PİON

сущ. бот. пион (многолетнее декоративное растение семейства лютиковых с крупными цветками); марьин корень
PİNTİLİK
PİONER
OBASTAN VİKİ
Pion
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir. Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın.
2S7 Pion
2S7 Pion (NATO kod adı: M-1975) — Sovet istehsalı özüyeriyən artilleriya sistemidir. Bu top ilk dəfə 1975-ci ildə Sovet ordusu üçün yaradılıb. T-80 tankının şassisi üzərində yaradılıb, əsas silahı üzərində qurulmuş 203 mm-lik 2A44 topudur. Heyəti 7 nəfərdən ibarətdir. Nüvə sursatı daşıya bilir. Adi mərmilər ilə maksimal atəş məsafəsi 37.5 km təşkil edir. Silahın maksimal atəş məsafəsi 47.5 km, minimal atəş məsafəsi isə 8.4 km təşkil edir. Silahın maksimal atəş məsafəsini 55.5 km-ə qədər artırmaq olar. Qülləsinin qalxma bucağı 0….60° olan bu özüyeriyən artilleriyanın yanacaq tutumu 1280 litrdir. "Pion" özüyeriyən artilleriya qurğularının yaradılması tarixi nüvə silahının inkişafı ilə əlaqələndirilir.
Dekorativ pion
Dekorativ pion (lat. Paeonia peregrina) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Nazikyarpaq pion
Nazikyarpaq pion (lat. Paeonia tenuifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Azərbaycan Pioner Təşkilatı
Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı (Азәрбајҹан Пионер Тәшкилаты) — Azərbaycan SSR pionerlərinin kütləvi təşkilatı. Vladimir Lenin adına Ümumittifaq Pioner Təşkilatının hissəsi. Azərbaycan Pioner Təşkilatına Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi rəhbərlik etmişdir. Ali orqanı Respublika Şurası olmuşdur. Azərbaycan Pioner Təşkilatı gənc nəsli kommunizm ideyaları, sovet vətənpərvərliyi və beynəlmiləlçilik ruhunda tərbiyə etmişdir. == Tarixi == Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı 23 may 1923-cü ildə yaradılmışdır. Azərbaycan ilk pioner dəstələri 1922-ci ildə Bakıda, Vladimir Lenin adına toxuculuq fabrikində, leytenant Şmidt adına zavodda, Sabunçu, Suraxanı, Bibiheybət rayonlarında və Gəncədə təşkil edilmişdir. 1924-cü ildə Azərbaycanda 22,817 pioner var idi. 1975-ci ildə onların sayı 826 minə çatmışdır. Azərbaycan Pioner Təşkilatı 1920-ci illərdə uşaqların məktəblərə cəlb olunmasında, mövhumata və cəhalətə qarşı mübarizə hərəkatında fəal iştirak etmişdir.
Azərbaycan pioneri (qəzet)
"Savalan" qəzeti (1990-cı ilə qədər "Azərbaycan pioneri" (azərb-kiril. Азәрбајҹан пионери) — sovet dövründə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti. == Tarixi == Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər. "Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib.
Dərman pionu
Dərman pionu (lat. Paeonia officinalis) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Mlokoseviç pionu
Mlokoseviç pionu (lat. Paeonia mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir.
Pioneer (mahnı)
Pioneer (azərb. Qabaqcıl‎) — Macarıstanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Freddi "Pioneer" mahnısı ilə Macarıstanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnının sözləri Borbala Çarnay, musiqisi isə Ze Sabo tərəfindən bəstələnmişdir.
Pioner
Pioner 10
Pioner 10
Pioner 10 (ing. Pioneer 10) və ya Pioner F — 1972-ci ildə astoroid qurşağının xaricinə səyahət etmiş ilk insansız kosmik gəmi. 3 mart 1972-ci ildə buraxılmışdır. Pioner 10 uluzlararası səyahət üçün hazırlanmışdır. Pioner 10-un içinə insan şəkilli qızıl disk yerləşdirilmişdir. Pioner 10 1983-cü ildə Günəş sistemini tərk edərək ulduzlararası səyahətə başlamışdır. Pioner 10 1969-cu ildə dizayn edilmişdir. Əsas məqsəd kimi Yupiterin öyrənilməsi görülürdü. Kosmik gəmi TRV üsulu ilə hazırlanmışdır. Öz kütləsi 258 kq, yanacağının və alətlərinin kütləsi uyğun olaraq 30 və 27 kq idi.
Pioner 11
Pioner 11 və ya Pioner G (ing. Pioneer 11, Pioneer G) — NASA tərəfindən 6 aprel 1973-cü ildə göndərilən kosmik gəmi. Gəminin vəzifəsini Yupiter və Günəş sisteminin xarici səthinə səyahət təşkil edir. Yalnız Yupiterə səyahət edən Pioner 10-dan fərqli olaraq Pioner 11 həmçinin Saturna da səyahət etmişdir. Yupiter səyahətini bitirdikdən sonra Günəş sisteminin xaricinə yol alaraq səyahətini davam etdirən Pioner 11 təxminən 4 milyon il sonra Oxatan bürcünün yaxınlığından keçəcək. Alimlərin təxminlərinə görə gəmi Yer kürəsindən, hətta Günəşdən də daha uzun müddət həyatda qalacaq. Pioner 10 və Pioner 11 avtomatik planetlərarası stansiyalar vasitəsilə üzərində xüsusi mesajlar qeyd edilmiş lövhələr daşıyır. Hər ikisindəki lövhələr eynidir. Əgər yerdən kənar sivilizasiyalar varsa, onlar bu sonsuz uçuş zamanı Pionerlə qarşılaşacaq və mesajları görə biləcək. Lövhədə insan təsvirlərindən başqa hidrogen atomunun strukturu və Günəş sisteminin qalaktikamızdakı koordinatını göstərən rəsm də mövcuddur.
Pioner adası
Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir. Arxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir. Adanın böyük hissəsində sahillər nisbətən hündürdür.
Pioner evi (Taqanroq)
Pioner evi — Taqanroq şəhərində mövcud olmuş və 1991-ci ilə qədər fəaliyyət göstərmişdir. Taqanroqda pioner təşkilatı 9 aprel 1923-cü ildə 10 nömrəli məktəbdə təşkil edilmişdir. Pionerlərin sarayı isə təntənəli şəkildə Taqanroqda 24 yanvar 1936-cı ildə açılışı gerçəkləşmişdir. Bu isə Azov-Qara dəniz diyarı ərazisində ilk pioner sarayı olmuşdur. Bütün SSRİ ərazisində isə dördüncü olmuşdur. Pioner evinin direktoru M. M. Podolski olmuşdur. 17 oktyabr 1941-ci ilə qədər Pioner sarayı və şagirdlər Şəhər idarə binasında cəmləşmişdi. Burada yeniyetmələrin fəaliyyəti üçün hər cür şərait olmuşdur. 1988-ci ildə Pioner evi Petrovskaya küçəsi 72 ünvanında yerləşirdi. 1999-cu ildə Məktəbdən kənar işlər üzrə uşaq mərkəzinə çevrilmişdir.
Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar. İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi. Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir. Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir. Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958 Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958 Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958 Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959 Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960 Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960 Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958 Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959 Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü. Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir). Pioner 6,7,8 və 9 kosmik aparatları Pioner 6 (Pioner A) 1965-ci il Dekabr Pioner 7 (Pioner B) 1966-cı il Avqust Pioner 8 (Pioner C) 1967-ci il Dekabr Pioner 9 (Pioner D) 1968-ci il Noyabr Pioner E-uğursuz buraxılış 1969-ci il Avqust Pioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır. Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur. Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı. Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976)
Film Azərbaycan pioner və məktəblilərinin istedadlarının nümayişinə-ikinci respublika mahnı və rəqs olimpiadasına həsr olunmuşdur. Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Pionerlər (1938)
Kinooçerk Respublika Pionerlər Sarayında təşkil olunmuş dərnəklərdən bəhs edir. Burada göstərilir ki, pionerlərə qonaq gəlmiş qocaman bolşevik M.B.Qasımov Stalinlə görüşü, yazıçı Novikov-Priboy isə öz yaradıcılıq planları barədə söhbət edirlər.
Pionerlər (film, 1938)
Kinooçerk Respublika Pionerlər Sarayında təşkil olunmuş dərnəklərdən bəhs edir. Burada göstərilir ki, pionerlərə qonaq gəlmiş qocaman bolşevik M.B.Qasımov Stalinlə görüşü, yazıçı Novikov-Priboy isə öz yaradıcılıq planları barədə söhbət edirlər.
Pionerlər (roman)
"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləməyə başlayır. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü. Müəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq "Dəri Corab" pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan "Pionerlər" romanı o dəqiqə satılıb qurtarır. Bu romanda avtobioqrafik üsnürlər çoxdur. Belə ki, müəllifin özünün də dediyi kimi, bu romanda təsvir olunan hadisələrin cərəyan etdiyi məkan, burada iştirak edən qəhrəmanlar və personajlar yazıçıya çox yaxşı tanış idi. Bu çox güman ki, onun atası Uilyamın ilk vaxtlar yaşadığı və onun özünün də uşaqlıq illərini keçirtdiyi yerlər olmuşdur. Hətta, tənqidçilərin dediyinə görə, əsərin qəhrəmanlarından biri hakim Marmadiyuk Templ çox güman ki, Uilyamın prototipidir. Hər halda, romanda təsvir olunan əsas qəhrəmanların əksəriyyətini - hakim və onun qızını, Edvardsı, şerif Riçardı və nökər Bencameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıyırdı. Bu əsərdə sırf amerikalı qəhrəmanları olan Hiram Dultitl və həkim Elnatan Todd obrazları uzun müddət qızğın mübahisələrin obyekti olmuşdur.
Pionerski
Pionerski (rus. Пионерский) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Pionerskiy
Pionerski (rus. Пионерский) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
RSD-10 Pioner
RSD-10 Pioneer (ракета средней дальности (РСД) «Пионер» az.: Raketa Sredney Dalnosti (RSD) “Pioneer”; Orta Mənzilli Raket “Pioneer”) nüvə döyüş başlığı daşıya bilən köhnə orta mənzilli ballistik raket. 1976-1988-ci illər arasında SSRİ tərəfindən istifadə edilmişdir. NATO kod adı SS-20 Saber idi. Döyüş raketi 16,5 metr hündürlüyündə, 1,9 metr çapında və 37,1 ton ağırlığındaydı. SS-20 - Saber - (MAZ-547A base), RSD-10, Pioneer – Walk around photos Arxivləşdirilib 2007-12-27 at the Wayback Machine SS-20 Installations RSD-10 "Pioneer" Arxivləşdirilib 2006-12-20 at the Wayback Machine Cant, James "The SS-20 Missile-Why Were You Pointing at Me?" pages 240-253 from Russia War, Peace and Diplomacy edited by Ljubica and Mark Erickson, London: Weidenfeld & Nicolson, 2004 ISBN 0-297-84913-1.
Zak Piontek
Zak Piontek (27 yanvar 1991) — CAR-lı cüdoçu. Zak Piontek CAR-ı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Zak Piontek birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Tiaqo Kamilo ilə üz-üzə gəldi. Həmin görüşdə Zak Piontek rəqibinə 0:101 hesabı ilə uduzdu.
Pionkimilər
Pionkimilər (lat. Paeoniaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Pionerlər
Pionerlər (roman)

Значение слова в других словарях