Peşə oriyentasiyası

gənclərin peşə seçməyə hazırlanması, münasib yiyələnməsi və işə düzəlməsi məqsədi ilə həyata keçirilən ictimai-pedaqoji tədbirlər sistemi.
Peşə
Piktoqrafik yazı
OBASTAN VİKİ
Peşə
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Culfa (peşə)
Culfa — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu. Culfa peşəsi qədimdən Azərbaycan ərazisində geniş yayılmış peşə olub. Culfa peşəsi ilə bağlı bir neçə atalar sözü mövcuddur: "Culfa kəfənsiz ölər; Culfa olmamış kələf oğurlar; Atıcı culfadan geri qalmaz, bir-birindən haqq almaz.".
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Peşə xəstəlikləri
Peşə xəstəlikləri — zərərli istehsal faktorlarına məruz qalma nəticəsində yaranan xəstəliklər. BƏT mütəxəssislərinə görə, Rusiya Federasiyasında hər il təxminən 190 min insan pis iş şəraitinə görə ölür. Rus peşə patoloqlarına görə, 1930-cu illərdən bəri Rusiya Federasiyasında qeydə alınan peşə xəstəliklərinin sayı sistematik olaraq azaldılmışdır, nə baş verdiyinin obyektiv mənzərəsi olmaması və stimullaşdırmaq üçün adekvat bir dövlət siyasətinin iş şəraitini yaxşılaşdırmaq üçün işəgötürənlərin inkişafına mane olur. Peşə xəstəliklərinə yalnız peşə fəaliyyəti kontekstində meydana gələn və ya bu peşədə ümumi populyasiyada və ya digər işçi qruplarında daha çox rast gəlinən xəstəliklər aiddir . Bir neçə ölkədə işçinin təzminat və ya müavinət almağa haqq qazandığı peşə xəstəlikləri siyahısı var. Bu siyahıya daxil olmayan xəstəliklər üçün kompensasiya verilmir. Bu səbəbdən rəsmi siyahılara daxil edilməyən peşə mənşəli xəstəlikləri təsvir etmək üçün "peşə səbəb olduğu xəstəliklər" ifadəsi istifadə olunur. Bir çox ölkənin qanunvericiliyində müəyyən bir xəstəliyin işçinin iş şəraitində olmasından qaynaqlandığı fərziyyəsi mövcuddur və xəstəliyin başqa bir səbəbə görə olduğunu sübut etmək işəgötürənin və ya sığortaçının işidir. Qarşısının alınması tədbirləri, qıcıqlandırıcıyı iş yerindən kənarlaşdırmaqla və ya qapalı sistemlərdə və ya avtomatlaşdırmada güclü qıcıqlandırıcı maddələr istifadə edərək texniki qoruma yolu ilə qıcıqlandırıcı görünüşünü aradan qaldırmaq, qıcıqlandırıcıyı dəyişdirmək və ya çıxarmaq və işçilərin şəxsi müdafiəsini əhatə edir. Peşə xəstəliklərinin qarşısını almaq və onlara nəzarət etmək üçün əksər ölkələr müvafiq qanunlarını nəzərdən keçirir və yeniləyirlər, əksəriyyəti peşə xəstəlikləri qanunlarının pozulmasına görə cərimələri əhəmiyyətli dərəcədə artırırlar.
Çapar (peşə)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər." Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.
Biləsuvar Peşə Liseyi
Bərdə Peşə Liseyi
Diplomatların Peşə Bayramı
Diplomatların Peşə Bayramı (Azərbaycan) — 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. == Tarixi == Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 24 avqust 2007-ci ildə № 2356 Sərəncamını imzalamışdır. Sərəncamda nəzərdə tutulurdu ki, müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il 9 iyulda Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilsin.
Göyçay Peşə Liseyi
Gədəbəy Peşə Liseyi
Kürdəmir Peşə Liseyi
Peşə (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq YouTubeda izlə Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq YouTubeda izlə Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor Vimeo-da izlə Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Qax Peşə Liseyi
Quba Peşə Liseyi
Saatlı Peşə Liseyi
Sabirabad Peşə Liseyi
Salyan Peşə Liseyi
Təbriz Peşə Muzeyi
Təbriz Peşə Muzeyi — 2017-ci ildə təbrizli heykəltaraş, yazıçı və kolleksiyaçı Rza Sarabi Əqdəmin təşəbbüsü ilə fəaliyyətə başlayan və Azərbaycanın tarixi peşələrini özündə əks etdirən muzey. Üç illik fəaliyyətindən sonra 18 may 2020-ci ildə Beynəlxalq Muzeylər Günündə bağlanması insanların etirazına səbəb olub. Təbriz Peşə Muzeyi təbrizli heykəltaraş, yazıçı və tədqiqatçı alim Rza Sarabi Əqdəmin öz cəhdi ilə təsis edilib. Muzeyin açılışı 2017-ci ilin 11 may tarixində baş tutub. Muzeydə Azərbaycanın tarixi peşələrini özündə əks etdirən eksponatlar yer alıb. Bundan başqa eksponatlar arasında Tomas Edisonun əl işığı lampası, Yaxın Şərqdə bərabəri olmayan fənər kolleksiyası, Teymurilər dövrünə aid Quran kitabı, Türkmənçay müqaviləsindən sonra Qacar və çar sərhədlərinin xəritəsi, Nasist dövrünə aid Almaniya səfirliyindən alınan əşyalar və müxtəlif tarixi dövrlərin silahları kimi əsərlər mövcuddur. 3 il ərzində muzey tamamilə pulsuz fəaliyyət göstərib. Bundan başqa bu illər ərzində dövlət və rəsmilər tərəfindən də muzeyin fəaliyyətinə dəstək verilməyib. Muzeyin təsisçisi Rza Sarabi Əqdəm qeyd edib ki bu illər ərzində rəsmilərdən yalnız boş vədlər və quru təşviq görüb. Bir neçə xarici ölkədən və İranın bəzi böyük şəhərlərindən kolleksiyalarını satmaq üçün təkliflər aldığına baxmayaraq kolleksioner bu təklifləri qəbul etməyib.
Zərdab Peşə Liseyi
Şamaxı Peşə Liseyi
Şirvan Peşə Liseyi
Şəmkir Peşə Liseyi
Şərur Peşə Liseyi
Abşeron Ceyranbatan Peşə Liseyi
İncəsənət və peşə cəmiyyəti