi Azərbaycanda fəaliyyət göstərən açıq səhmdar cəmiyyəti (ASC). Parabank 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. 2016-cı ildə Parabank öz strategiyasını yenidən gözdən keçirmiş və "Bank Olmayan Kredit Təşkilatı" lisenziyası ilə fəaliyyətini bərpa etmişdir. "Para" brendi altında PARABOKT adı ilə yenidən xidmət göstərməyə başlamışdır.Bununla da, Azərbaycanda ilk dəfə bankın digər kredit təşkilatına – BOKT-a çevrilməsi prosesi həyata keçirilib.ParaBOKT xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. "Para" ASC 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılaraq sonradan banklara satılan "MilliKart" prosessinq mərkəzi MMC-nin təsisçisidir. == Tarixi == === Bank kimi === Bank 1990-cı illərdə öz şəbəkəsini inkişaf etdirməyə və genişləndirməyə başladı və Kommersiya Bankları Assosiyası ilə İnterbank Valyuta Mübadiləsi təşkilatlarının üzvü seçildi. 2003-cü ildə "PricewaterhouseCoopers" Parabankın illik hesabatını yoxlayaraq onun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olmasını təsdiq etdi. Parabank daha sonra Millikart Prossesinq mərkəzinin yaradıcılarından biri oldu və Visa Beynəlxalq Ödəniş Sistemlərinə üzv seçildi. ParaBank Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsi seçildi və ölkəmizin 26 bankında o cümlədən Azərpoçt-un 140 məntəqəsində bu pul köçürmə sisteminin yaranmasına nail oldu. Report İnformasiya Agentliyinin analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2015-ci il oktyabrın 1-nə müştərilərin sayı üzrə renkinqinə əsasən Parabank 105 811 nəfər müştəri ilə 5-ci olub."Parabank" ASC-nin lisenziyası Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilib və 22 iyulda məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi təyin edilib.
Paranoya
Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində "παράνοια" (paranous) "dəlilik" mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər. Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür. Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar. == Tarixi == Psixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, "paranoya" terminini, istifadə etmişdir.
Qaraboya
Qaraboya — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsadəfə Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponim == Toponim qaraboya tayfa adı əsasında əmələ gəlib "qaraboya tayfasına mənsub kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Xinkoyan qoyulmuşdur. XIX əsrdə Naxçıvan qəzasında Qaraboya kənd adı ilə mə'naca eynidir. == Əhalisi == 1919-cu ildə əhalisi qovulmuş və 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşmişlər.
Parazoa
Parazoa (lat. Parazoa) — heyvanlar aləminə aid heyvan yarımaləmi.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Acacia paradoxa
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Aechmea paradoxa
Aechmea paradoxa (lat. Aechmea paradoxa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Chantia paradoxa
Chantia paradoxa (lat. Chantia paradoxa) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chantia cinsinə aid heyvan növü.
Drosera paradoxa
Drosera paradoxa (lat. Drosera paradoxa) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Iris paradoxa
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Ligularia paradoxa
Ligularia paradoxa (lat. Ligularia paradoxa) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Luis Paradela
Luis Xavier Paradela Diaz (21 yanvar 1997-ci ildə anadan olub) — Kuba təmsilçələrindən olan Pinar del Rio klubunda hücumçu kimi çıxış edən peşəkar Kuba futbolçusudur. == Milli karyerası == Paradela Kuba milli futbol komandasında debütünü 27 avqust 2018-ci ildə Barbados millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Kuba rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, 8 sentyabr 2018-ci ildə Törks və Kaykos adaları millisinə qarşı oyunda het-triklə yadda qalmış və millisi rəqibinə 11-0 hesabı ilə qalib gəlmişdir. Bu nəticə Törks və Kaykos adaları millisinin ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Milli komanda === 11 sentyabr 2018 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Kuba hesablamasının birinci siyahısındadır.
Mimosa paradoxa
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Parabolik dyunlar
Qarabala Mayılov
Qarabala Ağabala oğlu Mayılov — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1973-cü ildə Salyan rayonu, Kürsəngi kəndində doğulmuşdur. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Təltifləri == Sıravi Qarabala Mayılov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.Adı Kürsəngi kənd tam orta məktəbinə verilmişdir.
Bellevalia paradoxa
Qəribə bellevaliya (lat. Bellevalia paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5-2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5-1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir.
Paranoya (musiqi albomu)
Paranoya (rus. Паранойя) — Nikolay Noskovun ikinci studiya albomu.
Paranoa su anbarı
Paranoa su anbarı (port. Lago do Paranoá) — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur. == Toponim == «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir. == Bənd == 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir. == Naviqasiya və su idmanı == Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır.
Acacia armata var. paradoxa
Acacia paradoxa (lat. Acacia paradoxa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kvinslenddən Avstraliyanın cənub-şərqinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Acacia armata R.Br. Acacia armata var. angustifolia Benth. Acacia armata var. longipedunculata Regel Acacia armata var. microphylla Benth. Acacia armata var.
Iris paradoxa f. choschab
Iris paradoxa f. choschab — Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz – xətti, 2–3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara – bənövşəyi, 3-4 sm uzunluğunda, 10–13 mm enində, daxildəkilər –iri, tərs –yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır.