paraleloqram
parametr
OBASTAN VİKİ
Paramaribo
Paramaribo (nid. Paramaribo) — Surinamın paytaxtı, ən böyük şəhəri və portu. 2002-ci ildən şəhərin tarixi mərkəzi Ümumdünya sərvəti elan edilib. == Coğrafi şəraiti == Paramaribo Surinam çayının sahilində, onun Atlantik okeana tökülən yerin 20 kilometrliyində yerləşir. İqlimi subkontinentaldır, ilboyu temperaturu +23 — +31 arası dəyişir. İlin 200 günü yağışlıdır, yağış mövsümü aprel ayından iyul ayına qədər davam edir. == Əhalisi, dil və din == Paramaribonun əhalisi 250 min nəfərdir, təbii artım latın Amerikası üzrə ən aşağı göstəricidir. Şəhər əhalisi XIX əsrdə bura gəlmiş hindlilər (33 %), kreollar (30 %), indoneziyalılar (15 %), zəncilər (10 %), hindular (2 %), çinlilər (2 %), avropalılardır (1 %). Rəsmi dil holland dilidr, ancaq əhalinin çoxu sranan-tonqo (və ya neqro-inqliş) — dəyişilmiş ingilis dili dialektində danışır. Əhali arasında induizm, xristianlıq, islam, iudaizm və konfusianizm geniş yayılıb.
Paramariboda təyyarə qəzası (7 iyun 1989)
Paramariboda təyyarə qəzası (7 iyun 1989) — Surinamın futbolu tarixindəki ən dəhşətli faciə 7 iyun 1989-cu ildə Surinam yığması və Hollandiyada çıxış edən surinamlılar arasında qarşılaşma planlaşdırılmışdı. Amsterdamdan Paramariboya Hollandiya yığmasında çıxış etməmiş yetərincə tanınmış futbolçulardan təşkil olunmuş komanda yollanıb. Təyyarə pilotlarının səhvi aviaqəzaya səbəb olur. Göyərtədə olan 186 nəfərdən yalnız 11-i sağ çıxır. 18 futbolçudan 15-i həlak olur, 3-ü isə həyatının qalan hissəsini əlil kimi keçirməyə məcbur olur. Ən maraqlı fakt isə bu qəzada iştirak etməyən birisi haqdadı. Məşhur holland futbolçu Dennis Berqkampın aerofobiya – təyyarələrdə uçmaq qorxusu bütün dünyada məşhurdu. Bilin ki, tanınmış "uçmayan hollandiyalı" ləqəbli bu oyunçunun belə xəstəliyinə bir nömrəli səbəb məhz bu qəza olub. Həlak olan futbolçuların bir çoxunu yaxından tanıyan Berqkampın böyük üzüntü keçirdiyi və bundan sonra bir daha təyyarəyə minmədiyi deyilir.