Pikardiya
Pikardiya (fr. Picardie) Fransanın şimalında tarixi vilayət və bölgədir. Əsas şəhəri - Amyen. Əhalisi 1.9 milyondan çoxdur (regionlar arasında 12-ci yer).
Ərazisi 19399 km²-dir. Ərazisindən Ena , Uaza və Somma çayları axır.
"Pikardiya" adına ilk dəfə XIII əsrə aid yazılı mənbələrdə rast gəlinmişdir. O zamanlar [pikardiya ləhcəsinin] yayıldığı əraziləri bu cür adlandırırdılar. İngilislər və Burqundiya hersoqları Pikardiyanın fransız tax-tacına məxsus olmasına qarşı çıxırdılar. Parisi ələ keçirməyə çalışan bütün işğalçıların yolu Pikardiyadan keçirdi.