plis

plis
pliopitek
plisse
OBASTAN VİKİ
Konstantin Plisovski
Konstantin Plisovski (8 iyun 1890, Podolsk quberniyası[d] – 1940[…], Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Maya Plisetskaya
Maya Mixaylovna Plisetskaya (rus. Ма́йя Миха́йловна Плисе́цкая; 20 noyabr 1925[…], Moskva – 2 may 2015[…], Münxen) — 1948–1990-cı illərdə sovet və rus balerinası, baletmeyster, xoreoqraf, SSRİ Böyük Teatrının prima balerinası, Sosialist Əməyi Qəhrəmanı (1985), SSRİ xalq artisti (1959), Lenin mükafatı laureatı (1964), üç Lenin ordeni (1967, 1976, 1985) və Vətən qarşısında xidmətlərinə görə ordeninin tam sahibi. Messerer-Plisetski teatr sülaləsinin nümayəndəsi. O, XX əsrin ən böyük balerinalarından biri hesab olunur. == Həyatı == Maya Mixaylovna Plisetskaya 20 noyabr 1925-ci ildə Moskvada sovet təsərrüfat müdiri Mixail Emmanuiloviç Plisetskinin (1899–1938) və səssiz kino aktrisası Rahila Mixaylovna Messerer-Plisetskayanın (1902–1993) ailəsində anadan olub. Maya ailədə üç uşağın ən böyüyü idi. 1932-ci ildən 1936-cı ilə qədər Maya Plisetskaya Şpitsbergendə yaşayıb. Burada atası əvvəlcə "Arktikugol" şirkətinin birinci rəisi, sonra SSRİ-nin baş konsulu vəzifəsində çalışıb. 1937-ci il aprelin 30-dan mayın 1-nə keçən gecə baş verən “Böyük Terror” zamanı atası həbs olunub və 1938-ci il yanvarın 8-də edam edilib. 1964-cü ildə atası reabilitasiya olunub.
Rahila Messerer-Plisetskaya
Rahila Mixaylovna Messerer-Plisetskaya və ya yaradıcı təxəllüsü Ra Messerer (rus. Рахи́ль Миха́йловна Мессере́р-Плисе́цкая; 4 mart 1902, Vilnüs – 20 mart 1993, Moskva) — Sovet səssiz kino aktrisası, Mixail Plisetskinin həyat yoldaşı, balerina Maya Plisetskayanın və xoreoqraflar Aleksandr və Azari Plisetsklərin anası. Rahila Messerer-Plisetskaya 4 mart (19 fevral, köhnə üslub) 1902-ci ildə Vilnoda diş həkimi Mendel Berkoviç (Mixail Borisoviç) Messerer (1866–1942) və Sima Moiseevnanın (qızlıq soyadı Şabad, 1870–1929) ailəsində anadan olub. Milliyyətcə valideynləi yəhudi idi. Ailədə ondan başqa daha 9 uşaq var idi. Atası Dolqinovodan, anası Antakalnisdən Vilnüsə gəliblər. M. B. Messererin bütün uşaqlarının adlarını incildən seçmişdi (Pnina, Azariya, Mattani, Musa, Rahila, Asap, Elişeva, Sulamif, Emanuel, Aminadab). 1940-cı ildə Mixail Messererin ikinci evliliyindən Rahilanın daha bir bacısı Erella dünyaya gəlib. Rahilanın bacı və qardaşları arasında Azariya, Sulamif və Asap da sonradan məşhurlaşmışdılar. Rahila Messerer 1925-ci ildə Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib (Lev Kuleşovun sinfi).

Значение слова в других словарях