pentaqon

is. le Pentagone [[t]pã-[/t]] (ABŞ-ın hərbi nazirliyi)

pensiyaçı
Periqor
OBASTAN VİKİ
Pentaqon
Pentaqon (yun. πεντάγωνον — "beşbucaqlı") — ABŞ Müdafiə Nazirliyinin düzgün beşbucaqlı formasındakı binasına verilən ad. Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşir. Ölçülərinə və sahəsinə görə dünyada ən böyük ofis binasıdır. Layihəsi amerikalı memar Corc Berqstrom tərəfindən hazırlanan binanın tikintisi 11 sentyabr 1941-ci ildə başlamış və 15 yanvar 1943-cü ildə tamamlanmışdır. Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətedici personal çalışır.

Значение слова в других словарях