PASSAT CƏRƏYANLARI

həm Şim. yarımkürəsinin, həm də cən. yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsiri ilə əmələ gələn Dünya okeanının səth cərəyanlarıdır. P.c. dreyf cərəyanlarına ən yaxşı misaldır. P.c. passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə, saatda 1-2 km sürətlə hərəkət edir. P.c. okeanların şərqində soyuq su cərəyanından başlanır, qərbə getdikcə qızır, adətən temperaturu +25, +280-yə çatır, şorluğu isə 34,5-36,5% olur. Bax: Okean cərəyanları.
PASSAT AXINI
PASSATLAR
OBASTAN VİKİ
Passat cərəyanları
Passat cərəyanları — Həm şimal yarımkürəsinin, həm də cənub yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsirilə əmələ gələn okeanın səth cərəyanlarıdır. Passat cərəyanları dreyf cərəyanlarına ən yaxşı misaldır. Passat cərəyanları passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə 1–2 km/s. sürətlə hərəkət edir. Passat cərəyanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edərək, ekvatora paralel-şərqdən qərbə doğru hərəkət edirlər. Sürəti ekvatora yaxınlaşaraq, 100–150 sm/saniyəyə çatır. Su kütləsinin qalınlığı 150–300 m-dir. Cərəyanların temperaturu şərqdən qərbə doğru getdikcə artır (25–280-yə çatır). Duzluluq 33–36 promildir.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Dəniz cərəyanları
Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur. Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər. Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.
Passat küləyi
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Cənubi Passat cərəyanı
Cənubi Passat cərəyanı və ya Cənubi Ekvatorial cərəyanı — passat küləklərinin hakim olduğu ərazilərdən keçən isti dəniz cərəyanı. Bu dəniz cərəyanı dünya okeanında daima şərqdən qərbə doğru istiqamətdə əsir. Passatlar Cənub yarımkürrəsinin tropik enliklərində hakimdir. Cərəyan Sakit okeanda Cənubi Amerika sahillərinə yaxın (Qalapaqos adaları) istiqamətdən başlayır və Yeni Qvineya və Avstraliya sahillərinə doğru istiqamətlənir. Cərəyanın şimal sərhədi qışda 3 dərəcə cənub enliyi, yayda isə 1 şimal enliyinindən keçir. Sakit okeanın qərb sahillərində şərqə yönəlir. Buna səbəb isə Ekvatorial əks cərəyanıdır. Onun bir qolu Şərqi Avstraliya cərəyanıdır. Cərəyanın fiziki sürəti gün ərzində 24 - 80 mildir. Orta göstərici 40 mil.
Şimali Passat cərəyanı
Şimali Passat cərəyanı və ya Şimali Ekvatorial cərəyanı — Sakit, Hind və Atlantik okeanları ərazisindən keçən isti dəniz cərəyanı. Sakit okeanda cərəyan Kaliforniya cərəyanı yaxınlığından başlayır və şimal yarımkürəsinin 10° və 20° arası ilə qərbə istiqamətlənir. Filippin sahillərində Kurosio cərəyanı onun qarşısını alır. Atlantik okeanda Kanar cərəyanı yaxınlığından başlayır və 10° - 30° şimal enlikləri ilə şimal-qərbə yönəlir. Qolfstrim cərəyanının əsas qidalandırıcılarından biri hesab edilir. Hind okeanında Şimali Passat cərəyanının istiqaməti mövsümdən asılıdır. Qışda şimal-şərqə, yayda isə cənub-qərbə yönəlir. Burada Somali cərəyanını güçləndirir.