Paramaribo
Paramaribo (nid. Paramaribo) — Surinamın paytaxtı, ən böyük şəhəri və portu. 2002-ci ildən şəhərin tarixi mərkəzi Ümumdünya sərvəti elan edilib.
Paramaribo Surinam çayının sahilində, onun Atlantik okeana tökülən yerin 20 kilometrliyində yerləşir. İqlimi subkontinentaldır, ilboyu temperaturu +23 — +31 arası dəyişir. İlin 200 günü yağışlıdır, yağış mövsümü aprel ayından iyul ayına qədər davam edir.
Paramaribonun əhalisi 250 min nəfərdir, təbii artım latın Amerikası üzrə ən aşağı göstəricidir. Şəhər əhalisi XIX əsrdə bura gəlmiş hindlilər (33 %), kreollar (30 %), indoneziyalılar (15 %), zəncilər (10 %), hindular (2 %), çinlilər (2 %), avropalılardır (1 %). Rəsmi dil holland dilidr, ancaq əhalinin çoxu sranan-tonqo (və ya neqro-inqliş) — dəyişilmiş ingilis dili dialektində danışır. Əhali arasında induizm, xristianlıq, islam, iudaizm və konfusianizm geniş yayılıb.