I (Şamaxı)
itin iri cinsi. – Baba o qədər xəsisdi ki, parağdan yun qırxır
II (Salyan)
kərpicdən tikilmiş bir neçə otaqlı ev
III (Salyan)
məc. sayılmaz, şəxsiyyətsiz. – İndi parağ adamların da altında maşını var
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.
Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var.
Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Parağa rayonu
Parağa rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1925–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Parağa kəndi olmuşdur. Rayona 15 kənd daxil idi.
1925-ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Parağa.
1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Parağa kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Parağaçay
Parağaçay – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir qəsəbə.
Rayonun mərkəzindən 52 km şimal-şərqdə, Ordubad-Tivi avtomobil ylunun qərbində, Gilançayın sağ sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Parağaçay qəsəbəsinin 0,1 min nəfər əhalisi vardır.
Parağaçay GEOnet Names Server-də.