PEYKAN

f. 1) oxun ucundakı sivri iti metal parçası; oxun deşici ucluğu; 2) oxatma təlimi; 3) m. kirpik. Peykani-hicr ayrılıq oxu.

PEYK
PEYKAR
OBASTAN VİKİ
Peykanlı əməliyyatı
Peykanlı əməliyyatı - 1992-ci ildə Füzuli cəbhəsində 839 saylı kəşfiyyat batalyonunun komandiri Səməd Alyanlı (Əbilov) tərəfindən başçılıq edilən uğurlu əməliyyat. Bu əməliyyata qədər Peykanlıya üç dəfə böyük qüvvə ilə (üç batalyon) hücum olsa da, yüksəkliyi ala bilməmişdilər. Bu dəfə əməliyyatı Səməd Alyanlı öz üzərinə götürür. Hər batalyondan (839, 848, 814 və s.) 20 nəfər götürməklə 120 nəfərlik bir dəstə yaradır. Dəstənin hər bir üzvünə ayrı-ayrılıqda tapşırıq başa salınır. Dəstədə 120 nəfər canlı qüvvə, 2 ədəd BMP və 3 tank olur. Məxfiliyi saxlamaq üçün üç gün sonraya planlaşdırılan əməliyyatı Səməd Alyanlı həmin gecə reallaşdırır. Əməliyyatın birinci mərhələsində üç hissəyə bölünmüş dəstə üç istiqamətdən düşmən səngərlərinə 50 metrədək səssizcə yaxınlaşmalı idilər. Bundan sonra erməniləri təşvişə salmaq üçün dərədə yerləşdirilən texnika işə salınır. Hücum əmri verilir.

Значение слова в других словарях