Pişi

Azərbaycan dilinin dialekt və şivələrində həm pişi, həm də bu sözün sinonimi olan fəsəli leksik vahidindən istifadə edilir. Türkiyə türkcəsində də pişi çörək növünün adı işlənir. Qırğız və uyğur dillərinin dialektlərində bu söz kuymak mənasında çıxış edir. Türkmən türkcəsində bu sözün pişme formasına üstünlük verilir. Başqırd, qazax, qırğız, özbək, uyğur, tatar dillərində bu söz bavırhak, bavırsak, börsök, böğursak, boğursak, bavırsak fonetik variantlarında işlənir. (33, 708-709)
Piroq
Pişikdöymənci
OBASTAN VİKİ
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Gəzən Pişiklər
Gəzən Pişiklər — doqquz kiçik adadan ibarət adalar qrupu. İnzinati cəhətdən Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Adalar Barens dənizinin cənub-şərqində, Ruskiy Zavarot burnundan şərqdə qərarlaşır. Peçora estuarisi daxilində qərarlaşan adaların yaxınlığında Çornaya, Peçira çayları axır. Ad Pomor şivəsindən götürülmüşdür. == İstinadlar == == Mənbə == "Arktika ilə tanışlıq —Gəzən Pişiklər" (rus). yachta-kotoyarvi.narod.ru. 2013-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26. "Adalar - «Pişklər»" (rus).
Həbəşistan pişiyi
Həbəşistan pişiyi — qısa tüklü ev pişiyi cinsi. Tarixən digərləri ilə müqayisədə bir cins olaraq nisbətən müəmmalı hesab edilsə də, Həbəşistan pişiyi 2016-cı ildə "The Cat Fancier Association" və "The International Cat Association" tərəfindən ən populyar beş cins arasında qeyd edilmişdir. == Tarixi == Həbəşistan pişiyinin əcdadı Həbəşistan (indiki Efiopiya) ərazisində yaşayan vəhşi Afrika pişiyi hesab olunur. 1860-cı illərdə Britaniya hərbi ekspedisiyası bu pişiyin Efiopiyadan Birləşmiş Krallıq ərazisinə gətirilməsinə səbəb olmuş, burada onun yetişdirilmə işləri davam etmişdir. == Xüsusiyyətləri == Həbəşistan pişiyi orta boylu, bədəni incədir. Kürkü qısa və incədir, dəriyə yaxındır. Rəngi ​​müxtəlifdir, lakin daha çox qara və ya tünd qəhvəyi ucları olan qırmızı-qəhvəyi, tünd qırmızı, mavidir. Başı kiçikdir, güclü çənəsi var. Qulaqları nisbətən böyükdür, şaquli şəkildə qurulur, geniş bazası var və yuvarlaq ucları tüklüdür. Gözləri iri, badam şəklindədir və adətən yaşıl, sarı və ya qəhvəyi rəngdə olur.
Jofrua vəhşi pişiyi
Kaliko pişiyi
Basqın bir ağ rəngin üstündə sarı və qara rəngli nöqtəciklər və ya desenlerin olduğu pişiklər Calico pişiyi olaraq adlandırılır. Bir pişik cinsini deyil rəng şablonunu təyin. ABŞ-da Calico pişiyi olarakanılan bu cür, İngiltərədə isə "tortoiseshell və ağ" olaraq adlandırılmışdır. CALICO tipində pişiklər əksəriyyətlə dişidir. Çünki pişiklərin rənglərini təyin X xromosomlarının və dişilərdə X xromosomundan iki ədəd var. Kişi pişiklərdə bir ədəd X və Y xromosomu vardır və Y xromosomundan rəng xüsusiyyəti yoxdur. Bunun istisnası xxy kromozomlarına sahib pişiklərdir. Ancaq bu pişiklərin də demək olar ki, hamısı, qısırdır. Başda Van pişiyi və Ankara pişiyi olmaq üzrə 40-a yaxın pişik irqi mənsubları, CALICO pişiyi tipində tük rəng və naxışlarını sahib ola bilməkdədir.
Kalimantan pişiyi
Kalimantan pişiyi (lat. Pardofelis badia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. == Yaşam tərzi == Kalimantan pişiyi tropik meşələrdə və qayalıq yerlərdə yaşayır.Qidalanması haqda dəqiq məlumat yoxdur.Gecə aktiv olduğu kiçik məməlilər,gəmiricilər,meymun və quş ovladığı təxmin edilir.
Kap dəniz pişiyi
Kap dəniz pişiyi, və ya Cənubi Afrika pişiyi(lat. Arctocephalus pusillus) — qulaqlı suiti fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə daxil olan növ. Əsasən Cənubi Afrika və Avstraliya sahillərində yaşayır. == Xaiçi görünüşü == Erkəklər 2,5 metr, dişilər isə 1,8 metr uzunluğa malik olurlar. Bu göstərici ilə bu növ dəniz pişikləri arasında ən irisidir. Bu baxmayaraq latın dilində pusillus kəlməsi "kiçiçik" mənasını verir. == Yayılması == Arctocephalus pusillus pusillus yarımnövü koloniya şəklində CAR və Namibiya sahillərində yaşayır. Bəzən isə şimalda Anqola sahillərində də görsənir. Hətta subantarktik ərazilərdə Şahzafə Eduard adalarına qədər üzürlər. Digər yarımnöv Arctocephalus pusillus doriferus isə Tasmaniya adası sahilləri və Bass boğazı akvatoriyasında çütləşmə mövsümünü keçirir.
Kelt pişikotu
Kelt pişikotu (lat. Valeriana celtica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Kergelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsa da üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Kerqelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsa da üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Kitabxana pişiyi
Kitabxana pişiyi – ictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır. Müasir dövrdə kitabxana pişikləri filmlərə və kitablara mövzu olmaqdadır. Deuey Ridmor Buks ən məşhur kitabxana pişiyi hesab olunur. O, 10 il boyunca Ayova ştatının Spenser ictimai kitabxanasında yaşamışdır. Ölümündən sonra onun haqqında bir çox kitablar nəşr olunmuşdur. == Tarix == Pişiklərlə kitabxanaların əlaqəsinin yaşı əsrlərlədir. Orta əsrlərə aid qeydlərə görə pişiklər monastrlarda saxlanılırdılar ki, vacib əlyazmaları siçanlardan qorusunlar. == Müasir misallar == 1745-ci ildə Rusiya imperatriçası Yelizaveta pişikləri saraya köçürmək barədə əmr vermişdi. Bu pişiklərin törəmələri hazırda Ermitaj muzeyində yaşayırlar.
Kiçik pişiklər
Kiçik pişiklər (lat. Felinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Mart pişiyi (personaj)
Mart pişiyi – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Həmkarı Papaqçı ilə birgə çay içməyi xoşlayır.
Maru (pişik)
Maru (yap. まる [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir. 2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).
Meşə pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Mərkəzi Avropa meşə pişiyi
Meşə pişiyi (lat. Felis silvestris silvestris) — pişik cinsinə aid heyvan yarımnövü.
Mərmər pişik
Mərmər pişik (lat. Pardofelis marmorata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Cənub-Şərqi Asiyada yaşayan vəhşi pişikdir. Bədəninin uzunluğu 55 sm, quyruğunun uzunluğu 50 sm-ə çatan mərmər pişik ev pişiyindən bir qədər böyükdür.
Nazim Pişiyari
Nazim Pişyari və ya Faytonçu Nazim olaraq da tanınır. (26 avqust 1968, Lənkəran) — Azərbaycan müğənnisi, aktyoru. == Həyatı == 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Pampass pişiyi
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Parlaq pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü) Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Pişik-qadın
Pişik (film, 2016)
Pişik (türk. Kedi) — Ceyda Torun tərəfindən idarə olunan və 2015-ci !F İstanbul Beynəlxalq Müstəqil Film Festivalında premyerası təqdim edilmişdir. ABŞ-də Sietl Beynəlxalq Film Festivalı, Melburn Beynəlxalq Film Festivalı və Vankuver Beynəlxalq Film Festivalı də nümayiş edilmişdir. ABŞ-də 10 Fevral 2017-ci ildə film kinosalonlarda göstərişə girdi. İstanbulda yaşayan Sarı, Duman, Bengü, Aslan Parçası, Qayğısız, Psixopat və Dəniz adındaki pişiklərin gözündən görülən qədimi bir şəhər və bu antik şəhərdə yaşayan insanların hekayəsi. == Qəbul == "Pişik" filmi, tənqidçilərinin heyranedici rəylərini qazanmışdır. Rotten Tomatoes saytında filmin ümumi reytinqi 98% oldu və 10 üstündən 7.8 bal aldı. 23 rəyin incələndiyi Metacritic veb-səhifəsində isə 100 bal üstündən 78 bal aldı. Məşhur Rusiya kinotənqidçisi olan Boris İvanov "Pişik" filminin maraqlı bir sənədli film olduğunu da demişdir.
Pişik Feliks
Pişik Feliks (ing. Felix the Cat) — səssiz kino dövründə meydana çıxmış insanabənzər pişik, cizgi filmi qəhrəmanı. Qara bədən, ağ gözlər, geniş gülüşü və sürrealist situasiyalar Feliksi multiplikasiya tarixində ən tanınan personajlardan biri etmişdir. Pişik Feliks tamaşaçının diqqətini adi filmlərə cəzb edə bilən ilk animasiya personajıdır. == Obraz == Bütün zaman ərzində Feliksin görünüşündə dəyişilməz hissə onun rəngi idi: ağ sifətli və ağ gözlü qara bədən. İlk əvvəl, Feliks ağırtərpənən və əsl pişiklərə çox oxşayırdı. Onun qeyri-proporsional şəkildə dayanmaları amerikan animasiyasının insanabənzər personajları üçün ənənə oldu: Mikki Maus, Baqz Banni, Vudi Vudpeker və başqaları. Onun daha girdə forması Bill Nolanın işə qarışmasından sonra peyda oldu. Rəssam hesab edirdi ki, bu komiksin ənənələrinə uyğun olaraq, onu cəld şəkildə şəkməyə icazə verirdi. Səssiz kinolar dövründə Feliks pişiyini multiplikasiya personajlarının Çarli Çaplini adlandırırdılar.
Pişik caynağı otu
Pişik caynağı və ya Keçətük unkariya (lat. Uncaria tomentosa) — boyaqotukimilər fəsiləsinin unkariya cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Cənubi Amerikada bitən pişik caynağı bitkisi xərçəng xəstəliyinin müalicəsində istifadə olunurdu. Bu bitki xlorogen turşusu, rutin və epikatenin maddələri ilə zəngindir, hansılar ki xərçəng əleyhinə xassələrə malikdirlər: immun sisteminin stimullaşması və xərçəng hüceyrələrinin çoxalmasını bloklaşdırır. Antioksidantdır, orqanizmlə əlaqəyə girən sərbəst radikalları və toksinləri məhv edir. İltihab əleyhinə təsirə malikdir, çünki qorxulu nüvə faktoru NF-kB qarşısını alır. Pişik caynağı DNT tərkibinin dəyişməsini stimullaşdırır və kimyaterapiya kursundan sonra leykositləri bərpa edir. Bu bitki kimyaterapiyadan sonra yaranan yan təsirləri – qusmanı və çəkinin azalmasına kömək edir. Tərkibində pişik caynağı bitkisi olan dərmanları və ya dəmləmələri qəbul etmək olar. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı bitkinin kökünü bir fincan suda dəmləməli və 15 dəqiqə gözləmək lazımdır.

Значение слова в других словарях